İSLAMIN ILKIN ILLƏRI (12)

İSLAMIN ILKIN ILLƏRI (12)

 

TARIXIN QARŞISINDA

Həmin yığıncaqda bir dəstə adam o cümləni deyənə hücum etdilər. Məxsusən, Peyğəmbərin ətrafında olub quranı bilən insanlar “Quran bizimlədir,Allahın kitabı bizə bəsdir!” – sözünü əsassız olmasını yaxşı başa düşürdülər. Belə ki, Quran özü o nisbəti Peyğəmbərdən uzaq bilirdi:

ما ضلّ صاحبكم و ما غوى ما ينطق عن الهوى ان هو الاّ وحى يوحى[1]

Görəsən, Quranı, indi sayıqlamaq nisbəti verdikləri Peyğəmbərdən başqa bir kəs onlara oxumuşdu?! Quran onun sözünün əql və hikmətdən qaynaqlanan, bəlkə ondan da yuxarı İlahi vəhydən qaynaqlanan bir söz olmasını bildirmişdir. Əgər bu mənbədən əlavə başqa bir yerdən söz desəydi, onda onun hansı sözünə arxalanmaq olardı?!

O nalayiq rəftar Həzrəti o qədər incitdi ki, bir an da onların qalmasını istəmədi. Halbuki, Quran bu-yurmuşdur:

انّ الّذين يؤذو الله و رسوله لعنهم الله فى الدّنيا والاخرة و اعدّ لهم عذَاباً مهيناً

Şübhəsiz, Allah və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş və onlar üçün xaredici bir əzab  hazırlamışdır.[2]

İnsanların hidayəti üçün kifayət bildikləri Quran buyurmuşdur:

و من يعص الله و رسوله و يتعدّ حدوده يدخله ناراً

Hər kim Allaha və Onun Peyğəmbərinə itaətsizlik etsə və Onun sərhədlərini aşsa (Allah) onu oda daxil edəcəkdir)!”[3]

فاِنّ له نار جهنّم خالدين فيها ابداًَ ...

...Şübhəsiz, onun üçün cəhənnəm əzabı vardır.Onlar orada əbədi qalarlar.[4]

فقد ضلّ ضلالاً مبيناً...

“...Şübhəsiz, açıq-aşkar bir azğınlığa düşmüşdür.”[5]

Görəsən, Peyğəmbər (s) Allahın kitabının ondan sonra hidayətləri üçün kifayət olmasını bilmirdi?! Bunu demək daha düzgün olar: Onlar özlərini Quranı bilməkdə Allahın Rəsulundan (s) daha yaxşı və üstün görürdülər!

Həqiqət budur ki, tanınmış səhabə Ömər ibn Xəttab bütün zirəkliyi və siyasətinə baxmayaraq burada və bundan sonra elə bir tədbir tökə bilmədi ki, tarix onu mühakimə etməsin. Usamənin ordusunda iştirak etməkdən boyun qaçırması, Peyğəmbərin qüsl-kəfənində və dəfnində iştirak etməməsi, Əbu Bəkr xilafət kürsüsünə yetişənə qədər Peyğəmbərin dünyadan getməsini inkar etməsi, Əbu Bəkrin xilafətə yetişməsi üçün canfəşanlıq göstərməsi, Səqifədə Hubab ibn Munzər və Sə`d ibn Ubadə ilə dalaşması, evdə olanlardan beyət alınması üçün Fatimənin evinə adam göndərməsi, Zübeyrin qılıncını sındırması, Miqdadı döyməsi və bu qəbildən olan digər nümunələr bu tarixi nəzərin sübutuna kifayətdir ki, o nalayiq rəftar imaməti və rəhbərlik məqamını ələ keçirmək üçün atılmış bir addım idi.[6] Məhz bu fəaaliyyətlər ilə eyni zamanda Əli ibn əbi Talib (ə) ona buyurdu: “Bu gün rəhbəriyyəti Əbu Bəkr üçün möhkəm et, ta ki, sabah sənin özünə nəsib olsun!”

Məşhur mühəqqiqlərdən biri o rəftarın təhlilində yazır:

Psixoloq “Kağız-qələm gətirin, bir şey yazım ki, əgər ona itaət etsələr heç vaxt azmazlar” – deyib öz sözündə israr edən xəstənin doğrudan da, sayaqlayıb-sayaqlamamasını bilmək istəsə onun üstünə qışqırmaz, əksinə istədiklərini gətirməni tələb edər ki, hər nə istəyir yazsın, beləliklə, yazdığından onun sayaqlayıb-sayıqlamamasını müəyyən edə bilsin. Amma rəhmət Peyğəmbərinin başının üstünə yığılanların, xəstəyə baş çəkmənin qaydalarından azacıq belə xəbərləri yoxdu. Əgər bir kəs israrla uca nübuvvət məqamının sayaqlamasını sübut etmək istəyirdisə, (uca nübuvvət məqamından uzaq) yaxşı olardı ki, həzrətin istədiyini gətirəydi və daha sonra yazısı üstündən sübuta yetirəydi. Belə olduqda yazılı sübut əldə etmiş olardı və heç kəs onu belə ittihamına görə təqsırlı bilməzdi.

Əgər (o təhqiramiz cümləni deyən)... azacıq ehtimal versəydi ki, Peyğəmbər (s) onun, yaxud dostlarından birinin adını yazıb tanıtdırmaq üçün qələm-kağız istəyir, Əbu Bəkrin onun adını vəsiyyət edib yazanda qarşıladığı kimi, Peyğəmbəri (s) çox əzəmətlə yad edib qarşılayardı.

Düzü, görəsən, Peyğəmbər qızdırmasının şiddətli günlərində namaz qılmırdı?! Namaz qıldığı halda vəziyyəti necə idi? Nə dediyini bilirdi?! Qızdırmalı olduğu vaxtda vəhyi alan deyildi ki, istədikləri şey Cəbrailin Allahdan ona vəhy etdiyi şeylərdən olmuş olsun?! Ya görəsən, o anlarda özündən bir şeyi Qurana artırmaq, ya ondan bir şey azaltmaq istəyirdi?! Səhabələr ondan, Qurandan savayı İlahi vəhy olan çox sözlər eşitmişdilər. Bütün bu sözləri (Qüdsi hədisləri) Allah ayələri kimi tanıyır, ona itaət etməni vacib bilirdilər.

Bu sözü:   ان الرجل ليهجر حسبنا كتاب اللهdeyən təkcə Quran və Əhli-beyt arasına deyil, əksinə Quran və Peyğəmbər arasına da ayrılıq saldı. O, sözünün əvvəlində Allahın Rəsulunu “الرجل” “bu kişi” – deyə çağıraraq”رسول الله” Allahın Rəsulu demədi. Bu Allahın Rəsulunun məqamını sadə adamlar həddində aşağı salmaq deməkdi.Yəni o, Allahın Rəsulu olmadığı anlarda Allah kitabının və İlahi əmrin əksinə danışması mümkündür. Belə olduqda onun sözünə fikir vermək lazım deyil və(حسبنا كتاب الله ) demək lazımdır. Bu da Quran və Peyğəmbər arasına ayrılıq salmaqdır. Beləliklə, Peyğəmbər və Quran arasına ayrılıq salmaq mümkün olarsa, deməli, Quran və əhli beyt arasına ayrılıq salmaq daha asan olacaq vəعلي مع الحق والحق مع علي (Əli haqla haqsa Əliylədir) e`tibardan düşəcəkdir.

ان الرجل ليهجر، حسبنا كتاب الله  Sözlərini şüar etmək dillini bağlayıb, dilsizi boşlamaq deməkdir. Məhz bu siyasətlə “siffeyn” müharibəsində danışan (sakit) Quranı (Əlini) kənara qoyub danışmayan Quranı nizələrə vurdular. Hər zamanda xəlifələr etdikləri zülmə bəraət qazandırmaq istədikdə danışmayan Quranı meydana gətirməklə zülmü danışanlara rəva gördülər.

Bütün dinlərdə Peyğəmbərlərindən sonra kitabını təhrif etsələr də, Quran təhrifdən amanda qalmış kimi tanıtdırılmışdır. Lakin dünyapərəst insanların əli ilə çox incə bir zərifliklə dəyişiklik olmuşdur ki, o da Quranı öz həqiqi təfsir edənindən ayırmaqdan ibarətdir. Quranın təfsirçisi və danışanının öz nəzərini bildirməsinin qarşısı alındıqda, hər kəs o kitabın mətləbini istədiyi kimi təfsir və məna edə bilər. O, adam “Allahın kitabı bizə bəsdir!” – deməklə camaata elə göstərdi ki, camaatın öz hidayətləri üçün Qurandan başqa kitaba ehtiyacları olmadığı halda, Peyğəmbər yeni bir Quran yazmaq istəyir. Deməli həzrət o sözləri sağlam hissilərlə deməmişdir! Beləliklə qələm-kağşz gətirməyə ehtiyac yoxdur!

Kim ona xəbər vermişdi ki, Peyğəmbər (s) başqa bir Quran yazmaq istəyir?! Hansı ayə və hədisə əsasən ümməti Quransız hidayət etmək olar?! Peyğəmbər (s) həyatda olduğu zaman ayələr barəsində hər bir kiçik irad və şübhəni açıqlayırdı. Dünyadan getdiyi zamanda, şəxsi mənfəət güdənlərin ayələri öz xeyirlərinə məna etməsinin qarşısını almaq və (ayələrin açıqlanması və təfsiri üçün) hamının müraciət edə biləcək şəxsi təyin etməsi lazımdı.Quran özü buyurur:

و ننزّل من القرآن ما هو شفاء و رحمة للمؤمنين و لا يزيد الظّالمين الاّ خساراً

“Biz, Qurandan möminlər üçün şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara ziyandan başqa bir şey artırmır”[7]

Necə olur ki Allahın ayələri bir dəstə üçün dərman və rəhmət, digər bir dəstə üçünsə ziyan səbəbi olur?! Quranın bu  xüsusiyyəti Peyğəmbərin əsrində və eləcə də o həzrətin vəfatından sonra olmuş və olacaqdır. Heç kəs Quranın düzgün təfsir və açıqlama olmadan aləmlərə nicat verəcəyinə zamin durmamışdır.

 




[1] “Nəcm”surəsi, ayə:  2-4.

[2] “Əhzab”surəsi, ayə: 57.

[3] “Nisa”surəsi, ayə: 14.

[4] “Cinn”surəsi, ayə: 23.

[5] “Əhzab”surəsi, ayə: 36.

[6] Gələcək bəhslərimizdə qeyd olунan ünvanların hər biri üçün, Әhli-sünnəнin mötəbər mənbələrindən sənədlər gətirəcəyik.

[7] “İsra”/82.

Şərhi əlavə etmək