10 HƏDIS (23)

10 HƏDIS (23)

Hədis 221: İmam Sadiq (ə) buyurur: “İnsanın daxili islah olarsa, zahiri rəftarı möhkəmlənər.”

* * *

Hədis 222: İmam Sadiq (ə) buyurur: “Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün pisliklərin başlanğıcıdır.”

* * *

Hədis 223: İmam Baqir (ə) buyurur: “Allah-təala - pis danışan, lə`nət deyən və tə`nə vuranları sevmir.”

* * *

Hədis 224: İmam Baqir (ə) buyurur: “Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”

* * *

Hədis 225: İmam Baqir (ə) buyurur: “Sənə zülm etmişlərsə də, sən zülm etmə.”

* * *

Hədis 226: İmam Baqir (ə) buyurur: “Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”

* * *

Hədis 227: İmam Baqir (ə) buyurur: “Səni tə`rif etsələr, sevinmə.”

* * *

Hədis 228: İmam Baqir (ə) buyurur: “Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”

* * *

Hədis 229: İmam Baqir (ə) buyurur: “Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.”

* * *

Hədis 230: “Saleh insanların məclisi insanı islaha vadar edər.”

 

Şərhi əlavə etmək