10 HƏDIS (19)

10 HƏDIS (19)

Hədis 181: Həzrət Əli (ə) buyurur: “Dil yarası (tə`nə vurmaq) nizə yarasından daha yandırıcıdır.”

* * *

Hədis 182: Həzrət Əli (ə) buyurur: “Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.”

* * *

Hədis 183: Həzrət Əli (ə) buyurur: “Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .”

* * *

Hədis 184: Həzrət Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.”

* * *

Hədis 185: Həzrət Əli (ə) buyurur: “Dünyada gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.”

* * *

Hədis 186: Həzrət Əli (ə) buyurur: “O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.”

* * *

Hədis 187: Həzrət Əli (ə) buyurur: “O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.”

* * *

Hədis 188: Həzrət Məhəmməd (s) buyurur: “Xalq bir şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm əhlidir.”

* * *

Hədis 189: Həzrət Məhəmməd (s) buyurur: “Fürsətləri əldən vermək qəm-qüssə gətirər.”

* * *

Hədis 190: İmam Kazim (ə) buyurur: “Mö`min tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.”

 

Şərhi əlavə etmək