HICAZIN TANIŞ İRAQLI ITKINI

ON ALTINCI HEKAYƏT

 

HiCazIn tanIş İraqlI itKini

Doğrudan da dünya nə qədər aldadıcı və hiyləgərdir. Təlhə və Zübeyrin hər ikisi Həzrət Əli (əleyhissalam)-ı yaxşı tanıyırdılar. Onların hər ikisi Həzrət Əli (əleyhissalam) beyət edən ilk şəxslərdən idilər. Bundan əlavə Zübeyr Əli (əleyhissalam)-ın bibisi oğlu sayılırdı Zübeyrin anası Səfiyyə Əli (əleyhissalam)-ın bibisi idi. Elə buna görə də Əli (əleyhissalam) Zübeyrin dayısı oğlu idi. Lakin Cəməl müharibəsində Təlhə və Zübeyr Əlinin ordusuna qarşı çıxdılar. Buna görə də Bəsrəyə gəlib buranı işğal etdilər.

Əli (əleyhissalam) bu müharibənin olduqca sülh yolu ilə qurtarmasına səy göstərirdi.

Həzrət, Təlhənin tərs, Zübeyrin isə yumşaq ürəkli adam olmasını bilirdi. Məhz elə buna görə də Abdullah ibni Abbasa buyurdu: Mənim tərəfimdən get ancaq Təlhə ilə görüşmə, çünki, əgər onunla görüşmək istəsən Təlhəni buynuzları qulağının ətrafında burulmuş bir heyvan təki görəcəksən ki, həvəs atına minir və deyir sakit atdır. Sən, çalış, Zübeyr-ürəyi yumşaq görüş ki, o mülayim adamdır. Onu görsən mənim sifarişimi ona yetir: “Dayın oğlu deyir: Sən məni Hicazda tanıyıb İraqda itirdin nə oldu ki, ilk tanışlığı unutdun?!” Əli (əleyhissalam)-ın hədəfi höccəti tamam edib müharibəyə başlamazdan qabaq Zübeyrə hidayət yolunu göstərib ona nicat vermək idi. Zübeyr isə bu vaxt qürur adlı bir dağın uçurumunda dayanmışdı. İbni Əbil Hədid yazır: İbni Abbas Əli (əleyhissalam)-ın sifarişini Zübeyrə çatdırdı, Zübeyrin cavabı isə iki başlı idi. Belə ki, onun nə söyləməsi aydın deyildi. Sonra yazır: Zübeyr oğlu Abdullahın təhriki ilə meydana atıldı, Əli (əleyhissalam) Zübeyrin yanına gəlib Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin buyurduqlarını Zübeyrə xatırladıb dedi: “Ey Zübeyr, sən zalımsan Əli (əleyhissalam)-ın müharibəsinə gedirsən.” Zübeyr peşman olub müharibədən əl çəkdi. Meydandan qayıtdıqda Aişə onu görüb dedi: “And olsun Allaha, mən hansı müharibədə olmuşamsa, yüz faiz agahlıq üzündən döyüşmüşəm, amma bu müharibədə şəkkdə qalmışam və sərgərdanam.

Aişə dedi: Belə güman edirəm ki, Əbu Talib oğlunun qılıncından qorxdun ki, onun qılıncı daha iti və kəsicidir, əgər ondan qorxmursansa bu heç də təəccüblü deyildir. Çünki, səndən qabaq çoxları bu qılıncdan qorxub geri çəkilmişlər.

Zübeyr dedi: Heç də fikirləşdiyin kimi deyil. Mənim geri çəkilməyimin səbəbi əvvəldə dediyimdir. (yəni Əlinin qoşununa qarşı vuruşmaqda şübhəm vardır ki, düzdür ya yox?). Sonra Zübeyr müharibədən əl çəkib Bəsrə cəbhəsindən uzaqlaşdı.

 

Şərhi əlavə etmək