OBRAZ (ŞƏBIH ÇIXARTMAQ)
OBRAZ (ŞƏBIH ÇIXARTMAQ)
Sual:
Hüseyniyələrdə, məscidlərdə, şəhər meydanlarında və kəndlərdə Aşura qiyamını insanlara çatdırmaq üçün bəzi insanlar Yezidin və İmamın obrazını oynayaraq bu hadisəni canlandırırlar. Həmçinin bu qədim adətin insanlara böyük təsiri olur. belə mərasimlərin hökmü nədir?
Cavab:
Bütün mərcəi təqlidlər:
Əgər bu obraz yalan tərkibli olmasa, zaman və məkan etibarı ilə şiəliyə xələl gətirməzsə eybi yoxdur. Amma bunun yerinə əza, mərsiyə və başqa insanları maarifləndirən məclislər keçirilsə daha yaxşı olar.[1]
Ayətullah Safi Gülpayqani:
Onlar əgər bu işlə harama düşməzlərsə eybi yoxdur.[2]
Əzadarlıq bayrağı (ələm)
Sual:
İmam Hüseynin (ə) əza məclislərində ələm gəzdirmək, onu məclisin ortasında yerə sancmaq və ya məclisin baş tərəfində qərarlaşdırmaq nə dərəcədə düzdür və ya bunun hökmü nədir?
Cavab:
Ayətullah Xomeyni, Ayətullah Təbrizi, Ayətullah Lənkərani, Ayətullah Şirazi, Ayətullah Sistani: Heç bir iradı yoxdur.[3]
Ayətullah Xamineyi: Özü özlüyündə iradsızdır. Heç bir maneəsi yoxdur. Amma bu iş dinin (məzhəbin) əsaslarından sayılmamalıdır.[4]
Ayətullah Safi Gülpayqani: Bayraq gəzdirmək əzadarlığın ünsürlərindən sayılır heç bir məneəsi yoxdur.[5]
Ayətullah Nuri Həmədani: Orta həddə istifadə olunsa maneəsi yoxdur.[6]
Əza məclislərində musiqi alətlərindən istifadə etmək (təbil, baraban, şeypur)
Sual:
Əzadarlıq məclislərində musiqi alətlərindən istifadə etməyin hökmü nədir?
Cavab:
Bütün mərcəi təqlidlər: (Ayətullah mərhum Bəhcət və Ayətullah Safi Gülpayqanidən başqa): Əgər o alətlərdən haram məclislərdə istifadə edilərsə onlardan əza məclislərində istifadə etmək olmaz. Amma müştərək musiqi alətlərindən olsa haram etməmək şərti ilə onlardan istifadə etməyin eybi yoxdur. Əza məclislərini çənlik məclislərindən ayırmaq üçünmusiqi meyar deyildir.[7]
Ayətullah Bəhcət və Ayətullah Safi Gülpayqani: Ümumi şəkildə musiqi alətlərindən istifadə etmək haramdır. Həmçinin əza və şənlik məclisləri musiqinin hökmündə qeyd edilməmişdir.[8]
Sual:
Şeypur, ney və flutun əza məclislərində çalınmağının hökmü nədir?
Cavab:
Ayətullah Xomeyni, Ayətullah Xamineyi və Ayətullah Lənkərani: Musiqi alətlərindən əyləncə üçün istifadə etmək haramdır.[9]
Ayətullah Bəhcət və Ayətullah Safi Gülpayqani: Bəli. Hər surətdə iradlı bir işdir.[10]
Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Şirazi, Ayətullah Həmədani və Ayətullah Vəhid Xorasani: Günah məclislərində oxuyub çalmaq haramdır (hətta əyləncə üçün olsa belə).[11]
Qeyd:
Ümumiyyətlə verilən fətvalardan belə nəticə almaq olur ki, bihudə və əyləncə üçün çalıb- oxumaq haramdır. Amma bundan başqa surətdə olsa (surud oxumaq və...) eybi yoxdur.
Sual:
Təbildən və sinicdən (İran musiqi aləti, saza oxşayır) əzadarlıq məclisində və bundan savayı istifadə etmək olarmı?
Cavab:
Bütün mərcəi təqlidlər (Ayətullah Safidən və Ayətullah Bəhcətdən başqa): Əgər haram həddində istifadə olunmazsa, eybi yoxdur.[12]
Ayətullah Safi və Ayətullah Bəhcət: Onlardan istifadə etmək eybli sayılır.[13]
Baş yarmaq
Sual:
Əza məclislərində baş yarmaq olarmı?
Cavab:
Ayətullah Xomeyni, Ayətullah Xamineyi və Ayətullah Lənkərani: Baş yarmağa hazır ki dövrümüzdə heç bir ünvanla haqq qazandıra bilmirik və heç bir insan zehni də bunu yaxşı bir iş kimi tanımır. Bununla yanaşı baş yarmaq məzhəbin əslinə xələl gətirən bir iş olduğu üçün bu işdən hamı çəkinməlidir.[14]
Ayətullah Təbrizi və Ayətullah Məkarim Şirazi: İmam Hüseynə (ə) və Peyğəmbər (s) ailəsinə əzadarlıq etmək dinin və şiəliyin əsas rənglərindən biridir. Amma əzadarlıq edən şəxslər mərasimlərdə şiəliyin gözdən düşməsinə və təhqir olunmasına səbəb olan işlər etməməlidirlər. Çünki İslam və Əhli- beyt düşmənləri bundan sui istifadə edirlər.[15]
Ayətullah Safi Gülpayqani: Əgər bədənə ciddi ziyan verməsə İmam Hüseyn məclisində baş yarmağın maneəsi yoxdur.[16]
Ayətullah Nuri Həmədani: Baş yarmağın iradı vardır. (Yəni olmaz).[17]
Sual:
Gizlin surətdə baş yarmaq olarmı?
Cavab:
Ayətullah Xamineyi: İlkin surətdə bunu qeyd edək ki, baş yarmaq ümumi insanların nəzərində (el içində) hüzn əlaməti sayılmır. Bununla yanaşı bu iş İmamların dövründə və ona yaxın zamanda baş verməmişdir. Həmçinin bu işi yerinə yetirmək məzhəbə xələl gətirir. Bütün bu sadalananları nəzərə alsaq baş yarmaq heç bir şəkildə düzgün deyildir.[18]
Zəncir vurmaq
Sual:
Bədənə zəncir vurmağın hökmü nədir?
Cavab:
Ayətullah Xamineyi: Əgər el arasında hüzn və əzadarlıq əlaməti sayılsa və bdənə ziyan vurmamaq şərti ilə olsa eybi yoxdur.[19]
Sual:
Elə zəncir vardır ki, başınsa kəsici alətlər və ucuşiş dəmirlər bağlanmışdır. Belə zəncirlərin bədənə vurulmasının hökmü nədir?
Cavab:
Ayətullah Xumeyni, Ayətullah Xaminei, Ayətullah Təbrizi, Ayətullah Məkarim Şirazi və Ayətullah Fazil Lənkərani: Əgər belə zəncirlər şiəliyə (məzhəbə) xələl gətirərsə və ya bədənə ziyan vurarsa istifadə etmək olmaz.[20]
Ayətullah Safi Gülpayqani: Əgər bədənə ziyan olmasa İmam Hüseyn məclisində istifadə etməyin eybi yoxdur.[21]
Ayətullah Həmədani: Keçmişdəkilərin adət- ənənələrinə uyğun əzadarlıq etməyin heç bir eybi yoxdur.[22]
Sual:
Sinə vuran zaman soyunmağın hökmü nədir?
Cavab:
Bir çox Mərcəi təqlidlərin nəzəri: Əgər fəsada səbəb olmazsa eybi yoxdur.
Ayətullah Məkarim Şirazi: Ehtiyat vacibə əsasən olmaz.[23]
Sual:
İmam Hüseyn (ə) məclisində kişi və qadın birlikdə olan zaman soyunub sinə vurmağın hökmü nədir?
Cavab:
Ayətullah Xumeyni və Ayətullah Lənkərani: Əgər fəsada səbəb olmazsa eybi yoxdur. Bu zaman qadınlara da vacibdir ki, gözlərini naməhrəmin bədənindən qorusunlar.[24]
Ayətullah Bəhcət: Vacib ehtiyata əsasən bədənlərini naməhrəmə göstərməkdən çəkinsinlər.[25]
Ayətullah Cavad Təbrizi: Heç bir eybi yoxdur.[26]
Ayətullah Safi Gülpayqani: Əgər qadınlar görməzsə eybi yoxdur.[27]
Ayətullah Məkarim Şirazi: Ehtiyat vacib budur ki, kişilər bu işdən çəkinsinlər.[28]
Sual:
Əzadarlıq zamanı (sinə vuran zaman) atılıb düşməyin hökmü nədir?
Cavab:
Ayətullah Xamineyi: Möminlər gərək İmam Hüseyn (ə) məclisinə layiq olmayan əməlləri əzadarlıq zamanı etməsinlər. O cümlədən sualda qeyd olunan əməl əzadarlığa xələl gətirməzsə eybi yoxdur.[29]
Mərsiyə demək
Sual:
Bəzən qadınların əzadarlıq məclislərində səs gücləndiricinin çoxluğundan onların səsi küçədən keçən naməhrəmin qulağına çatır. Bu əməlin hökmü nədir?
Cavab:
Bütün mərcəi təqlidlər (Ayətullah Məkarimdən başqa): Əgər onların səsi şəhvətə və naməhrəmin fəsadına səbəb olacaqsa bu əməl düzgün deyil.[30]
Ayətullah Məkarim Şirazi: Xeyir. Düzgün deyil.[31]
Əzadarlıq və namaz
Sual:
Əgər bir nəfər əza məclisində iştirak etməklə yanaşı hər hansı bir vacibatı tərk edərsə (sübh namazı qıla bilməzsə) onun bu məclisdə iştirakı nə dərəcədə düzdür?
Cavab:
Bütün mərcəi təqlidlər: Aydın məsələdir ki, namaz kimi vacibləri yerinə yetirmək bütün əza məclislərindən öndədir. Əgər əza məclisində iştirak etmək bəhanəsi ilə namaz tərk olunsa düzgün deyildir. Amma vacib əməlləri yerinə yetirmək şərti ilə ən savablı əməl əza məclisində iştirak etməkdir.
Sual:
Camaat namazını ilk vaxtda yerinə yetirmək mühümdür yoxsa əzadarlığı davam etdirmək?
Cavab:
Bütün mərcəi təqlidər: Camaat namazı mühümdür. Necə ki, İmam Hüseyn (ə) Aşuranın zöhr namazını camaatla birgə qıldı. Budur ki, Əhli- beyt ardıcılları bacardıqları qədər namazı təxirə salmamalı, onu vaxtında yerinə yetirməlidirlər. Həmçinin bütün mərcəi təqlidlər: İmamların onların övladlarının şəhid olmalarının əsas səbəbi dinin və şəriətin qalması üçün olmuşdur. Namazsız din təsəvvür olunmur.[32]
Sual:
Məscidlərin və Hüseyniyyələrin minarələrindən Quran sədası və əza məclislərinin səsi gəlir. Amma bu səs o qədər yüksək olur ki, insanların asayişinin pozulmasına səbəb olur. Amma bəzi axundlar bunun davamının tərəfdarıdırlar. Bu baxımda höküm nədir?
Cavab:
Bütün mərcəi təqlidlər: Əza məclislərinin və bəzi müstəhəb mərasimlərin təşkil olunmasının savabı öz yerində. Amma bu iş elə olmamalıdır ki, kiminsə əziyyət çəkməsinə səbəb olsun.[33]
Aşurada nəzr etmək
Sual:
Bir nəfər Aşura günü hədiy ehsan etməyi nəzir edir. O şəxs hədiyin yerinə sup və ya başqa yemək verə bilər? Ya hədiyi muhərrəm ayının ayrı günlərinin birində ehsan edə bilər?
Cavab:
Bütün mərcəi təqlidlər: Əgər nəzri şəri hökümlər əsasında əhd edibsə gərək dediyi kimi yerinə yetirsin. Yox əgər özü bildiyi kimi nəzr edibsə ixtiyar sahibidir.[34]
Məhərrəmlikdə bəzənmənin hökümləri
Sual:
Məhərrəmlik ayında qadının və kişinin bəzənməsi nə dərəcədə düzgündür?
Cavab:
Bütün mərcəi təqlidlər: Əgər İmam məclisinə təhqir ünvanında sayılmazsa eybi yoxdur. Amma yaxşı olar ki, mömin və möminələrimiz bu işi başqa vaxta saxlasınlar.
İmam Sadiq (ə) buyurub: Bizim şad günümüzdə sevinən və qəmli günlərimizdə bizimlə olan insanlara Allah rəhmət etsin.
Sual:
Məhərrəm ayında əqd oxumaq və toy etmək olarmı?
Cavab:
Bütün mərcəi təqlidlər: Belə məclislər İmama ehtiramsızlıq əlaməti olmazsa eybi yoxdur. Amma bu toy heç vaxt bərəkətli olmayacaqdır.
[1] - İmam Xomeyni, Şəri suallara cavab kitabı, cild 2 və məkasib mühərrəmə səh 70, Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1440, Məkarim Şirazi, İstiftaat, cild 1, səh 572- 573, Fazil Lənkərani, Cameül məsail, cild 1, sual 2166- 2170, Nuri Həmədani, İstiftaat, cild 2, sual 596, Cavad Təbrizi, İstiftaat, sual 2003- 2005 və 2014
[2] - Safi Gülpayqani, Cameül əhkam, cild 2, sual 1599.
[3] - Ayətullah Xumeyni, İstiftaat, cild 2, Məkasibe mühərrəmə, sual 72, Ayətullah Təbrizi, İstiftaat, sual 2007, Ayətullah lənkərani, Cameül məsail, cild 1, sual 2174, Ayətullah Şirazi, cild 1, sual 579, Ayətullah Sistani, sayt, şüar dini, sual 6.
[4] - Ayətullah Xamineyi, Əcvibətül istiftaat, cild 2, sual 598- 604
[5] - Ayətullah Safi Gülpayqani, Cameül əhkam, cild 2, sual 1595.
[6] - Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 598- 604.
[7] - Ayətullah Xomeyni, İstiftaat, cild 2, Məkasibi muhərrəm, sual 30, Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1164, Ayətullah Lənkərani, Cameül- məsail, cild 1 sual 992, Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 1, sual 524- 525, və cild 2, sual 707- 710, Ayətullah Təbrizi, İstiftaat, sual 1054- 1065, Siratun- nicat, cild 1, sual 1005, Sistaninin Vəhidin və Həmədaninin ofisi.
[8] - Ayətullah Bəhcət, Tozihul- məsail, mütəfərriqə, məsələ 20, Ayətullah Safi, cild 1, sual 1003- 1015- 1018.
[9] - Ayətullah Xomeyni, İstiftaat, cild 2, məkasibe muhərrəmə, sual 45, Ayətullah Xaminei, Əcvəbətul istiftaat, sual 1161, Ayətullah Lənkərani, Cameül- məsail, cild 1, sual 988, 2176.
[10] - Ayətullah Safi Gülpayqani, Tozihul- məsail, 2833- cü məsələ, Ayətullah Bəhcətin ofisi.
[11] - Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 1, sual 516- 521 Ayətullah Həmədani, İstiftaat, cild 2, sual 571, Ayətullah Təbrizi, İstiftaat, sual 2019, Sistani. org, musiqi, sual 24, Ayətullah- Vəhid Xorasaninin ofisi.
[12] - Ayətullah Xomeyni, İstiftaat, cild 2, məkasibul muhərrəmə, sual 27- 36 Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1441, Ayətullah Lənkərani, Cameül- məsail, cild 1, sual 2174., Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 1, sual 516, Ayətullah Həmədani, cild 2, sual 604- 596 və cild 1, sual 448, Ayətullah Təbrizi, İstiftaat, sual 2009 və Siratun- nicat, cild 6, sual 1477, Ayətullah Lənkərani, Cameül- məsail, cild 1, sual 2174.
[13] - Ayətullah Safi Gülpayqani, Cameül- əhkam, cild 1, sual 1602, Tozihul məsail, 2833- cü məsələ Ayətullah Bəhcətin ofisi.
[14] - Ayətullah Xomeyni, İstiftaat, cild 3, müxtəlif suallar, sual 37, Ayətullah Xamineyi, Əcvəbətül istiftaat, sual 1461, Ayətullah Lənkərani, Cameül- məsail, cild 1, sual 2173.
[15] - Ayətullah Təbrizi, İstiftaat, sual 2003- 2012- 2014, Ayətullah Məkarim Şirazi. org. Qəməzəni.
[16] - Ayətullah Safi Gülpayqaninin ofisi.
[17] - Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 597
[18] - Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1461.
[19] - Xamineyi, Əcvəbətül- istiftaat, sual 1463.
[20] - Ayətullah Xomeyni, İstiftaat, cild 3, 34 və 37- ci suallar, Ayətullah Xamineyi, Əcvəbətül- istiftaat, sual 1441, Ayətullah Təbrizi, İstiftaat, sual 2003- 2012, Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 1, sual 574 və cild 2, Məkarim Şirazi. org başı vurmaq, Ayətullah Fazil Lənkərani, Cameül- məsail, cild 1, sual 2162- 2166- 2173.
[21] - Ayətullah Safi Gülpayqani, Cameül- əhkam, cild 2, sual 1594.
[22] - Nuri Həmədani, İstiftaat, cild 1, sual 1063 və cild 2, sual 601.
[23] - Məkarim Şirazi. org.
[24] - Ayətullah Xomeyni, İstiftaat, cild 3, müxtəlif suallar, sual 64, Ayətullah Fazil Lənkərani, Cameül məsail, cild 1, sual 2163- 2165.
[25] - Ayətullah Bəhcət, Tozihul məsail, 1937- ci məsələ.
[26] - Ayətullah Təbrizi, İstiftaat, sual 2004, Tabrizi. org əzadarlıqda soyunmaq.
[27] - Ayətullah Safi Gülpayqani, Cameül- əhkam, cild 2, sual 1597.
[28] - Ayətullah Məkarim Şirazi, İstiftaat, cild 2, sual 765.
[29] - Ayətullah Xamineyinin ofisindən alınan cavab.
[30] - Ayətullah Fazil Lənkərani, Cameül- məsail, cild 1, sual 2182, Ayətullah Safi Gülpayqani, Cameül- əhkam, cild 2, sual 1681, Ayətullah Xamineyi, Əcvibətül- istiftaat, sual 1145, Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 545, Ayətullah Xomeyni, İstiftaat, cild 3, (əhkam nəzər) 57- 65, İstiftaat, sual 1058, Ayətullah Vəhid Xorasani, Ayətullah Bəhcət, Ayətullah Sistaninin ofisi.
[31] - Məkarim, İstiftaat, cild 2, sual 764, cild 1, sual 785.
[32] - Ayətullah Fazil Lənkərani, Cameül- məsail, cild 1, sual 2176- 2177, Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 599, Bütün mərcəi təqlidlərin ofisi.
[33] - Ayətullah Xamineyi, Əcvibətül- istiftaat, sual 1447, bütün mərcəi təqlidlərin ofisi.
[34] - Ayətullah Xomeyni, İstiftaat, cild 2, nəzr, sual 20- 26, Ayətullah Bəhcət, Tozihul məsail, 2135- ci məsələ, Ayətullah Məkarim, İstiftaat, cild 2, sual 1255, və cild 1, sual 1013, Ayətullah Lənkərani, Cameül məsail cild 1, sual 8326. Ayətullah Nuri Həmədani, İstiftaat, cild 2, sual 725, Ayətullah Təbrizi, İstiftaat, sual 1734, Xamineyinin Vəhidin və Safinin ofisi.
Şərhi əlavə etmək