ZIYARƏTIN FƏLSƏFƏSI

ZIYARƏTIN FƏLSƏFƏSI

 

Allahın adı ilə

Ziyarət- görüşmək, kiminsə görüşünə getmək deməkdir. Amma şiə məzhəbində ziyarət xüsusi mənada, dini şəxsiyyətlərin, dahilərin qəbirlərini görməyə getmək mənasındadır.

Ərəb dilində "zair"- ziyarət edən "məzur" ziyarət edilən deməkdir.

Ziyarətin təsirləri

Ziyarət, sabit qanuna tabe olan mənəvi həqiqətlərdəndir. "Ölülərinizin ziyarətinə getmək ölümü yada salmağa səbəb olur". "Dünyadan bezmək qəbristanlığın ərməğanıdır" və s. kimi cümlələr bir çox hədislərdə nəql olunmuşdur. Əzizin itirən şəxs daha çox onun məzarının kənarında təskinlik tapır, sakitləşir. Bunlar ziyarətin danılmaz təsirlərindəndir.

Hədislərə əsasən, İlahi övliyaların məzarı cənnətin məkanlarındandır. Yəni cənnət Allaha vüsal, rifah, hüzur və arzuların gerçəkləşdiyi məkan olduğu kimi, övliyaların məqbərəsində ruhun səfasının və qəlbin şəfasının məkanıdır. Əhli- beytin (ə) hərəm komplekslərində ruhun təskinlik tapmasını dərk etməyən, bu ziyarətdən təsirlənməyən kəs öz rəftar və ziyarətində dəyişiklik etsin. Allahın rəsulu (s), İmam Əliyə (ə) müraciət edərək buyurdu: "Ey Əbül Həsən! Allah, sənin və övladlarının qəbrini cənnətin məkanlarından etmişdir. [1]

İmam Sadiq (ə) buyurur: "Bizim ziyarətimizi həccin əməllərindən, və onu təkmil edəndir".[2]

İmam Hüseynin (ə) qəbri kənarında edilən duanın qəbul olunması hədislərdə də gəlmişdir. Ziyarət oolunan müqəddəs məzur, zairin (ziyarət edənin) ruhuna elə bir təsir qoyur ki, onun duası asimanlara ucala bilir. Bu təsirlər ziyarətin dərin münasibətlərindən və şəxsin məzurla rabitəsindən irəli gəlir, günahla əlaqəsi yoxdur. Savab qazanmaq məqsədi ilə ziyarət edən arif, qəlbi ilə rabitə yaradan aşiqdən az təsirlənir.

Aşağıdakı hədisdə İmam Hüseyn (ə) ziyarətinin onu ziyarət edənlərdə qoyduğu bir neçə təsirə işarə olunur: Məhəmməd ibni Müslimin nəqlinə görə, İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşlar: "Allah, İmam Hüseynin (ə) şəhadətinin əvəzində imaməti onun nəslində, şəfanı türbətində, duanın qəbulunu isə onun qəbrinin kənarında qərar verdi. Həmçinin Allah ziyarət günlərini zairlərin ömürlərindən hesab etmir".

 




[1] - İrşadəl- qülub, cild 2, səh 373.

[2] - Bihar əl- ənvar, cild 100, səh 254.

Şərhi əlavə etmək