“KÖVSƏR” SURƏSININ NAZIL OLMASI

“Kövsər” surəsinin nazil olması

Müşriklərin peyğəmbər haqqında cəfəngiyyat danışmaları və Quranın onlara cavabı

Mərvə yaxınlığında bir dükan var idi ki, İslam peyğəmbəri gündüzlər o dükanda bir saat əyləşərdi. Bu dükan Cəbr adında pulla alınmış xristian bir qula məxsus idi. Bəni Həzrəmi qəbiləsinin pul ilə alınmış qulu olan Cəbr bu dükanda alver edirdi. İslam peyğəmbərinin bu xristian kişi ilə münasibəti müşriklərin əlinə bəhanə verdi ki, yeni cəfəngiyyatlar irəli sürüb desinlər: Məhəmməd dediyi sözləri xristian Cəbrdən öyrənibdir və onları Məhəmmədə öyrədən də məhz odur. Allah-Təala onların cavabında bu ayəni nazil etdi: “Biz yaxşı bilirik ki,  kafirlər deyirlər: Quranı peyğəmbərə öyrdən insan fəsahətsiz bir qeyri- ərəbdir. Peyğəmbər ondan öyrəndikdən sonra onu fəsahətli ərəb dilini döndərir.

As ibn Vail Səhmi qüreyşin nüfuzlu rəhbərlərindən və peyğəmbərin düşmənlərindən biri idi. Hər hansı bir məclisdə o həzrətdən söhbət düşəndə As deyirdi. Onunla işiniz olmasın ..... (yəni nə deyirsə desin, nə edə bilirsə etsin) O nəsli kəsilmiş bir insandır. Öldükdən sonra adı yox olacaq və siz də rahat olacaqsınız! Allah- Təala ona cavab olaraq bu mübarək surəni nazil etdi:

“Ey Məhəmməd biz sənə kövsər əta etdik ki, (yəni Kövsər arxı) dünya və onun içərisində olanlardan daha yaxşıdır” Kövsərin böyük və daha çoxlu mənaları da vardır. Necə ki, Lübeyd, Kumeyt və Üməyyə ibn Əbi Aiz öz şerlərində bu mənaları qəsd ediblər.

Ənəs ibn Malik bir hədisdə rəvayət edir: İslam peyğəmbərindən soruşdular: Allahın sənə əta etdiyi bu Kövsər nədir? Buyurdu: O bir arxdır ki, Səna və İylə arasındakı məsafə qədər genişdir. Onda göyün ulduzları qədər qədəhlər var. Oraya elə quşlar qonurlar ki, dəvə boynu kimi boyunları var.

Əmr ərz etdi: Ey İslam peyğəmbəri o quşlar həmin suyun kənarında yaxşı yaşaya biləcəklərmi? Həzrət buyurdu: Onları yeyənlər, onlardan daha yaxşıdır.

Digər bir hədisdə bu sözün arxasıyca buyurdu: Hər kim onun suyundan içsə heç vaxt susuz olmayacaq.

Mübarək “وقالو الولا انزل علیه ملک” ayəsinin nazil olma səbəbi

Əziz İslam peyğəmbəri öz təbliğatına və insanları Allaha tərəf dəvət etməyə davam edirdi. Məkkə müşrikləri də hər gün bir söz deyirdilər. İslamın inkişafının qarşısını almaq üçün təzə iradlar irəli sürürdülər. O cümlədən Zumə ibn Əsvəd, Nəzr ibn Haris, Əsvəd ibn Əbd Yəğus, Əbi ibn Xələf və As ibn Vail o həzrətə dedilər. Ey Məhəmməd əgər sən doğurdanda Allah tərəfindən seçilmisənsə, ondan səninlə bir mələk gələr və insanlarla söhbətləşərdi! Allah- Təala bu barədə aşağıdakı ayəni nazil etdi.

“Və onlar dedilər: “Məgər ona bir mələk endirilməli deyildirmi?” əgər biz bir mələk göndərsəydik, iş bitmiş olar və onlara bir an möhlət verilməzdi. Əgər biz onu mələk etsəydik yenə də onu bir insan qiyafəsində göndərər və ona kişilərin geyindikləri paltarı geyindirərdik..."

“و لقد استهزی برسل من قبلک” ayəsinin nazil olması

Bir gün əziz İslam peyğəmbəri Məkkə küçələrindən keçərkən Vəlid ibn Müğeyrə Uməyyə ibn Xələf və Əbu Cəhl ilə rastlaşdı. Onlar həzrəti görən kimi məsxərə və istehza etməyə başladılar. Bunu o həddə çatdırdılar ki, peyğəmbər qəzəbləndi. Allah-Təala bu barədə aşağıdakı ayəni nazil etdi.

“Səndən əvvəl də keçmiş ümmətlər ilahi peyğəmbərləri istehza və məsxərə edərdilər. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi”

 

 

Şərhi əlavə etmək