HƏCC İSTEFTAATI
HƏCC İSTEFTAATI
- Sual: Əgər həcc ehram libasını xumsu verilməmiş pul ilə alsa, ehramı düzdür ya yox?
Cavab: Əgər alqı- satqı xümsu verilmemiş və boynunda olan pulun özü ilə yerinə yetirilməyibsə, ondan istifadə edə bilər.
- Sual: Ehramda olan sancaq vasitəsi ilə ridanın iki tərəfini bir- birinə birləşdirə ya onları düyünləyə bilərmi?
Cavab: Bu işin iradı var. Ridanın iki tərəfini bir- birinə birləşdirməlidirlər.
- Sual: Əgər qadınlar təlbiyələri o qədər ucadan deyələr ki, naməhrəmlər eşitsələr, iradı varmı?
Cavab: Əgər naməhrəmin eşitməsi ilə təlbiyəni aşkar ediblərsə, ehtiyat və ən yaxşı budur, yenidən yerinə yetirsinlər.
- Sual: Ehram halında sabun və bəzi şampunlardan istifadə etməyin iradı varmı?
Cavab: Əgər yaxşı iyin nümunəsi olsa, ondan çəkinsinlər.
- əgər belə olmasa iradı yoxdur.
- Sual: Ehram halında bir dəstə dicital fotoaparatla bir- birinin şəklini çəkirlər və şəkilləri görmək üçün onun manitoruna baxırlar ki, şəffaf və güzgü kimidir. Bunun iradı varmı?
Cavab: İradı yoxdur.
- Sual: Ehram halında qadınların əl və üzün bəzəyi üçün olan kremlərdən istifadə etmələrinin hökmü nədir?
Cavab: Düzgün deyil.
- Sual: Ehram halında əqd oxumağın hökmü nədir?
Cavab: Əqd batil və onların bir- birinə əbədi haram olmasına səbəb olur.
- Sual: Əgər ehram halında, avtobuslar yolda olan körpülərin altından getsələr və ehramda olanlar çarəsiz qalıb körpülərin altından keçsələr və ya zaprafkada örtüyün altında dayansalar və ehram edənlər örtüyün altında qalsalar, iradı varmı?
Cavab: Ehram halında haram sayılan, başın üstünə kölgə salmaqdır. Buna əsasən sizin sualınızda ehramda olan üçün irad yaranmır və kəffarəsi də yoxdur.
- Sual: Tükləri süni və ehram olan şəxsin vəzifəsi nədir?
Cavab: Ömrə və həccə heç bir zərəri yoxdur. Bəli əgər kişi olsa kəffarə verməlidir. Amma süni tükün qüsl və dəstəmazının düzgünlüyünə zəruri olmamalıdır.
- Sual: Əgər bir şəxs təvaf halında sidiyinin qarşısını ala bilmirsə, özünə naib tutmalıdırmı?
Cavab: Təvaf hökmü namazın hökmü kimidir və qarın xəstəliyi olan, naib tutmalıdır. Ehtiyat budur ki, özü yerinə yetirsin və naib də tutsun.
- Sual: Şazərvan (Kəbənin ətrafındakı səkilər) Kəbənin hissəsindən sayılırmı? Əgər təvaf edənin bədəninin bir hissəsi onun üstündə qərarlaşsa, hökmü necədir?
Cavab: Bəli Kəbənin hissəsindən sayılır. Buna əsasən, əgər təvaf halında onun üstündə yerisə və ya bədəninin bir üzvü onun üstündə qərarlaşsa, o miqdarı düzgün formada yenidən yerinə yetirməli, təvafı tamam etməli və onu namazı ilə tamamladıqdan sonra, ehtiyatən təvaf və namazı yenidən yerinə yetirməlidir.
- Sual: Camaatın çox olduğu vaxt, qadınlar təvafı 26,5 zirada yerinə yetirmək ya namazı İbrahim məqamının arxasında yerinə yetirmək istəsələr, naməhrəm kişilər onlara toxunur, vəzifə nədir?
Cavab: Təkcə bu məsələ, təvafı həmin miqdardan xaric yerinə yetirməyə icazə vermir.
- Sual: Hazırda sıfa və mərvə arasındakı fasilə iki mərtəbəli salon formasında tikilibdir. İkinci mərtəbədə səy etməyin hökmü nədir?
Cavab: İkinci mərtəbə, səfa və mərvə dağları arasında olub və hündür olmasa, heç bir maneçiliyi yoxdur.
- Sual: Əgər bir nəfər saçını azaltmaq yerinə, başını keçəl etsə, bu kifayət edərmi?
Cavab: Təməttu ömrəsində kifayət etmir və bir qoyun kəffarə verməlidir.
- Sual: Sizin nəzərinizə görə, cəməratı yuxarı mərtəbədən daşlamaq kifayət edərmi?
Cavab: Cəmərənin sütunlarına əlavə olanı daşlamaq ehtiyatın əksinədir. Amma əgər yuxarı mərtəbədən cəmərənin əvvəlki hissəsinə daşlasalar, iradı yoxdur.
- Sual: Son zamanlar qurbanlıq yerini Minadan dəyişib, məhsər vadisininə aparıblar. Qurbanlığı Minadan qeyri yerdə yerinə yetirmək olarmı, yoxsa Minanın özündə edilməlidir?
Cavab: Qurbanlıq Minada mümkün olana qədər, Minadan qeyri yerdə qurbanlıq kifayət etmir. Bəli, əgər ümumiyyətlə qadağan olsa, çox güman məhsər vadisində kifayət edir.
- Sual: Əhli- sünnənin camaat namazında iştirak və gündəlik namazları onlarla qılmaq kifayət edirmi?
Cavab: Zərurət halında Əjli- sünnə ilə namaz qılmağın iradı yoxdur. Zərurət halından qeyri hallarda da onların camaat namazlarında iştirak əgər onların qəlblərini ələ almağa və şiəyə ittihamı aradan qaldırmağa səbəbdirsə, yaxşıdır və onu yenidən qılmaq lazım deyil, baxmayaraq ki, ehtiyata uyğundur.
- Sual: Bir həcci iki nəfərdən naib olaraq yerinə yetirmək olarmı?
Cavab: Hər kəs zihəccə ayında özü ya digərin naibi olaraq yalnız bir vacibi həcc yerinə yetirə bilər. Amma iki ya neçə nəfərin əvəzinə müstəhəb həcci yerinə yetirməyin iradı yoxdur.
- Sual: Mərmər daşı kimi Məscidul- hərama döşənən daşlara səcdə etmək olarmı?
Cavab: Bəli, olar. Səcdənin düzgün olmadığı mədən daşları, o mədənlərdir ki, ürfdə onlara yer deyilmir. Qızıl, gümüş, əqiq, mis və digər fiziklər kimi.
- Sual: Qadınlar ehram halında corab geyə bilərlərmi yoxsa kişilər kimi, onların da ayaqlarının üstü açıq olmalıdır?
Cavab: Çox güman, qadının corab geyməsi mümkündür.
- Sual: Təməttu həccində başı keçəl qırxmaq üçün istifadə olunan saç qırxanlardan istifadə etməyin, Allah evinin hacıları üçün bəzi problemlər yaratdığını nəzərə alaraq, xahiş edirəm, bu barədə aşağıdakı neçə suala cavab verin:
A). Təməttu həccində həlq olmalıdır (keçəl qırxma) ya saçın azalması da mümkündürmü?
B). Həlq (küçəl) olan yerlərdə, həlq üçün lezvadan istifadə etmək lazımdır yoxsa indiki alətlərlə həlq etmək mümkündürmü?
C). Əgər alətdə lezva varsa, amma lezva yerləşdirən alətlər kimi deyil və ürfdə başqa alət saylsa, lakin lezvası da olsa, bu kifayət edirmi?
D). Əgər alıtin lezvası yoxdursa, amma tükü dibindən elə qırxır ki, heç bir tük qoymursa, bu kifayət edirmi?
Cavab:
A). Birinci dəfə təməttu həccini yerinə yetirən şəxsə, vacib ehtiyata əsasən həlq vacibdir.
B). Lezva və dibindən qırxan olmalıdır.
C). Əgər lezva ilə olsa, əslində başı lezva ilə qırxıb ki, iradı yoxdur.
D). Kifayət etmir.
- Sual: Əgər bir şəxs vacibi həcc təvafında 6 dövrə ya 7 dövrə təvaf etməsində şəkk etsə, amma onunla birgə təvaf edən həyat yoldaşı 7 dövrə olduğunu desə, niyyətini həyat yoldaşının sözünə əsaslandırıb, öz şəkkinə etina etməyə bilərmi?
Cavab: Əgər həyat yoldaşının sözündən inam əldə etsə, iradı yoxdur?
- Sual: İxtiyar və məcburiyyət halında, fərq eləmir ki, bu məcburiyyət mali cəhətdən olsun ya yerin darlığı cəhətdən, Minadan xaric olan yeni Minada ki, bəzi çadırlar Məhsər və Müzdələfə vadisində qurulublar, zil- həccənin 11 və 12- ci gecələrində, Mina gecəsini keçirmək olarmı?
Cavab: Gecələmə Minada olmalıdır.
- Sual: Hoteldə ya məscidlərdə və ya Məkkə və Mədinənin digər məkanlarında qılınan namazlar tamamdır. Yoxsa şikəstə?
Cavab: Məkkə və Mədinə şəhərinin hər yerində, ziyarətçilər namazı şikəstə ya tamam qılmaqda ixtiyarlıdırlar.
- Sual: Təməttu- həccində, birinci olan kəs, həlq (keçəl) əvəzinə təqsir (saçı azaltmaq) edə bilərmi?
Cavab: Ehtiyat vacibə əsasən, həlq lazımdır.
- Sual: Keçən il yeddi yaşlı qızımı müfrədə ömrədə, möhrim etdim. İrana qayıtdıqdan sonra, dəstəmazının səhv olduğunu anladım hökmü nədir? İranda olduğu müddətdə ehramın haramlarından çəkinməli idimi? Kəffarə gəlirmi?
Cavab: Qayıtmaq mümkün olduğu halda, təvafları və namazını yerinə yetirməlidir. Ehtiyat budur ki, qaydasında olan əməlləri də yerinə yetirsin. Əks halda əməllərini yerinə yetirmək üçün naib tutmalı və o sonradan sizə tıqsir etmək üçün xəbər verməlidir. Naib ondan sonra təvafi- nisa və onun namazını yerinə yetirməlidir. Əməllər yerinə yetirilənədək ehramın haramlarından çəkinməlidir. Əgər bilərəkdən etsə kəffarə vacib və uşağın vəlisinin öhdəsindədir.
- Sual: Başında süni tük əkdirən şəxs, birinci dəfə təməttu həccinə gedən, bu süni tükləri qırxmalıdırmı?
- Əgər bundan başqa bir yol varsa, yol göstərin
Cavab: Əgər əkilmiş tük, dəridə qərarlaşıb və inkişaf edirsə, təbii tük hökmündədir. Vacib ehtiyata əsasən, kişi ilk səfərində başını qırxmalıdır. Bu hökmdə ələmdən- ələmə məsələsinə riayət etməklə, tükü azaltmağın caiz olmasına fətva verən digər müctəhidə müraciət edə bilər.
- Sual: Ehramda olan şəxs ətrafı tikili adyalı ehram kimi özünə büküb yatan zaman üstünə ata bilərmi?
Cavab: Adyal altında yatanda əgər libas kimi özünə bükməsə, iradı yoxdur. Amma oturan və qalxan, tikili adyalı üstünə atmasın.
- Sual: Son zamanlar Ərəfat, Məşər və Mina arasında gediş- gəliş planı əsasən, Ərəfatdan qocalar və qadınlar Minaya doğru aparıb, Məşərul- həramda dayanmadan bu hacıları keçirib Minaya və Cəməratı daşlamağa aparırlar. Məşərul- həramdan hətta bir an olsun belə dayanmadan keçmək, dayanmaq üçün kifayət edirmi? Və ya bir neçə an ya bir az dayanmalıdırlar?
Cavab: Dayanmaq (vüquf) fasilə və yubanma mənasında deyil, əksinə məqsəd Məşərul- həramda omaqdır. Buna əsasən, əgər Məşərdən keçən halda, vüquf (dayanma) qəsdi etsə, kifayət edir.
- Sual: Üzürlüləri Ərəfatdan Minaya nəqliyyat vasitəsi ilə aparmaq üçün, olan yeni proqramlarda, bəzən Müzdələfədə dayanılmır, təklif nədir? Başqa sözlə; təkcə Müzdələfədə olmaq (ki, istər gecədə üzürlü olanlar, ya sübh azanı vaxtı üzürlü olanlar, keçən zaman ona yetişirlər) və keçən halda niyyət etmək vüquf üçün kifayət edir ya yox?
Cavab: Sualın fərziyyəsində vüquf hətta minikdə, kifayət edir.
Şərhi əlavə etmək