DININI DÜNYAYA SATAN
ON BİRİNCİ HEKAYƏT
Dinini dünyaya satan
Tarixdə Əmr As dinini satıb danan fırıldaqçı kimi məşhurdu.
O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu beyətə dəvət etdi. Müaviyə Əli (əleyhissalam)-ın bu dəvətindən çox sarsılmışdı ona görə ki, Əli (əleyhissalam)-ın bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; “Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək olaraq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.”
Müaviyə Əmr Asa məktub yazaraq onu Şama dəvət etdi. Nəticədə Əmr As onun dəvətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu:
Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb.
Əmr As: O kimdir?
Müaviyə: Əli!
Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət cihad Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın nemətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən?
Müaviyə: Hər nə istəsən verərəm.
Əmr As: Mən Misrin hökumətini istəyirəm.
Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm.
Əmr As- “Bu sözləri kənara qoy” dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda xalqı bu ikiüzlü və dinlərini danan xainlərə qarşı cihada dəvət edərək buyrudu:
“Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra beyət etdi. Bu sövdələşmədə “satıcının” əli heç nə udmadı və alıcının arzusu rüsvayçılığa çəkdi. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.”
Şərhi əlavə etmək