ALLAHIN PEYĞƏMBƏR GÖNDƏRMƏSININ FƏLSƏFƏSI
ALLAHIN PEYĞƏMBƏR GÖNDƏRMƏSININ FƏLSƏFƏSI
Allahın Peyğəmbərini tanıdıqdan sonra, bu Peyğəmbərin şəxsiyyəti ilə tanış olmaqla əlaqədar olan ən mühüm məsələ onun besətinin fəlsəfəsi ilə tanış olmaq məsələsidir. Sonuncu Peyğəmbərin besəti fələfəsi, əslində digər Peyğəmbərlərin besətinin fəlsəfəsindən fərqlənmir. Təkcə fərqi budur ki, bu Peyğəmbər özündən qabaqkı Peyğəmbərlərin ilahi proqramlarını təkmil etmişdir. Elə buna görə də nübüvvət (Peyğəmbərlik) silsiləsi onunla sona yetmişdir.
Bu mətləbi nəzərə almaqla, besətin fəlsəfəsini Quran baxımından vahid həqiqətdən xəbər verən iki ünvanda xülasə etmək olar:
Allaha çağırmaq.
Allah tərəfinə çağırmaq və dəvət etmək ilahi peyğəmbərlərinin besətinin ən mühüm fəlsəfəsidir. Bu çağırışın həqiqəti Allah yolunu getməyə dəvət etməkdir. İslam dini əsasında əməl etməkdir, yəni insanın maddi və mənəvi həyatını təmin edən insanı təkamül proqramına çağırmaqdır. Bu baxımdandır ki, Quranın müxtəlif ayələri müxtəlif yönlərdən besət fəlsəfəsi barəsində olan vahid həqiqəti bəyan edir:
"(Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!"[1]
"(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!"[2]
"Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!"[3]
İlahi Peyğəmbərlərinin hamısının besətinin fəlsəfəsi budur ki, xalqı kəmala yetişmək yolu ilə tanış etsinlər ki, onlar bu yolu getməklə öz maddi və mənəvi ehtiyaclarını təmin etməklə yanaşı, insanın təkamül hərəkətinin son məqsədi olan "liqaullah" yəni Allaha qovuşmaq mərhələsinə yetişsinlər. Elə buna görə də ilahi Peyğəmbərlərin besətinin ən mühüm fəlsəfəsi mütəal Allaha dəvət etməkdir.
İnsanın təkamülü
İlahi ideologiyada, vəhy və nübüvvətin fəlsəfəsi üç əsl və əsas üzərində qurulmuşdur;
Birinci budur ki, insan xilqətinin fəlsəfəsi onun təkamülüdür;
İkinci budur ki, təkamül yolunu göstərən insanın vücudunda deyil;
Üçüncüsü odur ki, təkcə aləmləri yaradan insanların təkamül proqramını onlara təyin edə bilər; çünki, təkcə odur ki, insanların istedadını və ehtiyaclarını kamil şəkildə bilir və insanın təkamül proqramlarına dəqiqliklə agahdır. Bir tərəfdən də onun insana heç bir ehtiyacı yoxdur ki, insanın xeyrinə olan bir şeyi ondan əsirgəsin.[4]
Bəs, insan öz yaradılışının fəlsəfəsinə yetişmək üçün Allahın hikməti bunu tələb edirki, onun təkamül proqramlarını ona təqdim etmək üçün rəhbər və nümayəndə göndərsin. Çünki, əks təqdirdə insanın təkamülü mümkün olmayacaqdır və bu da yaradılışın hədəfsiz və məqsədsiz olması deməkdir. Başqa sözlə desək vəhyi və peyğəmbərlərin kəlməsini inkar etmək tövhidi inkar etməklə bərabərdir. Elə buna görə Quran açıq- aşkar bəyan edir.
"Onlar (yəhudilər): "Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir", - deməklə Allahı layiqincə qiymətləndirmədilər"[5]
İxtilafları aradan qaldırmaq, insanı daxili və xarici zəncirlərdən azad etmək, insanı cəhalət zülmətindən xilas etmək, kitab və hikmət öyrətmək, dünyanı elm nuru ilə işıqlandırmaq, ictimai əxlaqi inkişaf və ictimai ədaləti təmin etmək kimi Qurani- kərimdə vurğulanan Peyğəmbərlərin besətinin bu hikmətləri həqiqətdə Allaha dəvət etməyə müsbət cavab verməyin təfərrüatları sayılır. Bunlar insan təkamülünün ilahi proqramlarının ilahi peyğəmbərlər tərəfindən icrasının təfərratıdır.
Amma besətin fəlsəfəsi Allah və onun peyğəmbərlərinin dəvətini qəbul etməyənlərin və bu təkamüldən özlərini məhrum edən şəxslərin barəsində, onların əleyhinə tamamlanması yəni onların bütün bəhanələrinin kəsilməsidir.
[1] - Yusif surəsi, ayə 108
[2] - Nəhl surəsi, ayə 125
[3] - Ənfal surəsi, ayə 24
[4] - Vəhy və nübüvvət fəlsəfəsi, Məhəmməd Məhəmmədi Reyşəhri
[5] - Ənam surəsi, ayə 91
Şərhi əlavə etmək