İRAN DINI MƏDRƏSƏLƏRINDƏ TƏHSIL SISTEMI NECƏDIR?

İRAN DINI MƏDRƏSƏLƏRINDƏ TƏHSIL SISTEMI NECƏDIR?

Sual

Bangladeş radiosunun dinləyicilərindən biri İran dini mədrəsələrində təhsil sisteminin necə olduğunu bilmək istəyir?

Qısa cavab

Bu gün İran elmi hövzələrində təhsil şagirdlərin birinci dövrəni və ya orta məktəbi bitirdikdən sonra başlayır. Bu təhsil zamanı başlanğıc mərhələnin dərslərini (sərf, ərəb dilinin qramatikası (nəhv), məna və bəyan, məntiq), səth dərslərini (üsul, fiqh, fəlsəfə), ümumi dərsləri (əqaid, təfsir, iqtisadiyyat, Quran elmi, əxlaq, xarici dillər, kompyuter və s), xaric dərslərini (ictihadi fiqh və üsul) və ixtisas dərslərini (təfsir, kəlam, təbliğ və s) tərtiblə oxuyurlar.

Ətreaflı cavab

İran İslam inqilabından sonra İranda elmi hövzələrdə təhsil gözoxşayan şəkildə güclənmiş, şagirdlər natamam orta təhsil və orta məktəbdən sonra elmi hövzələrə gəlirlər. Elmi hövzələrə daxil olmaqla onlar, başlanğıc mərhələ dərslərini, səth, xaric, ixtisasi və ümumi dərsləri geridə qoyurlar. Bu mərhələləri sizlərə bəyan etmək istəyirəm:

1) Başlangıc (müqəddimə) dərslər:

Bu dərslərə sərf, nəhv (ərəb dili qramatikası), məna və bəyan, məntiq daxildir ki, bu dərslərdə əsas məqsəd tələbələrin “Quran dilini” öyrənbmələridir. Bu mərhələ İslam maarifinin anlama açarı rolunu daşıyır. Çünki hədislər, Peyğəmbərin (s) və Məsum İmamların (ə) sünnəti bu dildədir. [1] Bu mərhələ 3 yaxud 4 il çəkir.

2) Səthin dərsləri:

Bu mərhələnin dərslərinə fiqh və üsul elmləri şamil edilir. Üsul elmi kitablarından məalim, üsulul fiqhi, rəsail, kifaiyyə kitabları və fiqh kitablarından isə lümə və məkasib kitabları öyrənilir.

Əlbəttə bəzi hövzələrdə digər kitablardan da istifadə edilir. Bu mərhələnin əsas məqsədi tələbələrin fiqh, üsul və onlara aid mətnlərlə tanış olmasından ibarətdir ki, birincisi keçmiş fiqh və üsul alimlərinin nəzər və yenilikləri və onların fiqhi və üsuli dəlilləri ilə məlumatlanırlar. İkincisi, özlərini xaric dərslərinə hədis və ayələrdən şəri hökm çıxartmaq üçün hazırlayırlar. Bu mərhələ adətən 5- 7 il çəkir.

3) Xarici fiqh və üsul dərsi:

Bu mərhələdə ustad və şagird bəhsin nizamlı olması üçün fiqh kitablarından, məsələn: Şərayeh, təhriril vəsile, urvətul vusqa yaxud üsul kitablarından, məsələn: Kifayətul üsul, kitablarını seçirlər və bunun əsasında bəhsi davam etdirir və bu barədə alimlərin müxtəlif nəzər və fikirlərini izah edir və araşdırırlar. Ustad hər mətləbi araşdırmaqla öz son nəzərini bildirir və şagirlər ustadın fikirlərini qəbul yaxud rədd etməkdə azatdırlar.

Bu mərhələnin əsas hədəfi, tələbələrin ictihad və şəri hökm çıxartma bacarıqlarını təmrin və inkişaf etdirməkdir ki, onlar fiqh elmində söz sahibi olsunlar və hər bir yeni fiqhi məsələni dördlü əhkam mənbələrinə: Quran, sünnət, ağıl və ictima diqqət etməklə həll edə bilsinlər. Bu mərhələdə üsul və fiqh ali səviyyədə tədris olunur. Bu mərhələdə ustad bir kitabla kifayətlənmir. Öz dəlillərini müxtəlif mənbələrdən istifadə etməklə irəli sürürlər. Bu xaric dərsi ilə məşhur olmuşdur. Bu mərhələnin tələbələri öz təfəkkür, elmi səth və bəyənməklə fəlsəfə, irfan və digər elmlərlə də məşğul olur və təhqiq, təlif və bəzən də tədrislə məşğul olurlar. Xaric mərhələsi təqribən səkkiz ilə on il çəkir. Bu şagirdin istedad və ustaddan bəhrələnmə müddəti ilə sıx bağlı olaraq uzun illər çəkə bilər. Dərs mühazirələri bir və yaxud iki saat ola bilər. Bəzi tələbələr müxtəlif ustadların dərslərində iştirak edirlər. Bu mərhələdə tələbə istedad və hövzəvi şərəflə sonuncu hövzəvi dərəcə olan ictihad dərəcəsinə çatırlar.

Dini tələbələr əksər vaxtlarda birdən çox xaric mərhələsi keçirlər. Öz bacarıq, istedad və səyləri ilə ictihad dərəcəsinə çatırlar.

4) İxtisas dərsləri:

Bu dərslərin – ixtisas adı altında olan təfsir, kəlam, təbliğ, tarix və ... hədəfi ondan ibarətdir ki, hövzə və cəmiyyətə lazım olan xüsusi ixtisaslar hazırlamaqdır. Bu çox dəyərli iş, şəxsin fiqh və üsulda ictihadından sonra bir İslam elm ixtisasına yiyələnməsinə səbəb olur. Bununla o hövzə və cəmiyyətə fayda verə bilər.

5) Ümumi dərslər:

Qum və bəzi şəhərlərin hövzələrində başlanğıc və səth dərsləri ilə birlikdə əqaid, təfsir, iqtisadiyyat, Quran elmi, əxlaq, xarici dillər, komöyuter və s dərsləri tədris edilir ki, bu tələbələrin fikri və ümumi məlumatlarının inkişafına səbəb olur. Lakin bu dərslərin vacib olmasına baxmayaraq, hövzənin müstəqil dərslərindən hesab edilmir. Ədətən bu dərs mərhələlərin birinin kənarında əlavə olaraq tədris edilir.

Mənbə: İslamkuest saytı


[1] - Hawzah.net hövzə saytından Cumhuriye İslami qəzetinin nəqli ilə götürülmüşdür. Ş 3645, səh 12 və ş 3567, səh 12. Şivehaye təhsil və tədris dər hozehaye elmiyye, səh 27.

 

 

Şərhi əlavə etmək