SEYID HAŞIM HƏDDAD VƏ ONUN ŞAGIRDLƏRI BARƏSINDƏ BIR QƏDƏR MƏLUMAT VERIN.

Mərhum Seyid Haşim Həddad və onun şagirdləri barəsində bir qədər məlumat verin.

Qısa cavab

İlahi arif mərhum Haşim Musəvi Həddad müqəddəs Kərbəla şəhərinin əhalisindən idi. O, 1286-cı hicri-qəməri ilində həmin şəhərdə dünyaya gəlmiş və 86 yaşında Allahın rəhmət dərgahına qovuşmuşdur. O, müqəddəs Nəcəf şəhərində rəbbani arif Seyid Mirzə Əli Ağa Qazi ilə tanış olmuş və təqribən 26 il onun yanında şagirdlik etmişdir. Buna görə də irfani elmlərdə və rəbbani müşahidələrdə kamil ustad, nəzər sahibi və yüksək irfani məqama nail olmuşdur. Fiqhi məsələlərdə müqəllid, məsum imamlara aşiq və onlara təvəssül edənlərdən idi. Hər halət dəyişəndə, oturub-duranda “ya Sahibəz-zaman!” zikrini təkrar edirdi. O, böyük kəramət sahibi olmaqla ixtiyar üzündən özünü öldürüb (ruhunu bədənindən çıxarıb) təcərrüd halına çata bilirdi. Bununla belə kəramət və möcüzəli işlərə marağı və onlardan istifadə edilməsini nəfsin həzlərindən hesab edirdi.

Ətreaflı cavab

İlahi arif mərhum Seyid Musəvi Həddad müqəddəs Kərbəla əhalisindən idi və 1286-cı hicri qəməri ilində həmin şəhərdə dünyaya gəlmişdir. Atası mərhum seyid Qasım Hindistan şiələrindən, anası Hədiyə isə İraqın əsil ərəblərindən idi. Onun işi ata, ulağa və dəvəyə nal vurmaq idi. Bununla belə məişət və güzəranı çox ağır kemirdi. Belə ki, ömrünün axırına qədər 50 kvadrat metrlik bir evdə yaşayırdı. Bu ev də özünün deyildi. Amma  bir kəsə ağız açmırdı. Onun yeməyi əksər hallarda çörək və ağ turpun yarpağı idi. Ömrü boyu heç vaxt çox yatmazdı. Həmişə sakit dayanardı, əgər sual olunsaydı, çox qısa və faydalı cavab verərdi. Quranı çox həzin səslə, ürəyə yatan ahənglə oxuyardı. Başqaları ilə münasibətdə təvazökarlar göstərir, başqalarına xidmətdə heç nəyi əsirgəmir, otağı süpürür, qab-qacağı yuyur, evə lazım olan şeyləri təmin edirdi.

Mərhum Seyid Həddad islam elmlərində nəzər sahibi idi, mərhum Hacının “Mənzumə”, Molla Sədranın “Əsfar”, habelə “Füsusul-hikəm” və “Misbahul-üns” kitablarındakı ən çətin və problemli məsələlər barəsində edilən suallara dəqiq cavablar verirdi.

İrfani məqamlarda kəsrət aləmindən keçərək fəna məqamına nail olmuş, Haqq taalanın tovhidinin həqiqətini dərk etmiş və onu öz həyatında yaşamışdır.

İmamların barəsində inanırdı ki, onlar Allah-taalanın övliyaları, Onun mütləq rübubuyyəti müqabilində xalis ibadətçilər və Allah-taalanın fel və sifətlərinin təzahür yeridir. O, imamların külli və mütləqə vilayət məqamına malik olduqlarını bilir, asimanların və bütün məxluqların onların vilayəti dairəsində olduğunu inanır, imaların həm öz varlığını, həm də onlarının fellərini möcüzə hesab edirdi.

Məhərrəmin ilk on günlüyündə təşkil olunan əzadarlıq mərasimlərində həddindən artıq kədərlənib dəyişir və çox ağlayırdı. O inanırdı ki, insan gərək hər bir halda Allah ilə müamilə etsin; mənəvi və ruhani röyaları görmək, mükaşifələri tələb etmək, qeyb aləminə müttəsil olmaq və s. şeylərin nəfsin istəkləri olduğuna inanırdı.

Mərhum Ayətullah Seyid Məhəmməd Hüseyn Hüseyni Tehrani onun barəsində deyir: “O, çox yüksəkliklərə uçan şahbaz (quşu kimi) idi, əql və təfəkkür quşu nə qədər yüksələrək ona çatmaq istəsəydi, o yenə də hamıdan yüksəkdə və ali məqamda görünürdü. Onun həddini yalnız mərhum Qazi tanıyırdı.”

Şəhid Mütəhhəri (rəhmətullah əleyh) onun barəsində demişdir: “Bu seyid həyatbəxş edən insandır.”

Mərhum Həddadın İraqdakı və İrandakı şagirdləri təqribən iyirmi nəfərdən ibarətdir ki, bəzilərinin adını qeyd edirik: mərhum Ayətullah Seyid Məhəmməd Hüseyn Hüseyni Tehrani (təqribən 28 il onun şagirdi olmuşdur), Hacı Seyid Əhməd Hüseyni Həmədani, Qulam Hüseyn Həmayuni, Hacı Qulam Hüseyn Səbzvari, Hacı Məhəmməd Həsən Bəyati, Hacı Möhsin Şirkət, Hacı Şeyx Saleh Kumeyli, Hacı Seyid Hadi Təbrizi, Hacı Şeyx Mürtəza Taliqani, Hacı Şeyx Məhəmməd Cavad Müzəffər, Hacı Seyid Şəhabuddin Səfəvi, Hacı Məhəmməd Əli Xələfzadə, Hacı Əbu Musa Muhyi... Hacı Seyid Əbdül-Kərim Kəşmiri, Hacı Seyid Mustafa Xomeyni və başqaları (Allah onlara rəhmət eləsin!).[1]

Mənbə: İslamkuest saytı


[1] Bu məqalə Ayətullah seyid Məhəmməd Hüseyn Hüseyni Tehraninin yazdığı “Mücərrəd Ruh” kitabından götürülmüşdür: səh. 25, 80, 84, 90, 91, 102, 125, 136, 161, 171, 186, 202, 484, 602, 638 və

 

 

Şərhi əlavə etmək