PEYĞƏMBƏRLIYIN SONU

 

Quran

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!"[1]

Hədis

Rəsuli əkrəm (s): (ilahi) Peyğəmbərlərin birincisi Adəm, sonuncusu Məhəmməddir.[2]

Rəsuli əkrəm (s) : Mənim məsəlim Peyğəmbərlərin arasında o şəxsin məsəli kimidir ki, bir ev tikib və onu yaxşı, kamil və gözəl yaradıbdır, təkcə bir kərpic yerini boş saxlayıbdır. Camaat o evin ətrafında fırlanır və ondan xoşları gəlir, (amma) deyirlər ki, kaş bu bir kərpicin yeri də kamil olaydı. Mən Peyğəmbərlərin arasında o kərpic kimiyəm.[3]

Rəsuli əkrəm (s): Mən Fateh[4] və xatəm göndərilmişəm.[5]

Rəsuli əkrəm (s): Tezliklə mənim ümmətimin arasında otuz yalançı peyda olacaq ki hamısı Peyğəmbərlik iddiası edəcəklər, halbu ki, Peyğəmbərlərin sonuncusu mənəm və məndən sonra heç bir Peyğəmbər yoxdur.[6]

Rəsuli əkrəm (s): Ey camaat! Məndən sonra Peyğəmbər yoxdur Mənim sünnəmdən (qanunumdan) sonra heç bir sünnə yoxdur. Hər kəs nübüvvət iddiası edə, onun iddiası və bidəti odda olacaqdır.[7]

Rəsuli əkrəm (s): Mən Peyğəmbərlərin sonuncusuyam.[8]

Rəsuli əkrəm (s): Mən aqibəm, yəni o kəs ki, ondan sonra heç bir Peyğəmbər yoxdur.[9]

İmam Əli (ə)- Peyğəmbərin (s) besəti barədə: Allahu Sübhan, Məhəmmədi (s) Peyğəmbərliyə göndərdi ki, öz vədəsinə əməl etsin və nübüvvət silsiləsini kamil etsin.[10]

İmam Əli (ə)Peyğəmbərin (s) vəsfində: Onun (Allahın) vəhyinin əmanətdarı, elçilərinin sonuncusu, rəhmətini müjdə verən və xəşm və əzabdan qorxudandır.[11]

İmam Sadiq (ə): Allah xatiri uca olsun sizin Peyğəmbərinizin vasitəsilə Peyğəmbərlik silsiləsinə son qoydu. Buna görə də ondan sonra heç bir Peyğəmbər göndərlməyəcəkdir. Həmçinin sizin kitabınızla bütün səmavikitablara son qoydu və sizin kitabınızdan sonra heç bir səmavi kitab nazil etməyəcəkdir.[12]

İmam Sadiq (ə): Məhəmməd (s) gəldi öz Quran, şəriət və təriqətini gətirdi. Onun dininin halal etdikləri qiyamət gününə qədər halal və haram etdikləri qiyamət gününə qədər haramdır.[13]

Səhih Müslüm Səid ibni Müsəyyibdən oda Amir ibni Səd ibni Əbu Vaqqasidən və o atasından belə nəql edir: Allahın Rəsulu (s) Əliyə (ə) buyurdu: "Sən mənim üçün Harunun Musaya olan mənzilət və məqamı kimisən, bu fərqlə ki, məndən sonra Peyğəmbər yoxdur."[14]

Nübüvvətin xətmi (bitməsi)- nin hikməti barədə təhlil

Nübüvvətin Peyğəmbərinin (s) göndərilməsilə sona yetməsinin hikməti barədə söz çoxdur; lakin burada xülasə şəkildə onu deyə bilərik ki, ilahi Peyğəmbərlərin göndərilməsinin fəlsəfəsi bəşərin xalqın təkamülü üçün kamil bir proqram təqdim etməkdir. Bu proqram gərək xalqa tədricən çatdırılsın, çünki, cəmiyyət tarix boyu ilahi Peyğəmbərlərin qoynunda təlim və tərbiyə olan bir uşaq misalı kimidir. Buna görə də Peyğəmbərlərin proqramları bu uşağın müxtəlif dövrlərində gırək onun istedad və qavramaq qabiliyyəti ilə uyğun olsun. Elə buna əsasən islamdan qabaqkı zamanda, Peyğəmbərlərin icra proqramları dörd zaman bölümündə dəyişilmişdir və bu dəyişiklik ilahi Peyğəmbərlərdən dörd kitab və şəriət sahibi olan dörd böyük Peyğəmbər vasitəsi ilə xalqa iblağ olmuşdur (çatdırılmışdır). Bu Peyğəmbərlər Nuh, İbrahim, Musa və İsadan (Allahın salamı onlara olsun) İbarətdir.

Digər Peyğəmbərlər bu dörd təşri- şəriət gətirən Peyğəmbərlərin şəriətinin təbliğatçıları idilər.

İlahi rəhbərçilik onların vasitəsi ilə davam etdi, o zamana qədər ki, bəşərin istedadı və dəketmə qüdrəti İlahi xəbərlərin axırıncı və sonuncusunu almağa hazır oldu. Bu zamanda idi ki, İsanın təkamül Proqramının ən kamil forması Quran adıyla olan toplu, Peyğəmbərlərin sonuncusunun vasitəsi ilə bəşərə oblağ oldu.- çatdırıldı. Bu xəbərin iblağı ilə Peyğəmbərlik silsiləsi sona çatdı. İslam Peyğəmbəri (s) bu təhliri, bir rəvayətdə, sadə bir misalla bəyan etmişdir:

Mənim məsəlim Peyğəmbərlərin arasında o şəxsin hekayətinə bənzəyir ki, yaxşı və kamil bir ev tikibdir, təkcə onun bir kərpici çatışmır, camaat o evin ətrafına firlanır və ondan xoşları gəlir və deyirlər: Ey kişi bu bir kərpicin yeri də boş qalmayaydı. Mən Peyğəmbərlərin arasında o kərpicin misalındayam.[15]

Bu misal əsasında- demək olar ki, Mütəal Allah Püyğəmbərləri göndərməklə istəyirdi ki, kamil insan yetirmək üçün dünyada mənəvi bir bina yaratsın, belə ki, onsuz heyvan yetirməkdən başqa bir şeyə qadir olmazdı. Baxmayaraq ki, bu binanın memarı mütəal Allahdır, bununla belə onu tikmək və yaratmaq uzun əsrlər çəkdi, çünki onun hissələri və onu yaratmaq zəmini bu zamanı tələb edirdi. Bu mənəvi binanın birinci nurani kərpici həzrəti Adəm (ə) və sonuncusu isə həzrəti Məhəmməd (s) oldu. Həzrəti Məhəmmədin (s) göndərilməsi ilə insan cəmiyyətinin inkişaf binası hər bir cəhətdən təkmilləşdi, belə ki, dünyanın sonunadək bu inkişaf binasının proqramları, insanların maddi və mənəvi təkamülü üçün kifayətdir. Bununla da nübüvvət sona yetdi. Amma nübüvvət sonuncu Peyğəmbər vasitəsilə sona yetəndən sonra, ümmətin imaməti- rəhbərliyi- və hidayəti onun əhli beytinin (ə) vasitəsi ilə davam etdi, necə ki, Quranı- kərim buyurur:

"Ey Peyğəmbər! Sən təkcə xəbərdarlıq edəsən və hər qövmün hidayət edəni var.[16]

Şiə və Sünni hədislərində açıq- aşkar bildirilir ki, "hidayət edən"dən məqsəd, Əmirəlmöminin Əli (ə)- dır; necə ki, Dəməş tarixində gəlibdir:

Elə ki, "sən təkcə xəbərdarlıq edəsən" ayəsi nazil oldu, Peyğəmbər (s) buyurdu: Mən xəbərdarlıq edənəm, Əli hidayət edən.[17]

İmamət imam Əlidən (ə) sonra həzrətin ailəsində davam etdi, necə ki, həzrəti Peyğəmbərdən rəvayət olubdur:

Mən xəbərdarlıq edənəm, Əli hidayət edəndir və hər imam öz (yaşadığı) əsrin nəslinin hidayət edənidir.[18]

Başqa bir rəvayətdə imam Baqirdən (ə) belə nəql olunur:

«رسول الله المنذر، و علیّ الهادی، أما و الله ما ذهب منّا و ما زالت فینا إلی السّاعه»

Allahın rəsulu qorxudandır (xəbərdarlıq edəndir), Əli hidayət edən. Bilin (və agah olun), and olsun Allaha (imamət) bizim xanidanımızdan xaric olmayıb və qiyamət gününə qədər bizim aramızdadır.(adres foq neveşte şəvəd)

Bu həqiqətə mütəvatir və Peyğəmbərdən olması yəqin və sabit olunmuş "Səqəleyn" hədisində də təkid olunmuşdur. Bununla imamət və nübüvvət xanidanının ilahi rıhbərliyi üç əsrə yaxın davam etdi; amma imam Həsən Əsgərinin vəfatından şəhadətindən sonra ilahi hikmət bunu tələb etdi ki, islam ümmətinin mənəvi atası ondan sonrakı imam gözlərdən pünhan gizli qalsın və islam cəmiyyətini fəqihlərin və alimlərin yetimlər evinə tapşırsın, necə ki, imam Həsən Əsgəridən rəvayət olubdur: Atam atalarından onlar Peyğəmbərdən (s), mənim üçün rəvayət etdi: Ata və anasını əldən vermiş yetimdən daha dəhşətli yetim o yetimdir ki, öz imamından uzaq düşüb və ona əli çatmır və öz şəri məsələlərində təklifini və vəzifəsini bilmir. Bilin! Belə bir şəxs- bizim görməkdən məhrum olan və şəri hökümünü bilməyən şəxs elə bir yetimdir ki, bizim elimlərimizə alim və agah olan alimlərin qoynuna yerləşdirilmişdir. Bilin! Hər kəs belə bir yetim irşad edə ona yol göstərə, hidayət edə və bizim şəriətimizi ona öyrədə bizimlə ən üstün mənzildə olacaqdır.[19]

Əsrin imamının (əc) qeybətinin hikmətlərindən biri budur ki, dünyanın xalqı ədalət, azadlıq və insan hüquqları iddiası edən hökumətlərini yoxlasınlar və təcrübə əsasında belə bir nəticəyə yetişib, dərk etsinlər ki, ilahi rəhbərlərdən başqa bir rəhbər dünyaya ədalət yaratmağa qadir deyildir, islam ümmətidə dərk etsin ki, təkcə kamil təkamül proqramlarına yiyələnmək, islamın vədə verdiyi və münasib gördüyü cəmiyyətə yetişmək üçün kifayət deyil, bundan əlavə onun kənarında risalət (nübüvvət və Peyğəmbərlik) ailəsinin imaməti də zəruridir. İmam Sadiq (ə) bir hədisdə bu hikmətə işarə edərək buyurur: Qeybət o vaxta qədər davam edəcəkdir ki, hər bir qurup (və partiya) hökumətə yetişmiş olsun, belə ki, heç bir kəs deməsin ki, əgər mən hakim olsaydım ədalətlə hökumət edərdim. Bu zaman bizim qaimimiz haqqa və ədalətə qalxacaqdır.[20]

İslam dünyasının siyasi və ictimai şəraiti hazır olduqdan sonra, ilahinin yeganə höccəti, ədaləti dünyada bərpa etmək üçün zuhur olcaq və onun zuhuru ilə, ilahinin Quranı- kərimdə üç dəfə təkrar etdiyi islamın dünyanı tutmağı vədəsi həqiqətə yetişəcəkdir.

"Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!"[21]

"Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!"[22]

"Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!"[23]




[1] - Əhzab surəsi, ayə 40

[2] - Ələvail, səh 39, Kənzül ummal, cild 11, səh 480, hədis 32269

[3] - Sünənüttermizi, cild 5, səh 586, hədis 3613, Müsnədi ibnhənbəl, cild 4, səh 21, hədis 11067

[4] - "Fateh" Peyğəmbərlərin (s) adlarından biridir. O, iman qapılarını fəth etdiyi üçün, Allah onu öz xalqının arasında hakim qərar verdiyi üçün və açılmayan elimləri açdığı üçün bu adla adlandırılmışlar.(Məcməül- bəhreyn, "Fəth" ibarəsi)

[5] - Əlmüsənnif ləbdürrəzzaq, cild 6, səh 113, hədis 10163 və cild 11, səh 111, hədis 10062, Kənxül- ümmal, cild 11, səh 425, hədis 31994

[6] - Sünəni ibni Davud, cild 4, səh 98, hədis 4252, Müsnədi ibni hənbəl, cild 8, səh 326, hədis 22458, Əlmüstədrək ləssəhiheyn, cild 4, səh 53, hədis 4390, Kənzul- ümmal, cild 11, səh 367, hədis 31761

[7] - Əl- Əmalil müfid, səh 53, hədis 15, Mişkatul- ənvar, səh 255, hədis 751, Biharul- ənvar, cild 22, səh 475, hədis 24

[8] - Üyunil- əxbarriza, cild 2, səh 74, hədis 345, Biharul- ənvar, cild 39, səh 36, hədis 5

[9] - Əttəbəqətul- kübra, cild 1, səh 105

[10] - Nəhcülbəlağə, xütbə 1, Biharul- ənvar, cild 11, səh 61, hədis 70

[11] - Nəhcül- bəlağə, xütbə 173, Biharul- ənvar, cild 34, səh 249, hədis 1000

[12] - Kafi, cild 1, səh 269, ç 3

[13] - Kafi, cild 2, səh 17, hədis 2, Biharul- ənvar, cild 16, səh 354, hədis 38

[14] - Səhih Müslüm, cild 4, səh 1870, hədis 30, Fəzailüssəhabəlibni hənbəl, cild 2, səh 633, hədis 1079, əsaisü Əmirəlmöminin- linnəsai, səh 111, hədis 50, Əmali- littusi, səh 227, hədis 399

[15] - Sünənüttürmizi, səh 39, hədis 13, kənzul- ümmal, cild 11, səh 422, hədis 31981

[16] - Rəd surəsi, ayə 7

[17] - Daneş nameye Əmirəl möminin, hədis 3125

[18] - Daneş nameye Əmirəl möminin, üçüncü bölmə, səkkizinci fəsil, hidayət hədisləri

[19] - Məhəmməd, Məhəmmədi Reyşəhrinin İmamul- huda sələqeyn hədisi baxımından

İünvanlı kitabına müraciət ediin

[20] - Əlğeybət, Nomani, səh 274, hədis 53

[21] - Tövbə surəsi, ayə 23

[22] - Fəth surəsi, ayə 28

[23] - Səf surəsi, ayə 9

Şərhi əlavə etmək