BƏHAIYYƏT VƏ ONLARIN TARIXI BARƏSINDƏ IZAH VERIN?
BƏHAIYYƏT VƏ ONLARIN TARIXI BARƏSINDƏ IZAH VERIN?
Qısa cavab
Bəhaiyyət firqəsinin yaradanı, Mirzə Hüseyn Əli Nuridir. Əli Məhəmməd babın zühurundan sonra, Molla Hüseyn Bəşrəviyyənin təbliği nəticəsində babi oldu və onun iddialarına iman gətirdi. Babın ölümündən və babın yerinə seçilən qardaşı "Sübhi əzəl"ə itaətsizlikdən sonra, iddia etdi ki, o babın zühur vədəsi verdiyi şəxsdir. (mən yəzhərəhullah). Belə iddialar hər gün daha çox olurdu, ta peyğəmbərlik və Allahın onda təcəlli etməsi (Allahın onda cisimlənməsi) iddiası ilə sona çatdı.
Hüseyn Əli Nuri hicri qəmərinin 1269- cu ilində Bağdada sürgün oldu və hicri qəmərinin 1279- cu ilinə kimi orada idi. Ondan sonra Osmani dövləti onun və onun ardıcıllarını "Əkka" şəhərinə köçürtdü. Onun ölümündən sonra, hicrinin 1310- cu ilində oğlu "Abbas əfəndi" Əbdül- bəha ləqəbli, bəhaiyyətin yayılması üçün çoxlu çalışdı və ihgilis dövlətinin özünə tərəf himayətlərin əvvəlkindən də çox cəlb edə bildi. Ondan sonra Əbdül- bəhanın qızının oğlu Şövqi Əfəndi miladın 1921- ci ilində bəhailərin rəhbərliyini öz öhdəsinə götürdü və İsrailin himayətləri sayəsində fəaliyyətlərinə davam verdi. O, miladın 1975- ci ilində dünyadan getdi. Bəhailərin rəhbərlik məsuliyyətləri, mərkəzi işğal olunmuş Fələstinin Hayfa şəhərində olan "Beytul- ədl" adlı doqquz nəfərlik dəstənin öhdəsinə qoyuldu.
Bəhailik siyasi cəhətdən istemarın törəməsi olmasına baxmayaraq, ya yaxşı cəhətlə desək, istemarın siyasətlərilə uyğun və onların sonsuz himayətlərindədirlər, amma, fikri və tarixi yaranması cəhətdən, "Şeyxiyyə" firqəsinə qayıdır. Çünki Bəhailik, Babiyyədən yaranıbdır. Babiyyə, kəşfiyyədən, kəşfiyyə isə Şeyxiyyədən yaranıbdır. Şeyxiyyə "rükni rabi" əqidəsinə inanırdılar. Bu əqidə və "Seyyid Kazim Rəştinin" sözlərində olan digər əqidələr, Əli Məhəmməd babın "İmam Zaman qapısı" olması iddiası etməsinə şərait yaratdı. Mirzə Hüseyn Əli də babın iddialarını qəbul etdi və "şəriətinnəsx" olmasını elan etməklə, təzə iddialara əl atdı. Onlar barəsində məlumat almaq üçün. ətraflı cavaba müraciət edə bilərsiniz.
Ətraflı cavab
Bəhaiyyə firqəsinin yaradanı, Mirzə Hüseyn Əli Nuridir.
O, Mirzə Abbas Nurinin övladıdır və 1233 h. q. Ilində Tehranda dünyaya gəlmişdir. Onun ailəsi Mazandaranın Nurunun "Takir" adlı kiçik dağlıq kəndindəndir. O, ibtidai təhsilini alandan sonra, Qacarlardan olan "İmam verdi Mirzənin" idarəsində, münşilik vəzifəsi olan atası kimi, orada işləməyə başladı.
Bacısı əri də Rus konsulunun munşisi olduğu üçün, səfirliklərlə rabitə yaratmaq işlərilə də tanış oldu.[1]
"Əli Məhəmməd Babın" Zühur etdiyi zaman, o və ögəy qardaşı (Yəhya Sübhi əzəl" və ailələrindən neçə nəfər baba qoşuldular. Bab, Mirzə Təqi, xan Əmir kəbirin əmrilə, Təbrizdə edam olandan sonra, qardaşından 13 il kiçik olan Yəhya Sübhi əzəl, babın yerinə seçildi. Mirzə Hüseyn Əli də, bəzi məsləhətlərə görə ona təslim oldu, amma bir müddətdən sonra, ona itaətsizlik etdi.[2] Əvvəlcə "Məhdi olması" iddiasını etdi və iddia etdi ki, o, babın zühur vədəsi verdiyi, həmin şəxsdir.[3] Zaman keçdikcə iddiaları artırdı. "Hüseyni rəcət" və "Məsihi rəcət" iddialarından tutmuş, ta "Peyğəmbərlik" iddialarına kimi. Sonda Allahın cisimlənməsi ilə "onda təcəlli etməsi" iddiası etdi. "Ənəl- heykəlul əla" iddiası etdi ki, sonradan onların bəzisinə işarə olunacaq.
1269- cu ilində həmin zamanın höküməti, camaatın və din rəhbərlərinin təziqi nəticəsində, bu dəstəni Bağdada sürgün etməyə məcbur oldu. Bağdad o Zamanda, Osmanlı dövlətinin hökümət etdiyi ərazilərindən idi. Osmanlı dövləti 1279 h. q. Ilində, onları əvvəlcə "İstanbula", sonra isə "Ərdənəyə" köçürtdü. Bu zaman iki qardaş arasında babilərə rəhbərlik məsələsindəki rəqabət son həddə çatdı. Ona görə Osmanlı dövləti onları məhkəməyə gətirdi. Məhkəmə hökm verdi ki, qardaşların hər biri, özünə tabe olan dəstəsi ilə, bir- birindən uzaq olan nöqtələrə göndərsinlər. "Yəhya Sübhi əzəl" ardıcılları ilə birlikdə "Kiprdə" və "Hüseyn Əli" və ardıcılları isə, işğal olunmuş Fələstin torpaqlarındakı "Əkka" şəhərində məskunlaşdılar.
Mirzə Hüseyn Əli Əkkada qalan ömrünün yaşadı və 1310 h. q. ilində, xəstəlikdən öldü və orada da dəfn olundu. Ondan sonra, "Əbdül- bəha" ləqəbli oğlu "Abbas Əfəndi" Bəhaiyyənin yayılması üçün, çox çalışdı. 1911 m. Ilində Avropaya səfər etdi və İhgilis və Amerika ilə xüsusi rabitə yarada bildi.
Birinci dünya müharibəsində, Osmanlı dövləti dağılandan sonra, Hayfada yaşayan Əbdül- bəha, İngiltərənin himayəsinə keçdi və yaxşı xidmətlərinə görə, müharibədən sonra, ingiltərəyə xidmət etməyin ən yüksək medalını aldı.[4] O, öz yazılarında, beşinci Corcun İngiltərənin böyük impratorluğunu, Fələstinin ərəb iqliminə olan kölgəsinin davamlı olmasını istəyir.[5]
1921 m, ilində Əbdül- bəha öləndən sonra, Mirzə Hüseyn Əlinin qız nəvəsi[6] Şövqi Əfəndi, Bəhailərə rəhbərliyi öhdəsinə aldı. O, İsrail dövləti yaranandan sonra, onun rəisi ilə görüşdü və Bəhailərin İsrail ölkəsinə olan dostluğunu və onların israilin xoşbəxtliyi və inkişafı üçün, onların dua və arzularını ona bildirdi.[7] 1329, h. q. Ilində bəhailərə novruz bayramı münasibətilə təbrikində, İsrail dövlətinin yaranmasını, ilahi vədənin xaricdə baş verməsi kimi, bildirdi.
1957, M Şövqi Əfəndi öləndən sonra, mərkəzi işğal olunmuş Fələstinin Hayfa şəhərində olan, Beytul- ədl adlı, doqquz nəfərlik bir dəstə, zahirdə bəhailərin idarəçilik məsuliyyətini öhdələrinə aldılar.[8]
Bəhailərin siyasi baxışı:
Keçən məsələlərdən, Abbas Əfəndi və Şövqi Əfəndinin siyasi baxışı ilə qısaca tanış olduq. Burda işarə ediləsi lazım olan şey budur ki, belə bir fikir, yalnız bu iki şəxsə aid olmayıb, əksinə bu firqəni yaradanın fikirlərinə qayıdır. Nümunə üçün, aşağıdakı tarixi məlumatı oxuyuruq:[9]
1268 h. q. ilinin şəvval ayında, babilərdən iki nəfər nasirəddin şaha güllə atdılar. Ondan sonra, onların bir dəstəsi tutulub və edam oldular. Mirzə Hüseyn Əlini də tutmaq üçün axtarışa başladılar. Çünki mərkəzi hökümətin əlində, Mirzə Hüseyn Əlinin, şaha sui qəsdə plan çızmağına dəlil və sübutları var idi.
Tarixi məlumatlar bunu bildirir ki, o tutulmamaq üçün, Rus səfirliyinin yay binasında qalırdı. Rusiyanın səfiri kanslerdən, Mirzə Hüseyn Əlini qorumaqda əlindən gələni əsirgəməməyi istəmişdi. Bağdada sürgün olan zaman, rus səfirinə məktub yazdı və ondan və rus dövlətindən, bu himayələrə görə təşəkkür etdi. Əlbəttə neçə illər sonra da, ikinci Nikoloviç Aleksandra ünvanladığı yazıda bu köməyə işarə edib və rus dövlətlərindən təşəkkür etdi.[10]
Bağdadda da İngiltərə dövlətinin konsulu onunla görüşdü və ingilis dövlətinin himayəsini ona təklif etdi.[11]
Maraqlı məsələlərdən biri budur ki, Bağdadın valisi də Osmanlı dövləti tərəfindən ona əmək haqqı verirdi.[12]
Bəhaiyyənin Rusiyanın əlindən, İngiltərənin əlinə düşən zaman, öz dövlətinin zəhmətlərinin hədər getdiyini görən rus səfirliyinin baş konsulu Dalqorovki, əsəbləşdi və Rabiyyə və Rahiyyə firqələrinin yaranmasında etdiyi bütün işlərin üstünü açdı.[13] Ona görə də Bəhaiyyətin ya istemarın yaratması və ya istemar siyasətilə uyğunluğu ehtimalı güclənir. Hər halda bəhailik, həm yaranma və həm də qalmasında istemara borcludur.
Bəhaiyyətin etiqadının mənşəyi.
Aydın olduğu kimi, bəhaiyyət, babiyyədən yaranıbdır. Amma babiliyin hansı firqədən yaranması barəsində demək lazımdır: Babiyyə kəşfiyyədən və kəşfiyyə şeyxiyyədən yaranıbdır. Şeyxiyyə firqəsinin yaradanı, şeyx Əhməd Ehsanidir ki, 1160 h. q. ilində dünyaya gəlibdir. Əxbari məslək olub və etiqadlarına görə, alimlərdən tərəfindən kafir elan olunubdur.[14] Məsələn o etiqadlı idi:
1. İmamlar, dünyanın dörd səbəbidirlər.
2. Dinin üsulu dörd dənədir. (Allahı tanımaq, Peyğəmbərləri tanımaq, imamlari tanımaq, rükni rabiyi tanımaq, hansı ki, rükni rabi, şeyxiyyənin böyükləridirlər).
3. Quran peyğəmbərin sözüdür.
4. Allah peyğəmbərlərlə, eyni şeydir.
5. Şeyxiyyənin böyükləri, rükni rabidir.
6. Əsrin imamı, qorxduğuna görə, huri aləminə qaçıbdır.
7. Ədl, şiənin üsullarından biri deyil və sair
Onun kitablarının birində xəlifələrə qarşı olan yazıları, kərbəlaya hücuma və oranın camaatının öldürülməsinə səbəb oldu. Həmin vaxtı, Şeyx Əhmədin şagirdlərindən olan, "Seyid Kazim Rəştinin" evi yalnız amanda qaldı. Bir müddətdən sonra, o, Hicaza getdi. Hicaz o zaman Osmanlı hökümətinə tabe olmasına baxmayaraq, oranın hakimləri tərəfindən hörmət və himayə olundu.
O, 1241 h. q. ilində, təxminən həştad yaşında dünyadan getdi və ondan sonra seyid Kazim Rəşti onun fikirlərini yaymağa başladı və "Kəşfiyyə" firqəsini yaratdı.
Seyid Kazim Rəşti, 1212 h. q. ilində anadan oldu və 1259 h. q. ilində dünyadan getdi. 20 il müddətində öz ardıcılları arasında, rükni rabi sayılrdı. O bu fikirdə idi ki, həzrət Məhdi (əc) bizim aramızdadır və camaatı hazırlamaq üçün, öz təbliğçilərini ətraf yerlərə göndərir və sair.
Bu etiqada əsasən idi ki, onun seçilmiş şagirdlərindən biri, "Əli Məhəmməd bab" adlı, iddia etdi ki, mən "imam Zamanın qapısıyam". Əlbəttə sonralar bu miqdarla kifayətlənməyib və iddia etdi ki, o, vədə verilmiş Məhdinin özüdür.[15]
Bab öz yazılarında bəzən tam açıqlıqla və təkrarla, peyğəmbərliyin sona yetməsinə və islam peyğəmbəri (s)- nin peyğəmbərliyinin qiyamətə qədər olmasını və həmçinin on iki imanın imamlığına, o cümlədən imam Zmana, yəni Höccət ibnil Həsən (ə), imanını bildirir. Amma sonralar, yolu öz üzünə açmaq üçün, qiyamətə qədər peyğəmbərliyin qurtarması məsələsində əlavələr edir. Və deyir: Qiyamətdən məqsəd onun zühurudur.
Babilər arasında üstün sayılan onun "bəyan" kitabı, vəhy sayılır. Bu onun hurifi və nöqtəvilərdən[16] dərin təsir almasını göstərir. Bu cəhətdən də şeyx Əhməd Ehsaiyə tabe olmuşdur.
O, özünün bəyan kitabını əbcəd hərfləri əsasında və onu ədədlərlə tətbiq etməklə (19 rəqəmi) yazdı. O bu kitabda hər ili 19 ay və hər ayı 19 gün bilir.[17] Özünü ilk nöqtə və Allah qapısı[18] tanıtdırır ki, 18 nəfər ilk ardıcılları ilə ki, həyy hərfləri ilə olurlar (h+y=8+10) və 19 nəfərə çatdılar, vahid təşkil edirlər. Vahid əbcəd hərifləri ilə 19 rəqəmi ilə bərabərdir. Ona görə də, o bəyanı birinci vahid, ikinci vahid və sair bölür.[19]
Bəyanın axırında həriflərin lüğətini şərh edərkən, 19 rəqəmini seçməyin sirri barəsində yazır ki, 14 məsum, imam Zamanın dörd naibi və bab ilə19 nəfər olurlar. Halbuki, babın bəzi iddialarına diqqət edərkən, görürük ki, özünü vədə verilmiş Məhdi adlandırır. Burada demək lazımdır ki, onların rəmzi rəqəmləri naqisdir və onu düzəltmək üçün çarə tapmalıdırlar.
O, bahişt, cəhənnəm, sirat, mizan və saatı təvil edir. Rəcətin əsası, imamət məqamı və Allahın öz övliyalarında zühur və cisimlənməsini açıqlayarkən, onun sözləri Şeyxiyyə, qəramitə və qalilərin sözlərinin tərkibidir.[20] O bəzi əməlləri, məsələn namaz, oruc və qibləni dəyişdirdi.
Bu onun hökümləridir:
1. Əgər babilərdən birinin arvadı hamilə olmasa, edə bilər, öz arvadının hamilə olması üçün, babı qardaşların birindən kömək istəyə bilər, nə qeyri babı.[21]
2. İstimna cayizdir.[22] və sair.
[1] - M. E. Yəhya Muri, islam peyğəmbərlərinin xatəmiyyəti, səh 62- 63
[2] - M. E. Daneşnameye cahane islam, cild 4, səh 734, Cənab Mahmud Sədrinin məqaləsi
[3] - Mirzə Hüseyn Əlinin suistifadə etdiyi babın təlimlərindən biri, onun müjdə verməsi idi bir vədə verilmiş "mən yəzhərəhullah" adıyla yəni o şəxs ki, Allah onun aşkar edəcək. Daneşname cahane islam, cild 4, səh 743
[4] - Şövqi Əfəndi, Qərni bədi, cild 3, səh 299
[5] - Məkatib, cild 3, səh 347, islam peyğəmbərinin xatəmiliyi kitabından nəqllə, səh 68
[6] - O, Əbdül- ləhanın qız övladı idi.
[7] - Əxbare əmri jurnal, 1333- cü ilin tirayı, Daneşname cahane islamdam nəql ilə, cild 4, səh 742
[8] - M. E. Daneşname cahane islam, cild 4, səh 733- 744, islam peyğəmbərinin xatəmiyyəti, səh 62- 69
[9] - Belə məlumat verilib ki, rus səfiri, bəhai şahın adamına vermədi və kanslerə məktub yazdı və onu qorumağı istədi (risaləte tisə, Əbdül- həmid xavəri, səh 387) bəha zindana düşən zaman, səfir onun məhkəməsində belə dedi:" Mənim qəsdim var ki, bu günahsız şərif insanı (bəha) rusiya dövlətinin himayəsinə keçirin. Ona görə də, əgər onun başından bir tük əskik olsa, sizi tənbih etmək üçün, burada qandan çaylar axacaq. (islam peyğəmbərinin xatəmiyyət kitabının əlavələri, Mirzə Hüseyn Əlinin rusiya ilə rabitəsinə olan sənədlər və onun rus çarına olan məktubu hissəsi).
[10] - Qərni bədi, cild 2, səh 49 Daneşname cahane islam, cild 4, səh 735, bu hadisələrin sənədlərilə tanışlıq üçün, islam peyğəmbərinin xatəmiyyət kitabında, 109- cu səhifəsindən sonrakı sənədlərə müraciət olsun ki, nümunə kimi, bəhanın Nikoloviçə olan məktubunun mətni ki kitabı mubində qeyd olunubdur, işarə edirik. "Ey rus padşahı, quddus mülkünün padşahının səsini eşit (Mirzə Bəha) və behiştə doğru tələs, hansı ki, orada məskunlaşıb. O şəxs ki, yuxarı aləmdə yaxşı adlarla adlanır və inşa mələkurunda Allah adıyla, işıqlılarınişıqlısı adlanıbdır. (Əkka şəhəri). Nəfsinin istəkləri səni bağışlayan və mehriban Allahına diqqət etməkdən saxlamasın. Biz gizlində öz mövlana dediyin sözləri eşitdik, ona görə də mənim lütf və kömək hissim həyacana gəldi və rəhmət dəryam dalğalandı, sənə haqla cavab verdik. Həqiqətən sənin Allahın ailm və həkimdir. Sənin səfirlərindən biri mənə kömək etdi, o zaman ki, zindanda zəncirlənmişdim. Bu işin üçün Allah sənin üçün elə bir dərəcə yazıb ki, heç kəs onu dərk edə bilməz".
[11] - Qərn bədi, Şövqi Əfəndi, cild 2, səh 736
[12] - Daneşname cahane islam, cild 4, səh 736
[13] - İslam Peyğəmbərinin xatəmiyyəti, səh 78
[14] - Mərhum sahibi cəvahir və şəriful- üləmayi Mazəndarani və sair. Onun kafir olmasına rəy verən alimlərdən idilər. (islam peyğəmbərinin xatəmiyyəti, səh 41).
[15] - M. E. İntizar jurnalı, nömrə 1. 1380- cı il. Səfər xoşnevis, səh 240- 250, Kəlami firqə və məzhəblər, Əli rəbbani Gülpayqani, səh 336- 342, Şeyxiyyə firqəsilə daha çox tanışlıq üçün müraciət edin: Şeyx Əhməd Ehsaninin həyatı, müəllif Şeyx Əhmədin oğlu, Nebil tarixi, Zərəndi, Şeyxiyyə rəd, Məhəmməd ibn seyid Saleh Qəzvini müsəvi, Şeyxiyyə, Rabiyyə və Bəhaiyyənin yaranmasının sirləri, Məhəmməd Kazım Xalisi, Kəşful- murad (Şeyxiyyənin əqidələrinin araşdırılması), Həkim Haşimi.
[16] - Hürufilər və Nöqtəvilərin fikirlərilə tanışlıq üçün, islam peyğəmbərinin xatəmiyyəti kitabına müraciət olunsun, səh 41- 46
[17] - Bəyanul- vahidul- xamis, səh 18, Əlbəttə qalan dörd gün şükr etmək və bayram
ünləri kimi təyin olubdur, M. E. Daneşname cahane islam, cild 4, səh 742
[18] - Bəhaullahın yeddi hərfi var, Əli Məhəmməd də yeddi hərifdən ibarətdir.
[19] - M. E. İslam Peyğəmbərinin xatəmiyyəti, 52- 53
[20] - İslam peyğəmbərinin xatəmiyyəti, səh 58
[21] - Bəyan, səkkizinci bölümdən on beşinci bab.
[22] - Bəyan, səkkizinci bölümdən onuncu bab.
Şərhi əlavə etmək