İSLAM CƏMIYYƏTINDƏ ELM HÖVZƏLƏRDƏ ICTIHAD DƏRƏCƏSINƏ YETIŞƏN QADINLAR OLMUŞDULARMI?

İctihad dərəcəsinə yetişən xanımlar olublarmı? Əgər cavab müsbətdirsə, onlardan bəzilərinin adını qeyd edin və onlar barədə məlumat verin.

Qısa cavab

İslam dininin elm və biliyə dəyər verməsi, hər bir müsəlman kişi və qadına elm öyrənməyi vacib etməsi İslam cəmiyyətlərində daim xanımların təhsil almalarına və bir qisminin ictihad dərəcəsinə yetişməsinə səbəb olmuşdur. Xanım müctehidə Əmin (vəfat-1403 hicri-qəməri, (1980)) və hal-hazırda qadınlar elmi hövzəsinin müəllimlərindən olan xanım müctehidə Sifatini kimi nümunəvi qadınları misal göstərmək olar.

Ətreaflı cavab

Terminologiyada dini hökmləri dərk etməklə yanaşı orijinal mənbələrdən; ağıl, Quran, hədislərdən onları çıxarış etməyi bacaran şəxsə müctehid deyilir. Belə bir bacarığa malik olmaq üçün bir çox elmləri o cümlədən, ərəb ədəbiyyatı, Quran təfsiri, "Dirayət" elmi (hədisi anlamaq elmi), "Rical" elmi (hədis deyənləri tanımaq), "Üsuli-fiqh" elmi, (şəri hökmlərin çıxarışı əməliyyatında müştərək ünsürlərlər haqqında elm), fiqh elmi və s. kimi elmləri mənimsəmək lazımdır. İctihad bacarığı uzun müddətli təhsillə, səylə hasil olduğu üçün şəxs özündə bu qüdrətə çatdığını hiss edir. Lakin müctehid olmaq üçün birincisi, onun elmi titulu böyük müctehidlər tərəfindən təsdiq olunmalı, ikincisi, özü dı ictihadının elmi və qeyri-elmi mühitdə elan olunmasını istəməlidir. Əlbəttə, ictihad titulu ilə mərceyi-təqlid titulu fərqli anlamlardır. Hər mərceyi-təqlid müctehiddir, amma hər müctehid mərceyi-təqlid deyildir.

Bu izahla mümkündür bir çox qadınlar ictihad dərəcəsinə çatsınlar, amma tanınmasınlar. Necə kişilər arasında da bir çox məşhur olmayan müctehidlər vardır. Çünki tanınmış müctehidlər mərcəiyyət məqamına yetişən şəxslərdir. Belə ki, mərceyi-təqlid olmağın şərtlərindən biri də müctehidin kişi olmasıdır. Ona görə də cəmiyyətdə qadın müctehidlər kişi müctehidlərdən az tanınırlar.

Dahi alimlərin icazəsi ilə ictihad məqamına yetişən tanınmış qadınlardan biri də müctehidə Əmin İsfahanidir (vəfat-1403 h. q.).

Hal-hazırda qadınlar elmi hövzəsində tədrislə məşğul olan digər məşhur müctehidə xanım Sifatidir. Tədqiqat üçün +982517734154 nömrəsi, və ya 37185-3695 Qum, İran poçt ünvanı, ya da www.safaty.net saytı, Info@sefaty.net e-maili vasitəsilə ofislə əlaqə saxlaya bilərsiniz.

Əlbəttə hal-hazırda Qumdakı "Camiə əz-Zəhra" elm ocağında tədris edən xanım müctehidələrə rast gəlmək olur ki, rəsmi olaraq müctehidliklərini elan etməmişlər 

Mənbə: İslamkuest saytı .

 

Şərhi əlavə etmək