İSLAMIN ILKIN ILLƏRI (1)

İSLAMIN ILKIN ILLƏRI (1)

İSLAMIN ILKIN ILLƏRI (1)

 

ÖN SÖZ

Həzrət İsa Məsihin dövründən xeyli müddət kecdi. Dünya xalqlarını dinsizlik və istirab bürümüşdü. Paklığa və saflığa  inanc ədalət və düzgünlük prinsipleri İsa Məsih tərəfindən insanlara aşılansada yaxşılığı pisdən, haqlını haqsızlıqdan və insanlar arasında nizam intizam yaradan uca yaradan ilahi hakimiyyət İsadan sonra tənəzzülə uğradı. Bu müddətdə dinin şamı söndü, hər yerdə dinsizlik və eyş-işrət əhval ruhiyyəsi rəvac tapdı. İnsanlar oğurluqla pul qazanır, cirkinliklə qidalanır və şeytanın rəhbərliyi altında müxtəlif cirkli əməllərə bulaşırdılar. Bütün bunlar belə bir halda baş verirdi ki, insan bezmiş və ümidsizliklə, onun ucmuş evini yenidən bərpa edən şəxsi gözləyirdi. Bu vaxtlar ərəblər pərişan həyat tərzi yaşayırdılar. Tam yəqinliklə deyə bilərəm ki, onlardan bəzisi elə bir şəxsin arzusunda idilər ki, bir gün zühur edərək, onların yorğun və pərişan qəlblərinə hakim olaraq yoxsul həyatlarını abadlaşdırsın və onların daxili dünyasını əqidəsizlik, pərişanlıq və cirkinlikdən təmizləsin.

  Həzrət Mühəmməd Əminin(s) şanlı zühuru bütün bu intizarlara son qoydu. O pakizə, eyibsiz və yaranmışların ən secimlisi idi. İslam Peyğəmbəri (s) insanların fəxri bütün dünya əhalisinə xeyr-bərəkət gətirən əzəmətli Peyğəmbərin nəslindən və pakizə ailəyə sahib olan bir şəxsiyyət idi. İnsan  öz həyat tarixində onu təvəllüdündən və Peyğəmbərliyə catmasından daha əsrarəngiz hadisə ilə üzləşməmişdir. O Həzrət öz qövmü ilə yaşadığı müddətdə qaranlıq sevən zülümkarlar bacardıqları qədər ona əziyyət verirdilər. Bütün bu haqsızdıqlar ona görə idi ki, Peyğəmbərin (s) möhkəm imanını zəifləndirsinlər, onun ümidini ümidsizliyə cevirsinlər və onu öz yüsək məqsədindən yayındırsınlar. Lakin Həzrət Mühəmmədin (s) məğlub olmaz şəxsiyyəti və ümid dolu ruhiyyəsi ona uzaq gələcəkləri görmək imkanını yaradırdı.O insanlar arasında yaşıyır və təbliğ edirdi. Bu vaxt cirkinliyə bulaşmayan, insanlığa layiq olan və onun semavi təlimlərini öyrənmək istedadına malik olan insanlar saflıq və insanlıq paltarını geyindilər və əbədiyyətə qovuşdular. Peyğəmbərin (s) yaxşı məsləkdaşlarından saflığda və ilahi elm də daha üstün onlanları isə Peyğəmbərin (s) ülvi ideyalarını qoruyub saxlamaq üçün Peyğəmbərdən sonra uzun müddət yaşadılar. O secilmiş Peyğəmbərlətin öncədən verdiyi xəbərə görə Peyğəmbərdən (s) sonra onun yaxın dindaşları qərib oldular  və dünyapərəst insanların həfslərinin tüğyan etməsi onları Peyğəmbərin yolunu davam etməkdə saxladı. Beləliklə yenidən mənəviyyat süfrəsi insanların qarşısından götürüldü və Ilahi qanunlar və hökmlər ağılsız hakimlərin oyuncağına cevrildi. Bir əsrə yaxın müddət ərzində  böyük Peyğəmbərin (s) kəlamlarının yazılması və yayılması qadağan edildi. Peyğəmbərin pak Əhli beytinin fəzilətlərindən söhbət etmək, Qədr hadisəsini yad etmək, Təthir ayəsini, Kəhf  hədisini, Mənzilət və Səqələyn hədislərini təfsir etmək cinayət hesab edildi. Bundan sonra yüz illərlə tarix hakimiyyətə mənsub olanlar tərəfindən yazıldı. Həmin tarixcilərin ən tanınmışı İbn Cərir Təbridir. O bitərəf olduğunu bəhanə gətirərək həqiqətləri təhrif etmiş və ya gizlətmişdir.[1] Bu səbəbdən  həmin tarix əsərlərinə dərindən inanmaq olmur. Hər halda biz bu kitabda həmin əsərlərin daha inanılası məqamlarından bir necəsinə istinad etmişiq. Bu kitabda irəli sürünən fikirlərdə daha çox əhli sünnənin nəzərlərinə və onların möhtəbər kitablarına əsaslanmışdır.

 

PEYĞƏMBƏRİN (S) VƏFATINDAN ƏVVƏL BAŞ VERMİŞ HADİSƏLƏR

Peyğəmbərin vəfatından əvvəl, eləcə də vəfatından bir az sonra islam tarixində siyasi və eyni zamanda məxfi olan çox mühüm hadisələr baş vermişdir. Allahın Rəsulunun (s) yüksək ağıl və düşüncəsiylə azca tanış olan hər bir kəs O həzrətin Qədir hadisəsiylə vəfatı arasında olan qısa bir müddət ərzində baş verən məsələlərə nə qədər ağıl və diqqətlə dərin nəzər salmasını görə bilər.

Müsəlmanların, Peyğəmbərin (s) vəfatından sonra olan tarixini araşdırıb mütaliə edən hər bir kəsi düşündürən ən mühüm sual, Peyğəmbərin müsəlmanlara Əhli-beytini sevmə və onlara itaət etmələrini təkid etməsinə baxmayaraq, O həzrətin elə vəfat etdiyi gündən başlayaraq tapşırıqlarına qarşı çıxmaları daha çox tövsiyə etdiyi şeyə az da olsa, əhəmiyyət verməmələri məsələsidir.

Görəsən, Allahın Rəsulu (s) belə bir müxalifətçiliyin baş verə biləcəyini və onun qarşısını almaq üçün bir çarə fikirləşməmişdi?!

(Mədinənin ağır günlərində öz vəfatından qabaq) Usamət ibn Zeydi Şam sərhədlərinə tərəf göndərməyin mənası nə idi?

Özündən sonra canişin qoymaq haqqında nə fikirdəydi?

Bu fəsil bu qəbildən olan suallara cavab vermək üçün qələmə alınır.

Həqiqət budur ki, Allahın Rəsulunun (s) vəfatından sonra baş verə biləcək hadisələrə qarşı nəzərini Qədir hadisəsiylə vəfatı arasında olan yetmiş gündə açıq-aydın açıqlanmışdır. Necə ki, müxaliflərin gizli işləri də məhz bu müddət ərzində olmuşdur. Belə ki, bu müddətdə olan hadisələr açıqlanmazsa, gizli olan həqiqətlər aşkar olmaz.

 

 

[1]  Əllamə Seyid Mürtəza Əskəri yazır:Təbəri başqa tarixcilərdən daha çox mövhumat nəql etmişdir("Nəqşi Əimmə dər Ehyaye Din",6 ci cild,səh 53).O Seyf bin Ömərdən 701 hədis nəql etmişdir.Halbuki o tətqiqatcılar yanında yalan hədis söyləməklə məşhur idi.("Əl-Qədir",8 ci cild,səh 327) Xətib Bağdadi yazır:Yer üzündə ən yalancı adam Əbu Məşərdir.("Tarixi-Bağdad",13 ci cild,səh 429)Belə ki,Təbəri öz kitabında onun söylədiyi hədislərdən bəhrələnmişdir("Əl-İmamus-Sadiq-vəl Məzahübul Ərbəə",1 ci cild,səh 265)

Şərhi əlavə etmək