İSLAMIN ILKIN ILLƏRI (8)
İSLAMIN ILKIN ILLƏRI (8)
PEYĞƏMBƏR (S) VƏSIYYƏTI YAZMADI
Peyğəmbərin (s) vəsiyyətinin dinləyiciləri iki dəstə idi: Müvafiqlər və müxaliflər. Müxaliflər həyasızcasına vəsiyyətdən ehtiyacsız olmalarını bildirsələr də azğınlıqdan nicat tapmaları və həqiqəti daha yaxşı tanımaları üçün vəsiyyətnamənin yazılmasına daha çox ehtiyacları vardı. (Ehtiyacı olanlar vəsiyyətnamənin yazılmasını istəmədikdən sonra) yazılmasının nə faydası ola bilərdi? Peyğəmbərin (s) hüzurunda ona sayıqlamaq nisbəti verənlər, vəsiyyətnamə yazılan təqdirdə, hər yolla olur-olsun, sözlərini sübuta yetirməyə çalışır və bu yolda nahaq qanlar tökməyə belə hazırdılar! Bəlkə bu yolla vəsiyyəti e`tibardan sala bilsinlər. Belə olduqda nübuvvətin özünə irad tutmağa yolu açılar və hər zamanda ixtilaf və mübahisə üçün bu fikrin ardıcılları meydana gələ bilərdi. Elə buna görə də ən yaxşı iş Peyğəmbərin (s) tutduğu yol – yəni vəsiyyətnaməni yazmamaqdı.
Bəlkə də Peyğəmbərin (s) vəsiyyətnamənin yazılmasını məsciddə ümumxalq kütləsinin qarşısında istəməməsinin əsas səbəbi də bu olmuşdur. Əvvəllərdə, “Qədir” hadisəsindən tutmuş Usamənin ordusunun göndərilməsi vaxtına qədər bu adamların etdiyi hörmətsizlik göstərirdi ki, əgər bu məsələ camaatın qarşısında olsaydı belə, onların müxalifəti ilə üzləşəcəkdi. Əlbəttə, bu müxalifət evdəkindən daha şiddətli və ziyan verici olacaqdı.
Peyğəmbərə evdə olan hörmətsizlikdən başa düşmək olur ki, bir dəstə adam hər hansı yolla olursa olsun, vəsiyyətin yazılmasının qarşısını almağı qarşılarına məqsəd qoymuşdular. Onlar Peyğəmbərin öz qərarında ciddi olmasını və vəsiyyətin məzmununun rəhbərliyə yetişə bilmələrinə bir maneə olduğunu başa düşdüklərindən sayıqlamaq nisbətini verməkdən başqa çarə görmədilər. Çünki bu söz qədər vəsiyyətin qarşısını ala biləcək heç bir söz ola bilməzdi. Belə bir nisbətin sübuta yetməsi nübuvvət məqamını nöqsanlı etməklə yanaşı, Peyğəmbəri (s) qızdırmalı halda, sayaqlayan sadə insanlar həddinə endirirdi. Belə olduqda, nübuvvətin bünövrəsi və eləcə də Peyğəmbərin dediyi bütün sözləri etibardan salacaqdı. Camaatın arasında belə bir ehtimal yaranacaqdı ki, Peyğəmbər digər sözlərini də tamamilə özündə olmadığı və düzgün düşünə bilmədiyi vaxtda demişdir! Bəlkə də elə bu dəlillərə görə o həzrətə (s) “istədiyinizi sizə gətirməyəkmi?” dedikdə buyurdu: “Daha nədən sonra?” (Bundan sonramı?).
Müxalifləri öz hədəflərinə yetişmək üşün bu qədər israr etmələrindən məlum olur ki, camaatın iştirakı da onlara mane ola bilməzdi. Odur ki, Allahın Rəsulu (s) öz istəyini evdə bildirdi. Əgər hörmətsizlik baş verəcəkdisə də, ümumcamaatın qarşısında deyil, evdə, kiçik bir mühitdə baş versin, beləliklə, Quran və dinlə müxalifət etmək ruhu başqalarına sirayət etməsin və nəticədə bir çoxu haqq yoldan çıxıb həlak olmasın.
Belə nəzərə çarpır ki, əgər o hörmətsizlik məsciddə baş versəydi daha geniş iğtişaşa səbəb olmaqla yanaşı, qan tökülməsi və qırğına da səbəb olardı. Necə ki rəvayətlərdə bunun baş vermə ehtimalını müşahidə edirik. Ömərin sözündən sonra bir dəstə qadam ələm-kağız gətirməyin, digər bir dəstəsi isə gətirin deməyə başladılar. Məlum olur ki, bu tanınmış səhabə öz istədiyi işdə tək olmamışdır. Təbiidir ki, daha böyük yığıncaqda hər iki dəstə - müvafiq və müxalif qrup bir çoxlarını özlərinə tərəf çağırib onları müdafiə etmələrini istəyəcək və bu zaman qarşıdurmanın baş verməsi qaçılmaz olacaqdı. Belə bir qarışıqlığın baş verməsi həzrətin hədəfləri ilə düz gəlmirdi. Necə ki, həzrət evdə baş verən söz-söhbətə dözməyib buyurdu: “Məndən uzaq olun! Heç bir reyğəmbərin yanında belə səs küyün qalxması rəva deyildir!” Barəsində ilk əvvəldən ixtilaf baş verən və zərbəsinin nə qədər ağır olması məlum olmayan bir yazı ilə insanlar necə hidayət tapıb o olduğu yerdə haqdan kənar düşməsinlər![1]
Amma həzrətin hədəfi ilə ziddiyyəti olmayan şey vəsiyyətnaməni, şifahi olaraq (yazmadan) məsciddə hamının qarşısında açıqlamaq idi. Həmin səbəbdən Allahın Rəsulu (s) xəstəliyinin şiddətinə baxmayaraq məscidə daxil olub minbərin qarşısında dayandı. Hamının gözü yaşla dolmuşdu. (Həzrət) Buyurdu:
انى تارك فيكم الثّقلين كتاب الله و عترتى[2]
“Sizin aranızda iki ağır və qiymətli şeyi (yadigar) qoyuram: Allahın kitabı və itrətimi (Əhli-beyti).”
[1] “Əsrari-Səqifə”, səh. 122.
[2] “Əs-səvaiqul-muhriqə”, 2-ci fəsиl, 9-cu bab, səh. 75, “Baharul ənvar” 22-ci cild, səh. 472.
Şərhi əlavə etmək