ÖHDƏSINDƏ XÜMS OLAN ŞƏXS HAL- HAZIRDA ONLARIN XÜMSÜNÜ VERMƏYƏ IMKANI YOXDUR. BU ŞƏXS NƏ ETMƏLIDIR?

ÖHDƏSINDƏ XÜMS OLAN ŞƏXS HAL- HAZIRDA ONLARIN XÜMSÜNÜ VERMƏYƏ IMKANI YOXDUR. BU ŞƏXS NƏ ETMƏLIDIR?

Sual

Öhdəsində xüms olan şəxs (məsələn, əvvəllər ehtiyacı olmayan şeylər almışdısa, indi onların xümsünü çıxartmalıdır və s.) hal-hazırda onların xümsünü verməyə maddi imkanı çatmayan fəqir bir insandırsa nə etməlidir, yəni xüms onun öhdəsindən götürülərmi? Əgər həmin şəxs din təbliğçisi olan şəxs olsa necə? Əgər desəniz ki, imkanı olduqda versin, sual veririk ki, maddi imkanı yaxşı olana qədər xümsü verilməyən həmin şeylərdən istifadə etmək olarmı?

Qısa cavab

Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin hökmünü öyrənməli borc alıb- qaytarmaq kimi yaxud  müsalihə etdikdən sonra tədriclə ödəyə bilər.
Əlavələr:
Bu suala mərcə təqlidlərin cavabı belədir:[1]
Həzrət Ayətullah üzma Xamenei:
Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin hökmünü öyrənməli borc alıb- qaytarmaq kimi yaxud müsalihə etdikdən sonra tədriclə ödəyə bilər.
Həzrət Ayətullah üzma Sistani:

  1. Əgər xümsün nəqd ödənilməsi problemlər yaradacaqsa tədriclə ödənilmə məbləğini və müddətini  müəyyən edə bilər. Və borc alıb qaytarmaq kimi müsalihə yolu ilə həmin miqdarı səhlənkarlıq etmədən tədricən  ödəyə bilər.
  2. Müsalihə etdikdən sonra istifadə edə bilər.

Həzrət Ayətullah üzma Məkarim Şirazi:
Dinin məbləğini ona bağışlayırıq. Digər halda isə öz öhdəsinə götürməli və imkanı olduğu zaman ödəməlidir. İndiki halda ondan istifadə edə bilər.
Həzrət Ayətullah üzma Safi gülpayiqani:
Bu şəxsin boynuna borc olan xümsü müctəhid yaxud vəkillə borcu verib- geri almaq yolu ilə maldan istifadəyə icazə ala bilər. Sonra isə yavaş- yavaş ödəyə bilər.

 


[1] - Həzrət Ayətullah üzmalar Xamenei, Sistani, Məkarim Şirazi və Safi gülpayiqani ofislərindən İslamkuest saytı tərəfindən istiftaat.

 

Şərhi əlavə etmək