İSLAMIN ILKIN ILLƏRI (10)
İSLAMIN ILKIN ILLƏRI (10)
VƏSIYYƏTIN MƏZMUNU VƏ YAZILMASININ QARŞISININ ALINMA SƏBƏBLƏRI
Ömər ibn Xəttab, İbn Abbasla söhbətində deyir: [1]Allah Rəsulu (s) Əlini çox tərifləyirdi. Əlbəttə bu təriflər heç nəyi sübut etmir və hüccət də deyildir. O, Əlini tərifləməklə (həqiqətdə) öz ümmətini yoxlamaq istəyirdi. (Görsün ki, ümmət öz peyğəmbərlərinə nə həddə itaət edir.) O, həzrət xəstə olduğu zaman bu məsələni açıqlamaq istəyirdi ki, mən qarşısını aldım.[2]
Başqa bir rəvayətdə deyilir:
Allahın Rəsulu (s) onu xilafətə namizəd etmək istəyirdi. Mənə fitnə baş verə biləcəyindən qorxaraq mane oldum. Peyğəmbər mənim niyyətimdən agah oldu (öz istəyi haqqında israr etməkdən) və əl çəkdi.[3]
İbn Abbas deyir:
Ömər Şama etdiyi səfərlərindən birində, öz dəvəsində tək idi, o zaman mənə dedi: “İbn Abbas! Əmin oğlundan şikayətçiyəm. Ondan mənimlə getməsini istədim, ancaq o, razılaşmadı. Mən hələ də onu acıqlı və incik görürəm. Görəsən acığı nədən ola bilər?” Dedim: “Sən özün bilirsən.” Ömər dedi: “Sənin fikrincə O, hələ də xilafəti əldən verməsinə görə narahatdır?” Dedim: “Bəli belədir. O, fikirləşir ki, Allahın Rəsulu (s) onu xəlifə seçmişdi.” Ömər dedi: “Allahın Rəsulu (s) Onu xəlifə seçmişdi, lakin nə etmək olar ki, Allah belə istəməmişdi! Allahın Rəsulu bir şeyi, Allah isə başqa bir şeyi istəmişdi. Bu zaman Allahın iradəsi üstün gəlmiş, Rəsulunun istəyi icra olmamışdı. Məgər Allahın Rəsulunun hər istəyi yerinə yetirdi? Əmisi Əbu ləhəbin müsəlman olmasını istədi, lakin olmadı.”
Maraqlı və incə məsələ budur ki, Allahın Rəsulunun (s) “qələm-kağız gətirin, sizə bir şey yazım ki, məndən sonra azıb haqq yoldan kənara çıxmayasnıız” – deməsindən nə istəyəcəyini Ömər ibn Xəttab bütün incəlikləri ilə bilirdi. Onun ani əksül əməl göstərməsi bütün hadisələrlə tanış olmasına bir dəlildir. O, həmin anda hər şeyi çox diqqətlə izləyir, zirəkliyini və vaxt tanımasını ən yüksək dərəcədə işə salmışdı.
Həzrətin danışığı elə tənzim olunmuşdu ki, böyük ehtimalla orada olnların bir çoxu nə yazmaq istəməsini başa düşmüşdülər.
1. Yazının şəriət məsələləri və adi ışlər barəsində olmamasında heç bir şəkk yox idi. Belə ki, yazılması istənilən şeyə əsasən ona itaət edən kəs heç zaman haqdan çıxmayacaqdı. Əgər yazılmalı şey məsələlər olsaydı, onunla heç kim müxalifət etməzdi, nəinki təhqiramiz söz deməz, heç azacıq belə! Yazılması istənilən şey hər nə idisə, Ömərin çox qorxduğu bir məsələ haqqında idi. Ona görə də hələ yazılmamış o qədər qəzəblənir ki, İbn Əbil-Hədidin dediyinə görə nəfsinin qarşısını ala bilməyərək o nalaiq sözü deməkdən özünü saxlaya bilmir.
2. O cümlə hər nə olsa da, bir hissəsi həzrətin istəyində yer almışdı. Belə ki, həzrət buyurur: “Əgər bu mətləbi yazsam heç kəs haqdan çıxmayacaqır.” Sanki bundan qabaq həzrət ona oxşar cümlə buyurmuş və cümlələrin oxşarlığı səbəb olmuşdu ki,o Peyğəmbərin cavabında “(bir şeyin yazılması lazım deyildir) Quran bizim aramızdadır və Allahın kitabı bizə bəsdir!” demişdi!?
O, haradan bilirdi ki, Peyğəmbər nəyisə Qurana qoşmaq istəyir!?
Həqiqət budur ki, Peyğəmbərin vəsiyyətinin mövzusu tamamilə məlumdu. Həyata keçirmək istədiyi işisə təkcə demək deyil, yazmaq istəyirdi. Çünki o məsələ əvvəllər dəfələrlə açıqlanmışdı. Sözsüz, bütün ümmətin hidayət olunmasına səbəb olan məsələ təkcə o həssas vaxta qalmamışdı. Əks təqdirdə, deyilməsinə müvəffəq olmadıqda ümmət hidayətdən uzaq düşə bilərdi. Odur ki, bir çox hallarda onu xatırlatmışdı. Belə olmadıqda (əgər bu məsələni qabaqlar deməmiş, indi də) yazmaqa müvəffəq olmazsa, qəbul etməliyik ki, ümmətini həmişəlik azqınlıqda qoyaraq onları tərk etmişdir.
Bu araşdırmadan əlavə, tarix bizə göstərir ki, bu acı hadisədən əvvəl və eləcə də sonra haqqında qələm və kağız istədiyi o cümləni özündə ehtiva edən başqa kəlamlarında buyrurmuşdur. O kəlam “Səqəleyin” hədisidir. Səhabələr dəfələrlə O həzrətdən eşitmişlər ki:
«انّى تارك فيكم الثّقلين كتابَ الله وعترتى ما ان تمسّكتم بهما لن تضلّوا ابداً و لنْ يضفترقا حتّى يردا علىّ الحوض»[4]
“Mən sizin aranızda iki ağır və qiymətli şey qoyuram: Allahın kitabı və ailəm. Nə qədər ki, onlardan tutmusunuz, heç zaman (haqdan) azmayacaqsınız. “Kövsər” hovzunun yanında mənim yanıma gələnə qədər onlar bir-birindən ayrılmayacaqlar.”
İbn Həcər yazır:
Ömrünün son günlərində yoldaşlarımdan bir dəstəsi Allahın Rəsulunun yatağının ətrafına yığılmışdı. Həzrət onlara xitabən buyurdu:
Camaat vəfatım yaxınlaşmışdır. Tezliklə aranızdan gedəcəyəm. Agah olun! Sizin aranızda Quran və Əhli-beytimi[5] əmanət qoyuram. Hər ikisinə itaət edin. (Bu zaman Əlinin əlindən tutub buyurdu:) “Bu Əli Quranla, Quran da Əli ilədir. Onlar bir-birindən ayrılası deyillər.”[6]
[1] Bu haqda sonradan “Peyğəmbərin canişini” bəhsimdə danışacağıq.
[2] “Nəhcül-bəlağənin şərhi”, 3-cü cild, səh. 97 (Əl-muraciatdan nəqlән, s. 106)
[3] Јенә орада.
[4] Hakim Nişapuri onu belə rəvayət etmişdir: لن تضلوا ان اتذبعتموها O, ikiсинә itaət etsəниz, heç zaman azmazsıныz. ( “Əl-müstədrəkü ələs-səhiheyn” 2-ci cild, səh. 109.) Şiə və sünnü təhqiqçiləri Peyğəmbərin bu cümləni buyurduğu yerləri saymışlar. Әлавә мəlumat üçün “Səhihi-Tirmizi”, 5-ci cild, səh. 462, 3786-cı hədis, “Əl-qədir”, 1-ci cild. )
[5] İbn Əbil-Hədid deyir: Peyğəmbərin itrəti və övladlarıdır. Onun qəbiləsini itrəti adlandırmaғımız düz olmaz. Əbu Bəkrin “Səqifə” günü, “biz Peyğəmbərin itrətiyik” – deməsi (diqqət et! Müt.) bir növ məcazи мәнадыр. Necə ki, Ədnanın övladlarının, “biz Peyğəmbərin əmisi oğlanlarıyıq” deməsi дә məcazи мә`на иди. Çünki onlar Peyğəmbərin əmisi oğlanları deyilдиlər. Sadəcə, Qəhtan tayfasının qarşısında fəxr etmək üçün özlərini Peyğəmbərin əmisi oğlanları bilirдиlər. Allahın Rəsulu (s) өzü itrətin mənasını “Səqəleyn” hədisində buyurmuşdur. Mənim itrətim, yə`ni Mənim əhli beytim. Öz Әhli-beytini də “Təyhir”ayəsiндә;
انّما يريد الله ليذهب عنكم الرّجس اهل البيت و يطهّركم تطهيراً (“Əhzab”surəsi, ayə: 33) əbanı qızı Fatimə, Həsən, Hüseyn, kürəkəni və əmisi oğlu Əlinin üstünə çəkərək açıqlamış və demişdir: “Allahım bunlar Mənim əhli beytimdir. (“Nəhcül-bəlağənin şərhi”, 6-ci cild, səh. 375. ).
Əhli sünnətin bir çox mötəbər kitabları, Әmirәl-möminin Əli, imam Həsən, imam Hüseyn və Fatimеји-Zəhranı (s) Peyğəmbərin Әhli-beyti bilirlər (“Müstədrəki-Hakim”, 2-ci cild, səh. 414, 3-cü cild, səh. 147, 4-cü cild, səh. 107. “Dəlalis-sidq”, 2-ci cild, səh. 67.
[6] “Əs-səvaiqul-muhriqə”, 9-cu bab, ikinci fəsиl, səh. 75.
Şərhi əlavə etmək