KƏRBƏLADA SUSUZLUQ
KƏRBƏLADA SUSUZLUQ
Sual:
Kərbəlada susuzluğun atəşi hansı həddə idi?
Cavab:
Etibarlı tarix mənbələrinə istinad edərkək, ibni Ziyadın əmrinə əsasən suyun qarşısının alındığının şahidi oluruq.
Məhərrəm ayının yeddisi Ubeydullah ibni Ziyad tərəfindən Ömər ibni Səidə belə bir göstəriş gəlir: "Hüseyni furat suyuna həsrət qoy və bir damcı belə onlara o sudan vermə".[1]
Həmçinin ibni Ziyad bu işlə Osmanın qisasını aldığını demək istəyirdi.
Ömər ibni Səid. Bu əmri alan kimi Ömər ibni Həccacı 500 nəfərlə birlikdə fəratın sahillərinə göndərdi.
İmam (ə) və tərəfdarları "aşura"gününə kimi bir neçə dəfə su gətirmək üçün çalışsalarda, Ömər Səidin məmurları buna imkan vermədilər.[2] Heç bir daldanacaq yeri olmayan qızmar səhrada həm imamın (ə) səhabələri, həm də qadın və uşaqlar üçün susuz qalmaq təsəvvür oluna bilməyəcək qədər çətin idi.
Bəzi tarixi mənbələrə əsaslanaraq, deyə bilərik ki, imam (ə) çadırların ətrafında quyu qazmaq istəsədə Ömər Səidin əsgərləri tərəfindən bu işə mane olduğundan imam (ə) fikrindən daşınmışdır.[3]
Həmçinin həzrət Abbasın və Hafe ibni Hilalın başçılığı ilə otuz altı və iyirmi piyada döyüşçü ilə, gecə vaxtı Ömər ibni Həccacın qoşununa hücum etmələri tarixdə qeyd olunmuşdur. Həzrəti Abbas (ə) bu hücumda iyirmi su məşqini su ilə doldurmaq çadırlara tərəf qayıtmışdır.[4]
«و لما استد علی الحسین و اصحابه العطش»
Bəzi tarixi mənbələrdə isə "aşura" günü xanım Zeynəbin qəşş etdiyi və imam Hüseynin (ə) onun üzünə su tökdüyünü oxuyuruq.[5]
Tarixin bu səhifələri "aşura" gecəsində suyun olmasını çatdırır. Mərhum Əllamə Məclisi, Biharul- ənvar kitabında bu məsələyə dəqiq işarə etmişdir. Əllamənin nəzərinə əsasən hətta aşuranın sübhü də su olmuşdur. Əllamə Məsclisi aşura gününün gübhünü belə təsfir edir:
«ثم قال لأصحابه: قوموا فاشربوا من الماء یکن آخر زادکم و توضؤوا واغتسلوا و إغسلوا ثیابکم لتکون اکفانکمک ثم صلّی بهم الفجر»
"İmam (ə) öz səhabələrinə buyurdu: Qalxın su için və dəstəmaz alın. Sonra qüsl verib, paltarlarınızı yuyun. Qoy kəfənləriniz təmiz olsun. Çünki bu paltarlar sizin kəfəniniz olacaq. Bunlar sizin dünyadan aparacağınız azuqə olacaqdır. Sonra imam (ə) sübh namazın onlarla birlikdə qıldı."[6]
Bəzi mötəbər tarix kitablarında yazırlar ki, aşura gününün sübhü su qurtarır və daha imamın və tərəfdarlarının əli suya çatmır.
«یکن آخر زادکم»
Onlar, döyüş başlayana kimi və ondan sonra susuz qalırlar səhranın istisi və döyüşün ağırlığı hamını susuzluqdan əldən salmışdı.
Əllamə Məclisi, Ömər Səidin döyüşçülərindən biri olan Təmim ibni Həsin Xəzarinin rişxəndini belə təfsir edir:
"Ey Hüseyn tərəfdarları furat çayın görürsünüzmü? O ilanın qarnı kimi qıvrılaraq parlaq surətdə axır. And olsun Allaha ki, sizi ölənə qədər o suya həsrət qoyacağam.[7]
Həmçinin imamın tərəfinə keçən Hürr, Kufəlilərə bu yoldan daşınmaq məsləhətini verəndə, onu susuzluqları ilə məsxərə etdilər.[8] həmçinin imamın şəxsən özü su gətirməyə gedəndə Şimrlə üz- üzə çıxması Şimrin imama (ə) işdə mane olması və imamın onu nifrin etməsi bir çox tarixi kitablarda qeyd olunmuşdur.[9]
Əllamə Məclisi, həzrət Abbasın (ə) imamın göstərişi ilə uşaqlar və qadınlar üçün su gətirməsini və lakin o həzrətin şəhadətə yetişməsini bir çox hədislərdən rəvayət etmişdir.[10]
Məşhur olduğu kimi Abbas su gətirməyə müvəffəq olmadı və qayıdanda şəhadətə yetişdi.
[1] - Bilazəri, cild 3, səh 180
[2] - Bilazəri, cild 3, səh 180.
[3] - Əl- futuh, cild 5, səh 91
[4] - Vəqə- əltaf, səh 152.
[5] - Yaqubinin tarixi, cild 2, səh 244, Lutuf, səh 104, vəqə- əltaf, səh 201.
[6] - Biharul- ənvar, cild 44, səh 317.
[7] - Biharul- ənvar, cild 44, səh 317
[8] - İnsanul- əşrəf, cild 3, səh 179, Əl- irşad, səh 453.
[9] - Əbul- fərc isfəhani, məqatilul talibin, səh 86, Biharul- ənvar, cild 45, səh 51
[10] - Biharul- ənvar, cild 45, səh 41- 45.
Şərhi əlavə etmək