Yezidin balaları Suriyada Peyğəmbərin və İmam Əlinin yaxın səhabəsinin qəbrini dağıdıb cənazəni oğurlayıblar + Foto

 
Suriya Milli Ordusuna ardıcıl uduzan, azğın terrorçular, cənab Hicrin məzarını dağıdaraq, onun çürüməmiş və sanki bir neçə dəqiqə bundan qabaq qəbrə yeni qoyulmuş mübarək cənazəsini oğurlayaraq özləri ilə naməlum istiqamətə aparıblar. 

 

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türk, Ərəb, qondarma yəhudi, İngilis, Fransız, Alman, İspan, Yunan, Azərbaycan və s. ölkələr tərfindən dəstəklənən üzdəniraq sələfi-vəhabi yaraqlıları, Suriyada növbəti yəhudisayağı cinayətlərə əl ataraq, İslam Peyğəmbəri və İmam Əlinin (əleyhis səlam) ən yaxın səhabələrindən birinin qəbrini dağıdıblar.

Dəməşqin yaxınlığındakı “Ədra” məntəqəsində, İmam Əlinin (əleyhis səlam) yaxın səhabələrindən biri olan cənab “Hicr ibni Udey Kəndi” (Rizvanullahi Təala əleyh) mübarək qəbri yerləşir. “Hicr ibni Udey Kəndi” (Rizvanullahi Təala əleyh) Hicri Qəməri tarixi ilə, 51-53-cü (miladi tarixi ilə 674-676-cı) ildə Allah Cəllə Cəlaluh və Əhli-Beyt (əleyhimus səlam) düşməni olan Müaviyə ibni Əbu Süfyan (Allah qəzəb və lənəti onlara olsun) tərəfindən şəhid edilərək, qeyd olunan “Ədra” məntəqəsində torpağa tapşırılıb. 

Suriya Milli Ordusuna ardıcıl uduzan, azğın terrorçular, cənab Hicrin məzarını dağıdaraq, onun çürüməmiş və sanki bir neçə dəqiqə bundan qabaq qəbrə yeni qoyulmuş mübarək cənazəsini oğurlayaraq özləri ilə naməlum istiqamətə aparıblar.

Hicr İbni Udey Kəndi (Rizvanullahi Təala əleyh) qardaşı Hani İbni Udey ilə birlikdə yeniyetmə yaşlarında, əziz İslam Peyğəmbərinin hüzuruna şərəfyab olaraq, İslam Dinin qəbul edib Müsəlman olurlar. Hicr İbni Udey Kəndi (Rizvanullahi Təala əleyh) Roma imeratorluğunun ərazisi olan Şam əyalətinin (indiki Suriya, Livan, İordaniya və Fələstini torpaqlarını) fəthində böyük rolu olub. Belə ki, o, Şam məntəqəsi olan “Mərc Əzranı”, fəth edir. Daha sonra, Qadisiyə döyüşündə fəal iştirakı olan Hicr (Rizvanullah) İraqda yerləşən İran İmperatorluğundakı Əşkanilər dövründən başlanaraq əsası qoyulan və Sasanilər zamanında artıq bir-birinin yanında yeddi şəhərin tikilişi sona çatan, İraqın indiki paytaxtı Bağdaddan 40 km aralıqda yerləşən Mədainin (yəni şəhərlər) fəthində, Dəclə çayından ilk üzüb keçə bilən yeganə şəxsdir.

Hicr İbni Udey Kəndi (Rizvanullahi Təala əleyh), şücaətli olmasından əlavə həm də misilsiz təqva sahibi olan bir səhabə olub. Ona, çoxlu dualar edib, çoxlu namazlar qıldığı və çoxlu oruclar tutduğu üçün Hicrul Xeyr ləqəbi vermişlər. Onun anasına daim yaxşılıqlar etdiyi söylənilir. Hicr İbni Udey Kəndinin (Rizvanullahi Təala əleyh) daim dəstəmazlı olduğu və dəstəmaz aldığı zaman da mütləq bir namaz qıldığı nəql edilir. Tarixdə onun “müstəcabu dəva” (yəni hər zaman dua etdikdə, Allah onun duaların ani vaxtda qəbul edib ona əta edərdi) olduğu da söylənilir.

Hicr İbni Udey Kəndi (Rizvanullahi Təala əleyh), İslamda olan  Ədalət və Haqqın aşiqi idi. O, möhkəm əqidəli insan olaraq, Ədalət yolunda canlarından keçənlərin vurğunu idi. Hicr (Rizvanullah əleyh), qəsbkar “xəlifə” Osmanın tərəfindən, Haqqı söylədiyi üçün, susuz və quraqlıq səhra olan “Rəbəzə” məntəqəsinə təbid edilən, cənab İslam Peyğəmbərinin ən yaxın səhabəsi, Əbazər Ğəffari (Rizvanullahi əleyh) həzrətlərinin qürbətdə can verdiyi zaman, (qeyd edək ki, qəsbkar xəlifə olan Osman (Allah rəhmətini ondan uzaq etsin), Əbazərin (Rizvanullahi əleyh) yanına getməyi qadağan etmişdir!) təqiblərə baxmayaraq, başı üstə hazır oldu. Hicr İbni Udey Kəndi (Rizvanullahi Təala əleyh), İslam Peyğəmbərinin gətirdiyi Ədalət və Haqqı yalnız Əmirəl Möminin, Əli İbni Ənu Talibdə (əleyhimə səlam) görürdü.

 



Şərhi əlavə etmək