MƏHƏMMƏD MƏHƏMMƏDİN DİLİNDƏN

Allahın rəsulu (s) Mən Allahın tərbiyə etdiyiyəm və əli mənim tərbiyə etdiyim.[1]

Allahın rəsulu (s): Ey camaat! Mən hədiyyə olinmuş rəhmətəm.[2]

əttəbəqətül- kübra- Zəhhakdan: Peyğəmbər buyurdu: "Mən atam İbrahimin duasının qəbul edildiyiyəm ki, kəbənin sütunlarını bərpa edən zaman dedi: "(Onlar yenə dedilər: ) "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Qur’anı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən"."[3] [4]

Peyğəmbər (s): Mən atam İbrahimin duasının səmərəsiyəm. Mənim Zühurumda müjdə verən axırıncı şəxs İsa ibni Məryəm (ə) idi.[5]

Peyğəmbər (s): Mən müsəlmanların dayağı və sığınacağıyam.[6]

Peyğəmbər (s): Mən Adəm övladlarının sərvəriyəm və bu özünü tərifləmək deyil.[7]

Peyğəmbər (s):Mərcəqum iftixar etmək deyil, mən qiyamət günü Adəm övladlarının sərvəri (və ağasıyam)[8]

Peyğəmbər (s): mən birinci şəxsəm ki, yer onunçün açılacaq (qəbirdən qalxacaq).[9]

Peyğəmbər (s): Camaat – qiyamət günü qaldırılan zaman, mən birinci şəxsəm ki, (qəbirdən) qalxıram və o zaman Allahın dərgahına gedirəm, mən onların xətibiyəm, onlar- müsəlmanlar- ümüdsüz olan zaman mən onların müjdə verəniyəm.[10]

Peyğəmbər (s):Mənim qiyamət günü bütün Peyğəmbərlərdən çox, itaətçim olacaqdır. [11]

Peyğəmbər (s): mən peyğəmbərləri cilodarıyam, özünü tərifləmirəm; Peyğəmbərin sonuncusuyam, iftixar etmirəm; mən birincişəfaət verən və birinci şəfaətçi qəbul edilən şəxsəm( bunları deməklə) özümü tərifləmək məqsədim yoxdur.[12]

Peyğəmbər (s):Mən cənnətin qapısını döyənlərin birincisiyəm.[13]

Qiyamət günü əziz və Cəbbar Allahın yanına gedən birinci şəxs mənəm; (birinci) mən, onun kitabı və mənim əhli beytim, sonra ümmətim. O zaman onlardan soruşaram: "Allahın kitabı və mənim əhli beytimlə necə rəftar etdiniz?"[14]

Peyğəmbər (s): Mən Məryəmin oğluna (İsaya (ə)) ən yaxın şəxsəm. Peyğəmbərlər bir atanın və neçə ananın övladlarıdır.[15]

Peyğəmbər (s): Mən (həm) dünyaya (və həm) axirətdə İsa ibni Məryəmə ən yaxın şəxsəm. Mənimlə onun arasında heç bir Peyğəmbər yoxdur. Peyğəmbərlər bir ata və neçə anadan olan qardaşlardırlar; anaları müxtəlif, dinləri isə birdir.[16]

Peyğəmbər (s): Mən Məhəmməd və Əhmədəm. Mən rəhmət Peyğəmbəriyəm. Mən inqilab Peyğəmbəriyəm. Mən müqəffa (burada Peyğəmbərlərinsonuncusu) və haşirəm(burada, yəni camaat mənim dinimdə məşhur olacaqlar. Cihad şüarı ilə göndərilmişəm, öldürmək üçün yox.[17]

Peyğəmbər (s): Mən sizin ən fəsahətlinizəm. Mən Qüreyş qəbiləsindənəm, dilim Bənisəd ibni bəkrin dilidir.[18]

Peyğəmbər (s): Mən sizin ən təqvalınız və Allahın qanunlarına agahınızam.[19]

Peyğəmbər (s): Sizin ən təqvalınız və Allahı ən yaxşı tanıyanınız mənəm.[20]

Peyğəmbər (s): məni dörd şeylə ( başqalarına) üstün edibdirlər: Yer, ümmətim üçün səcdəgah və pakedici qərar verilibdir, hər kəs namaz qılmaq üçün su tapa bilməyə, yer olarsa, yer onlar üçün səcdəgah və pak edicidir.(Qüsl və dəstəmaz əvəzinə ona təyəmmüm edə bilər); Mən düşmənin qəlbinəqorxu salmaqla kömək olunmuşam, belə ki, düşmən mənim qarşımda bir aylıq müddətində (gedilə bilən) yol qədər geri çəkilir və məğlub olur; Qənimətlər mənim ümmətimə halal olubdur; (mən) hamının Peyğəmbəriyəm.[21]

Peyğəmbər (s): Mən digər Peyğəmbərlərə dörd cəhətdən üstün olmuşam;Mən bütün camaat üçün göndərilmişəm; bütün yer mən mən və mənim ümmətim üçün səcdəgah pakedici qərar verilmişdir (düşmənlərin qəlblərinə) vəhşət və qorxu salmağa (qadir olmağımla) kömək olunmuşam, belə ki, bir aylıq müddətində- gedilən yol məsafəsindən Allah mənim düşmənlərimin qəlbində qorxu və rəhmət yaradır; qənimətlər mənim ümmətimə halal olubdur.[22]

Peyğəmbər (s): Allah mənə minnət qoyaraq buyurdu: "Ey Məhəmməd! Mən səni düşmənə, onların qəlbində qorxu və həyəcan yaratmaqla qalib etdim, belə ki, heç bir kəsi belə bir qələbəyə yetirməmişəm.[23]

Peyğəmbər (s): Beş şey mənə əta olunubdur ki, məndən qabaq heç kimə verilməyibdir: Yer, mənim üçün səcdəgah və pakedici qərar verilibdir; (düşmənlərin qəlblərinə) qorxu və həyəcan salmaqla kömək olunmuşam; Qənimət mənim üçün halah olubdur; Came kəlamlar (Quran) mənə verilibdir; şəfaət (vermə məqamı) mənə əta edilibdir.[24]

Peyğəmbər (s): İbrahimə (ə) üstün olmağı barədə: İbrahim (ə) Allahın xəlilidirsə, mən Məhəmməd onun həbibiyəm.[25]

Peyğəmbər (s): Bilin və agah olun! And olsun Allaha mənhə göylərdə və həm yerdə əminəm (əmanətdaram)[26]

Peyğəmbər (s): Allah elə bir məxluq xəlq etməyibdir ki, onun yanında məndən üstün və əziz olsun.[27]

Peyğəmbər (s): Mən Allaha birinci iman gətirən şəxsin və birinci cavab verən şəxsin. O zaman ki, Allah Peyğəmbərlərindən əhd aldı və onları özünə şahid tutdu (və buyurdu): "Aya mən sizin Rəbbiniz deyiləmmi?". Mən birinci şəxs oldum ki, cavab verdim: Bəli [28]

Peyğəmbər (s): Mən xilqətdə və yaradılışda birinci, (Peyğəmbərliyə) göndərilməkdə axırıncıyam.[29]

Peyğəmbər (s): Mənə beş şey verilibdir ki, məndən qabaqkı Peyğəmbərlərin heç birinə verilməyibdir: (hamının) ağ- qara və qırmızı dərililərin tərəfinə göndərilmişəm; yer mənimçün pakedici və səcdəgah qərar verilibdir; (düşmənin qəlbinə) qorxu və vəhşət salmaqla kömək olunmuşam; Cənnət mənə halal olubdur. Halbuki, məndən qabaq heç bir kəsə (ya heç bir Peyğəmbərə) halal olmayıbdır; came kəlam (quran) mənə əta olubdur. [30]

Peyğəmbər (s): Allah- Taala mənə minnət qoydu və buyurdu: Ey Məhəmməd! Salam və salavat olsun sənə, mən hər Peyğəmbəri öz ümmətinin dililə onların tərəfinə göndərdim, amma səni bütün tərəfinə göndərdim cə sənə (düşmənlərinin qəlbinə) qorxu və vəhşət yaratmaqla kömək etdim, halbuki, heç bir kəsə belə kömək göstərməmişəm.[31]

Peyğəmbər (s): Mənə came və geniş (hər tərəfli) kəlam (Quran) tam müxtəsər şəkildə göndərilibdir.[32]

İmam Əli (ə) Peyğəmbərdən (s) soruşdular: Aya heç bütpərəstlik edibsinizmi?

Buyurdu: "Xeyir". Soruşdular: İndiyədək şərab içibsinizmi?

Buyurdu: Yox, Həmişə bilirdim ki, camaatın gördükləri əməllər küfrdür, halbuki, hələ bilmirdim ki, kitab və iman nədir"[33]

İmam Rza (ə)- dan soruşdular: (Peyğəmbəri) (s) məqsədi bu kəlamdan nədir?): İki qurbanlığın oğluyam". Buyurdu: (Peyğəmbərlərin (s) ) məqsədi İsmail ibni İbrahim və Əbdullah ibni Əbdülmüttəlibdir.[34] 

 




[1] - Məkarimul- əxlaq, cild 1, səh 51, hədis 19, Biharul- ənvar, cild 16, səh 231, hədis 25

[2] - Sünəni Darəli, cild 1, səh 14, hədis 15, Əttəbəqətül- kübra, cild 1, səh 192, Kənzül- ümmal, cild 11, səh 445, hədis 32093- 31995

[3] - Bəqərə surəsi, ayə 129

[4] - Əttəbəqətül- kübra, cild 1, səh 173, hədis 201, Tarixi Dəməşq, cild 1, səh 173 hədis 201 Kənzül- ümmal, cild 11, səh 384, hədis 31833

[5] - Tarixi Dəməşq, cild 3, səh 393, hədis 752, Kənzül- ümmal, cild 11, səh 405, hədis 31889

[6] - Əlmüsənnəf, ibni Şeybə, cild 7, səh 733, hədis 1, Müsnədi əbu Yəla, cild 5, səh 305, hədis 5754 Kənzül- ümmal, cild 11, səh 404, hədis 31887

[7] - Üyuni əxbarriza, cild 2, səh 35, hədis 78, ixtisas, səh 33, Biharul- ənvar, cild 8, səh 48hədis 51

[8] - Sünəni Termizi, cild 5, səh 308, hədis 3148, Biharul- ənvar, cild 8, səh 48, hədis 51

[9] - Sünəni- termizi, cild 5, səh 587, hədis 3615, Sünəni ibn Macə, cild 2, səh 1440, hədis 4308

[10] - Sünəni termizi, cild 5, səh 585, hədis 3610, Sünəni Darəmi, cild 1, səh 30, hədis 45 Kənzül- ümmal, cild 11, səh 403, hədis 31878

[11] - Səhih Müslüm, cild 1, səh 188, hədis 331, Əssünənül- kübra, cild 9, səh 8, hədis 17714, Kənzül- ümmal, cild 11, səh 403, hədis 31877

[12] - Sünəni Darəmi, cild 1, səh 31, hədis 49, Əlmöcəmül- əvsət, cild 1, səh 61, hədis 170

[13] - Əvail- Təbərani, səh 28, hədis 5, Kənzül- ümmal, cild 11, səh 404, hədis 31886

[14] - Kafi cild 2, səh 600, hədis 4, Vəsailüşşiə,cild 4, səh 827, hədis 2

[15] - Səhih Müslüm, cild 4, səh 1837, hədis 143, Səhih Buxari, cild 3, səh 1270, hədis 3259, Kənzül- ümmal, cild 11, səh 501, hədis 32346

[16] Əlmüstədrək- ələssəhiheyn, cild 2, səh 648, hədis 4153, Səhih Buxari, cild 3, səh 1270, hədis 3259, Kənzül- ümmal, cild 11, səh 501, hədis 32346

[17] - Əttəbəqətül- Kübra, cild 1, səh 105, Kənzül- ümmal, cild 11, səh 462, hədis 32147

[18] Əttəbəqətül- Kübra, cild 1, səh 113, Kənzül- ümmal, cild 11, səh 404, hədis 31884

[19] - Müsnədi ibni Hənbəl, cild 9, səh 172, hədis 23743, Əlmisənnəf, Əbdürrəzzaq, cild 4, səh 148, hədis 8412, Kənzül- ümmal, cild 11, səh 419, hədis 31964

[20] - Səhih Buxari, cild 1, səh 16, hədis 20, Kənzül- ümmal, cild 11, səh 425, hədis 31991

[21] - Əlxisas, səh 201, hədis 14, Biharul- ənvar, cild 16, səh 321, hədis 11

[22] - Təfsiri ibni Kəsir, cild 2, səh 112, Əssünənül- kübra, cild 1, səh 340 hədis 1059, Əddürrül- mənsur, cild 2, səh 343

[23] - İləlüşşəraye, səh 128, hədis 3, Biharul- ənvar, cild 16, səh 93, hədis 27

[24] - Xisal, səh 292, hədis 56, Əmali Səduq, səh 285, hədis 311, Biharul- ənvar, cild 16, səh 313, hədis 1

[25] - Əl- ehticac, cild 1, səh 110, hədis 29, Biharul- ınvar, cild 9, səh 290, hədis 3

[26] Təfsiri ibni kəsir, cild 4, səh 466, Kənzül- ümmal, ccild 11, səh 457, hədis 32147

[27] - Üyuni əxbarriza, cild 1, səh 262, hədis 22, İləlüşşəraye, səh 5, hədis 1, Biharul- ənvar, cild 18, səh 345, hədis 56

[28] - Kafi, cild2, səh 10, hədis 1. İləlüşşəraye, səh 124, hədis 1, Biharul- ənvar, cild 15, hədis 21

[29] - Əttəbəqətül- kübra, cild 1, səh 149, Kənzül- ümmal, cild 11, səh 409, hədis 31916

[30] - Əmali- Tusi, səh 484, hədis 1059, Biharul- ənvar, cild 16, səh 324, hədis 16

[31] - İləlüşşəraye, səh 128

[32] - Tarixi Dəməşq, cild 4, səh 8, hədis 809, Kənzülümmal, cild 16, səh 112, hədis 44087

[33] - Kənzül- ümmal, cild 12, səh 406, hədis 35439

[34] - Üyuni Əxbar- rza, cild 1, səh 210, hədis 1, Xisal, səh 56, hədis 78, Biharul- ənvar, cild 12, səh 123, hədis 1

Şərhi əlavə etmək