İSLAMIN ILKIN ILLƏRI (4)

İSLAMIN ILKIN ILLƏRI (4)

ÇARƏ AXTARIŞINDA

Qədir hadisəsindən sonra Mədinə, həmişə olduğu kimi deyildi. Məxsus hərəkətlər baş verməkdə idi. Heç bir şey o həzrətin nəzərindən qaçmırdı. Məsləhət bildiyi kimi onların qarşısını almağa çalışırdı. Həzrətin qəbul etdiyi qərarlardan məlum olur ki, bu hərəkətlər çox ciddi şəkildə hazırlanır və genişlənirdi. Elə buna görə də əsaslı və ciddi qərarlar qəbul edib həyata keçirmək lazımdı. Bu qərarların içində üç xüsusiyyət daha önəmli idi:

1) Müxalifləri Mədinədən uzaqlaşdırmaq;

2) Yaş baxımından bir çox səhabədən kiçik olmasına baxmayaraq, Əli ibn Əbi Talibin (ə) imamətini qəbul etmək üçün şərait yaratmaq;

3) Səlahiyyətləri çatmadığı halda özlərini imam görmək üçün fürsət güdənləri etibardan salmaq.

Hər üç hədəfi həyata keçirmək üçün ən yaxşı yol Usamənin ordusunu yarımadanın sərhədlərindən xaricə göndərmək idi. Ordunun xüsusiyyətlərini araşdırdıqda ezamdakının üç hədəfin hər birinin necə də tə`min etmdiyini görmək olar.

USAMƏT IBN ZEYDIN QOŞUNUNUN EZAM OLMASI

Hicrətin səkkizinci ilində Cəfər ibn Əbi Talib, Zeyd ibn Harisə və Əbdullah ibn Rəvahənin başçılığı altında romalıların ehtimalı hücumunun qarşısını almaq üçün Peyğəmbər (s) tərəfindən ordu yaradılıb o torpağa göndərildi. Bu döyüşdə islam ordusunun hər üç başçısı şəhadətə yetişdilər. Hicrətin doqquzuncu ilndə də romalıların Hicaz ərazisinə hücum etmək fikirləri xəbəri Mədinədə yayıldıqdan sonra, Peyğəmbər otuz min nəfərlik ordu ilə “Təbuka” tərəf hərəkət etdi. Amma bu zaman müharibə baş vermədi və döyüşmədən geri qayıtdılar. İndi isə təhlükə ehtimalı daha böyük və ciddi idi. Bu baxımdan Peyğəmbər (s) ömrünün son günləri: hicrətin on birinci ili, Məhərrəm ayının axırlarında xəstəlik yatağına düşməzdən əvvəl Usamət ibn Zeydin başçılığı altında böyük bir ordunu həmin məntəqəyə göndərmək istəyirdi.

ORDUNUN XÜSUSIYYƏTLƏRI

Bu ordunun aydın olan bəzi xüsusiyyətləri aşağıdakılardan ibarət idi:

1. Ordu elə bir zamanda hərəkət edirdi ki, Hicaz, məxsusən Mədinə yarımada daxilində olan düşmənlər tərəfindən şiddətlə hədələnirdi. [1]

2.Qoşun başçısı iyirmi yaşlı bir cavan idi.

3. Mədinəyə hicrət etmiş ilk mühacirlər və tanınmış adamlar qoşuna daxil idi.[2]

4. Əli ibn Əbi Talib (ə) Peyğəmbərin (s) əmrinə əsasən bu orduda iştirak etmirdi.

5. Ordunun geri dönməsi iki aya qədər çəkəcəkdi.[3]

6. Peyğəmbər (s) ordunun hərəkət etməsindən boyun qaçıranları lənətləmişdi.[4]

E`zam gününün sabahı Peyğəmbər (s) şiddətli qızdırma keçirdi və yatağa düşdü.[5] Həzrətin xəstələnməsi, bəzi döyüş sursatı və qoşun başçısının yaşının az olması bəhanəsi bir dəstənin boyun qaçırmasına səbəb oldu və ordu tə`xir məcburiyyətində qaldı.(1)[6]

Bir dəstə adam Usamənin qoşun başçılıqına etiraz edib onu pislədikdə, Peyğəmbər əkrəm (s) buyurdu: Siz indi bunu bəyənməyib danladığınız kimi, qabaqlar da atasının başçılıqına etiraz edib onu bəyənməmişdiz. Ancaq bunu bilin ki, and olsun Allaha onun qoşun başçılığına ləyaqəti vardır!”[7] Sonra buyurdu:

لعن الله من تخلّف عن جيش اُسامة “Usamənin ordusundan boyun qaçırana Allah lənət etsin!(3)[8]

Bununla belə, döyüşçülər “Curf”* düşərgəsindən kənara çıxmadılar. Ordunun gecikməsinin səbəbi adi-sıravi döyüşçülərin deyil, bir neçə tanınmış səhabənin boyun qaçırmasına görə olması məlum idi. Əks təqdirdə, belə narazılıq bir neçə nəfərin boyun qaçırmasına deyil, ümumi ordunun qiyam etmə sinə səbəb olardı. Tanınmış səhabələrdən olan Əbu Bəkr, Ömər ibn Xəttab əv Əbu Übeydə Cərrah Mədinəyə qayıtdılar. Usamə qoşunun çaş-baş qalmasını və Peyğəmbərin xəstəliyini görüb Mədinəyə gəldi və həzrətə dedi: “Atam-anam sənə qurban! İcazə verirsinizmi Allah Sizə şəfa verənə qədər bir neçə gün ayaq saxlayaq?” Həzrət buyurdu: “(Xeyr) Gecikmədən hərəkət et!” Usamə dedi: “Sizi belə halda qoyub getsəm qəlbim nigaran qalacaqdır! Buyurdu: Salamatlıq və qələbəylə hərəkət et!” Dedi: “İstəmirəm sizin halınızı səfər edənlərdən soruşum!” Buyurdu: “Əmrimi icra et!” Bu zaman Peyğəmbər haldan getdi. Usamə hərəkət etməyə hazırlaşdı. Peyğəmbər (s) özünə gəldikdə Usamə və qoşunun vəziyyəti barəsində soruşdu. Ona, Usamənin hərəkətə hazırlaşması barəsində xəbər verdilər. Bu zaman hey buyururdu: “Ordunu göndərin! Orduda iştirak etməyənə Allahın lənəti olsun!”

Bununla belə, Peyğəmbərin yatağının yanında olanlar Onun əmrlərinə çox da fikir vermirdilər.

Bəzən həzrətin sözlərini öz xeyir və hədəflərinə uyğun yozurdular.[9] Belə boyun qaçırmaların bəhanədən də artıq olan daha ciddi bir hədəf daşıması yaxşı məlum idi.

Ordunun hərəkətdən boyun qaçırmasını görən Peyğəmbər şiddətli qızdırmalı olmasına baxmayaraq, yenidən qəzəbli halda məscidə gəldi. Boyun qaçırıb itaətsizlik edənləri danlamaqla yanaşı onları “məl`un” adlandırdı. [10] Peyğəmbər heç vaxt şəkk etmirdi ki, bir dəstə onun ölümünü gözləyur. Bununla belə ordunun hərəkət etməsinə nə qədər təkid edirdisə də, itaətsizlik də bir o qədər şiddətlənirdi. Səbəbi də müxaliflərin bu təkidlərin arxasında məxsus siyasi hədəflərin olmasını bilmələriydi

Usamə Mədinədən çıxdığı zaman ordu artıq hərəkətə gəlmişdi. Corf düşərgəsində Əbu Bəkr, Ömər, mühacirlərin bir çoxu,[11] o cümlədən, ənsardan olan Useyd ibn Huzeyr, Bəşir ibn Sə`d və başqa tanınmış şəxslər orduda idilər. Ummü Əymənin göndərdiyi şəxs Usamənin yanına gəlib dedi: “Mədinəyə qayıdın, çünki, Allah Rəsulu vəfat etmişdir!” Usamə gecikmədən geri döndü və bayrağı Allah Rəsulunun (s) qapısında yerə qoydu.[12]

 




[1] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 318 və “Tarixül üməm vəl-muluk” səh. 225.

[2] “Əs-sirətüн-Nəbəviyyə”, 2-ci cild, səh. 642 və “Ənnəssu vəl-ictihad”, səh. 12.

[3] Əbu Bəkrin xilafəti zamanı Usamənin ordusu Şama ҝетмиш, qırx, yaхуд yetmiş gündən sonra geri dönmüşdü.

[4] “Şərhi Nəhcül-bəlağə”, Иbn Әbil-Hədid, 2-ci cild, səh. 25, “Əl-müraciat”, səh. 275, 276. (“Miləl və Nihəl”, (Şəhristani) 4-cü müqəddimə, səh. 29.

[5] Qoşunun hərəkəti сəfər ayında baş versə də tədarük Məhərrəm ayında görülmüşdü.

[6] “Tarixül uməm vəl muluk” 3-cü cild, səh. 186, “Şərhи Нəhcül-Бəlağə”, Иbn Әbil-Hədid” 1-ci cild, səh. 159-162.

[7] “Əl-bidayətü вән-nihayə”, 5-ci cild, səh. 222, “Tarixül uməmi vəl-muluk“, 2-ci cild, səh. 224 “Əl-kamilu fit-tarix” 2-ci cild, səh. 317.

[8] “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid” 2-ci cild, səh. 20 və 6-cı cild, səh. 52, “Əlmüraciat” səh. 275-276, “Miləl və nihəl Şəhristani” dördüncü müqəddimə səh. 29.

*Mədinənin Şama tərəf 5 km olan məntəqəнин адыдыр.

[9] “Müsnədи-Əhməd” 1-ci cild, səh. 356, “Ət-tәbəqatül-kübra” 2-ci cild, səh. 217-242-245, “Tarixül uməm vəl muluk” səh. 192-193. İbn Əbil-Hədid deyir:  Belə ehtimal vermək olar ki, Usamənin düşərgədən geri çağırılması və qoşunun hərəkət etməsinin qarşısı alınması Peyğəmbərin yataғı kənarına yığılan adamların əli ilə müəyyən hədəflərə görə olmuşdur. ( “Nəhcül-Бəlağənin şərhi” 12-ci cild, səh. 82-90).

[10] “Şərhi Nəhcül-bəlağə”, Иbn Әbil-Hədid” 2-ci cild, səh. 20 , “Əlmüraciat” səh. 275-276, “Miləl və nihəl”, Şəhristani, dördüncü müqəddimə səh. 29. Bir çox tarixçilərin itaətsizlik edənlərin lənətlənməsini rəvayət etdikləri halda “Təbəri ”о həzrətin buyruqunu belə yazmışdır:  “Mənim Usamənin ordusu haqqında verdiyim göstərişə əməl edin. Peyğəmbərlərinin qəbrini məscidə çevirənlərə Allahın lənəti olsun! (“Tarixul-uməmi vəl-muluk” 2-ci cild, səh. 225). Burda soruşmaq lazımdır ki, Təbərinin həzrətdən rəvayət etdiyi bu iki cümlə arasında nə кими əlaqə vardır?!

[11] “Ənsabul-Əşraf” 1-ci cild, səh. 474.

[12] “Ət-təbəqatul-Kübra” 2-ci cild, birinci hissə səh. 136-137, “Əlmәğazi” 3-cü cild, səh. 856, “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid” 1-ci cild səh. 160 və 6-cı cild, səh. 52.

Şərhi əlavə etmək