İSLAMIN ILKIN ILLƏRI (21)

İSLAMIN ILKIN ILLƏRI (21)

MÜXALIFLƏRIN AXTARIŞINDA

İslamın ilk əsrlərində tarixçilərin bir çoxu əməvi və abbasi hökümətlərinə bağlı olmuşlar. Bu səbəbdən tarix kitablarında Səqifə hadisəsi belə göstərilmişdir ki, sanki camaatdan bir neçə nəfəri çıxmaqla qalanları Əbu Bəkrin hakimiyyətinə razı, Əlinin başçılığınasa müxalif olmuşlar. Halbuki əldə olan dəlillər heç də bu nəzəri təsdiqləmirlər. Bəzi dəlillər bunlardır:

1.Bir neçə ay müddətində Əli ibn Əbi Talib (ə), bəni Haşim ailəsinin bütün üzvləri və tanınmış səhabələrin (Əbu Zərr Ğəffari, Salman Farsi, Əmmar Yasir, Miqdad, Ədullah ibn Məs`ud, Zübeyr, Əbu Əyyub Ənsari, Qeys ibn Sə`d, Osman ibn Huneyf, Xuzeymət ibn Sabit, Səhl ibn Huneyf, Huzeyfət ibn Yəman, Zeyd ibn Əraəm və Bureydət Əsləmi) beyət etməməsi;[1]

2. İbn Əbil Hədid və başqalarının dediyi kimi, camaatın ixtiyarlı, yaxud zor gücünə beyət etməsi;[2]

3.Mürtədlər qiyamı ilə məşhur olan Əbu Bəkrə qarşı müxalifət.

Sə`d Əbu Bəkr və Ömərlə beyət etməyib, heç zaman yığıncaqlarda iştirak etmədi. O, həmişə adam yığıb hökumətin əleyhinə qiyam etmək fikirində idi. Heç vaxt onların məhkəmələrinin çıxardığı hökümlərə e`tina etmədi. Bu iş Əbu Bəkr dünyadan gedənə qədər davam etdi...

Bir vaxt Ömərə üz tutub dedi: “And olsun Allaha, ən çox acığım gəldiyi şey səninlə bir şəhərdə yaşamaqdır!” Ömər cavabında dedi: “Hər kəs bir nəfərlə qonşu olmaq istəmədikdə başqa yerə köçür.” Sə`d cavabında dedi: “İnanıram ki,sən və sənin əshabından daha çox sevdiyim adamların qonşuluğuna gedəcəyəm.” Çox keçmədi ki, Şama tərəf hərəkət etdi.[3].

Ömər həmişə onu ya beyətə məcbur etmək, ya da öldürmək fikrindəydi. Sə`d Səqifədə Əbu Bəkrə rəy vermədikdə Ömər onun başı üstünə gəlib dedi: “İstəyirəm səni ayağımın altına alıb biləklərini sındırım.” Bir nəfər Ömərin saqqalını tutub dedi: And olsun Allaha, əgər onun başından bir tük belə az olsa sənin ağzında bir dənə də olsun diş qalmayacaqdır!” Əbu Bəkr onların dava-dalaşını görüb irəli gələrək Ömərə dedi: “Sakit ol! İndi yumşaq olma vaxtıdır!”[4]

Amma Ömər Sə`ddən bu sadəliklə əl çəkən adam deyildi. Təkcə Sə`d idi ki, camaat arasında olan nisbi sakitliyi pozur, müharibə yaratmaq üçün öz müxalif hərəkətinə təkid edirdi. O, xilafət iddiası edir, hökumətin gələcəyi üçün ciddi təhlükə hesab olunurdu. Bir neçə gün sonra onun ardınca adam göndərib Əbu Bəkrlə beyət etməsini ondan istədikdə dedi:

“Yox! Allaha and olsun, sizinlə beyət edən deyiləm! Sonuncu oxuma qədər sizə tərəf atacaq, nizəmi qanınızla boyuyacağam. Əllərim qılınc tutana qədər sizi özümdən uzaqlaşdıracaq, ailəm və ardıcıllarımla sizinlə döyüşəcəyəm. Bütün insanlar və cinlər belə sizinlə bir olsa, Allahımla görüşənə qədər sizinlə beyət etməyəcəyəm!”[5]

Bu söz Ömər və Əbu Bəkrin qulağına çatdıqda, Ömər Əbu Bəkrdən nə yolla olursa-olsun, ondan beyət almasını istədi. Lakin Bəşir ibn Sə`d Öməri bu işə israr etməsindən qorxudub çəkindirərək dedi: “Sə`d beyət etməyəcəyində israrlıdır. O, öləcək, ancaq beyət etməyəcək. O, ölməzdən qabaqsa ailəsi uşaqları və qəbiləsindən bir dəstəsi öləcəkdir. Onu öz başına buraxın, çünki onun tutduğu iş sizə heç bir zərər verməyəcəkdir.[6]

Nəhayət, Ömərin onun üçün yaratdığı çətinliklər dözülməz həddə yetişdi. O, Əbu Bəkrin ölümündən sonra Mədinədən çıxdı. O, Ömər ibn Xəttabdan əsla qorxmurdu. Lakin onun tərəfindən asudəlikdə də deyildi. Şəhərdə qalıb öz rəislərinə vəfadar olmayan qəbilənin içində yaşamaq da onun üçün şirin deyildi. Şama köçməsindən o qədər də keçməmişdi ki, ölüm xəbəri Mədinəyə çatdı. Bir neçə gün bu səda camaat arasında yayıldı:

قد قتلنا سيد الخزرج سعد بن عبادة  رميناه بسهمين لم يخطأ فؤاده

“Biz xəzrəcin böyüyü Sə`d ibn Ubadəni öldütrdük. Qəlbini heç biri yan keçmyən iki oxla nişan aldıq”

Sonra belə bir söz yayıldı ki, cinlər Sə`di öldürmüşdür və bu da onların şe`ridir. Bir gecə səs gələn tərəfə getdikdə Sə`din şişmiş cəsədini quyudan tapdılar.

Həqiqətdə isə Sə`di Mədinədən göndərilmiş məmurlar öldürmüşdü. Ömər bir neçə nəfəri Şama göndərərək dedi: “Sə`ddən beyət etməsini istəyin. Boyun qaçırdıqda öldürün.” Məmurlar Şamın “Hərran”məntəqəsində Sə`d beyətdən boyun qaçırdıqdan sonra öldürdülər.[7] Başqa bir rəvayətə görə onun qatili Xalid ibn Vəlid olmuşdur.[8]

 




[1] “Əli ibn Əbi Talibin siyasi möqrsi” səh. 60-78.

[2] “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 219-221, İbn Əbil-Hədid.

[3] . “Nəhcül-bəlağənin şərhi”, 6-cı cild, səh. 10, İbn Əbil-Hədid.

[4] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 244.

[5] “Əl-kamilu fi-tarix” 2-ci cild, səh. 231.

[6] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 244.

[7] “Əl-иqdul fərid” 4-cü cild, səh. 260 Onun ölümü hicrətin 15-ci ilində Ömərin xilafətə yetişməsindən iki il yarım keçəndən sonra baş vermişdir. (“Əl-istiyab” cəh. 2).

[8] “Əl-imamu Əli ibn Əbi Talib” səhş273, “Nəhcül-bəlağənin şərhi”, 17-ci cild, səh. 223, İbn Əbil-Hədid.

Şərhi əlavə etmək