10 HƏDIS (16)

10 HƏDIS (16)

Hədis 151: İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.”

* * *

Hədis 152: İmam Məhəmməd Təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən bir ne`mət bağışlanmayan günah kimidir.”

* * *

Hədis 153: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahın tə`qib etdiyi bir kəs necə qaça bilər?!”

* * *

Hədis 154: İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”

* * *

Hədis 155: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”

* * *

Hədis 156: İmam Əliyyən Nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.”

* * *

Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: “Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”

* * *

Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: “Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”

* * *

Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: “Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”

* * *

Hədis 160: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”

* * *

 

Şərhi əlavə etmək