İMAM HÜSEYN (Ə) YƏMƏNƏ GETMƏMƏSININ SƏBƏBLƏRI

İMAM HÜSEYN (Ə) YƏMƏNƏ GETMƏMƏSININ SƏBƏBLƏRI

Sual:

İmam Hüseyn (ə) nə üçün öz qityamını möhkəmlətmək üçün (şiələrin tərəfdarı olan) Yəmən şəhərinə getmədi?

Cavab:

Bildiyimiz kimi çox görkəmli şəxsiyyətlər, o cümlədən ibni Abbas imam (ə) Məkkəni tərk edərkən ona Yəmənə getməyi məsləhət bilmişdir. Yəmən şəhərinin müsəlmanları, peyğəmbər ailəsinə məhəbbət bəslədiyi üçün, imamın (ə) qiyamı üçün çox əlvürişli idi.[1]

Təəccüblüdür. Görəsən imam (ə) nə üçün Yəmən şəhərini özünə qərargah seçmədi?

Bu sualın cavabı üçün gərək aşağıdakı mətləblərə diqqət yetirək:

1.        Yəmən əhalisinin həzrət Əlidən (ə) onun ailəsindən xoş təəssüratları olmasına baxmayaraq,[2] heç vaxt qərargah baxımından Xütə ilə müqayisə etmək olmazdı. Çünki, Kufə şəhəri, həm çiəliyin mərkəzi baxımından, həm də strateji baxımdan imamın qiyamı üçün əlverişli idi.

2.        Yəmən müsəlmanlarının keçmişinə nəzər saldıqda, onların süst əhval ruhiyyədə olduqlarının şahidi oluruq. Yəmənlilər, həzrət Əlinin xilafəti dövründə Müaviyənin kiçik bir hücumu qarşısında aciz qalaraq öz başçılarını, (Abdullah ibni Abbas) tənha qoyaraq Müaviyənin qoşununa təslim oldular.

Müaviyənin qoşununa başçılıq edən Bəsir ibni əbi Ərtah asanlıqla şəhəri ələ keçirir və bir çox Yəmənliləri qətlə yetirir. Abdullah ibni Abbas özü Küfəyə qaçsada övladları Ərtahın əsgərləri tərəfindən şəhadətə yetişirlər.[3]

3.        Yəməni o dövrdə Kufə, Bəsrə, Mədain kimi böyük şəhərlərlə müqayisə etmək olmazdı. Yəmən şəhəri, imam Hüseyn üçün heç bir cəhətdən əlverişli deyildi. Bundan əlavə Yəmən şəhəri, kiçik şəhərlər sırasına daxil olduğu üçün, orada qiyam üçün qoşun toplamaq olduqca çətin idi.

4.        Peyğəmbərin vəfatından sonra Yəmən qəbilələrinin arasında ixtilaf və ayrılıq düşdüyü üçün, oranı, qərargah və mərkəzi qərar vermək olmazdı. Həmçinin bir çox qəbilə baçıları bəni- üməyyə hakimiyyətinin tərəfdarı idi.

5.        Yəmən şəhəri, coğrafi baxımından digər müsəlman şəhərlərindən uzaqda yerləşdiyi üçün, Yezidin qoşunu çox asanlıqla qiyamı dəf edə bilərdi.

6.        Yəmənlilər Kufəlilərə nisbətdə, imamı çoxda ciddi dəvət etməmişdilər.

Bundan əlavə, Yəmənlilər imam (ə)- ı dəvət etsələrdə, onların qiyam etmək fikirləri yox idi. Həmçinin Yəmənlilər üçün əməvilərin və ya ələvilərin hakimiyyətdə olmasının heç bir fərqi yox idi.[4]

Mətində istifadə olunan mənbələr.

 




[1] - Əl- kamilu fil tarix, cild 2, səhifə 545

[2] - Əl- kamilu fil tarix, cild 1, səhifə 651

[3] - Ə-l milu - ğarət.

[4] - Əl- kamilu lil tarix, cild 2, səhifə 431.

Şərhi əlavə etmək