İMAMIN KUFƏNI SEÇMƏSI
İMAMIN KUFƏNI SEÇMƏSI
Sual:
Nə üçün imam Hüseyn (ə) qiyam etmək üçün Kufəni seçdi?
Cavab:
Bu sual, bütün İslam tarixi boyunca sünni, həmdə şiə mühəqqiq və tarixçilərinin ən düşündürücü məsələlərindən biri olmuşdur. Hər bir din alimi bu məsələyə öz düşündüyü kimi cavab vermiş və onu sübuta yetirmişdir. O cavablardan bir neçəsini burada qeyd edirik:
1. İmam Hüseyn (ə) öz siyasi hərəkətində məğlubiyyətə uğradı. Onun bu məğlubiyyətinə səbəb qiyam üçün Kufəni seçməsi oldu.
2. İslamın böyük şəxsiyyətlərindən olan Abdullah ibni Cəfər (xanım Zeynəbin həyat yoldaşı)[1], Abdullah ibni Abbas[2], Abdullah ibni Muti[3], Musəvvər ibni Məxrəmə[4] və Məhəmməd Hənəfiyyə[5] İmam Hüseynə (ə) çox təkid etdilər ki, qiyam üçün Kufəyə getməsin. Çünki onların Kufədən heç bir xoş təssüratları yox idi. İmam Əliyə (ə) və İmam Həsənə (ə) etdikləri xəyanət hələ də insanların zehnində idi.
Amma İmam (ə) onların dediklərini eşitməyib Kufəyə yollanır. Bu yerdədir ki, bəzi tarixçilər o cümlədən ibni Xadun, İmamın, (ə) siyasi səhvə yol verdiyini iddia edirlər.[6]
İbni Abbas və bir çox zəmanənin böyükləri, İmamın Kufəyə deyil, Yəmən və başqa şəhərlərə getməsini məsləhət bilirlər. İbni Abbas, İmam Hüseynin (ə) getməkdə israrlı olduğunu görüb ona deyir: "Görürəm getməkdə çox israrlısan. Amma Kufəyə deyil, Yəmənə getsən, daha yaxşı olar. Ora sənin hədəfin üçün daha əlverişli olar. Çünki, Yəmən torpaqları çox genişdir. Orada insanları daha tez ətrafında cəm edib, öz hədəfin üçün, başqa şəhərlərə göndərə bilərsən."[7]
Nə üçün İmam Hüseyn (ə) bu nəzəri qəbul etmədi?
Şiə tarixçilərindən savayı, bir çox sünni tarixçiləri və hətta Şərqşunaslar bu sualın cavabını şiə kəlamının mənbələrinə əsasən təhlil etdikdə belə qərara gəlirlər ki, İmam bu işdə səhvə yol verib. Amma şiə tarixçiləri bu sualın cavabında iki nəzəriyyə bəyan edirlər.
Şəhadət nəzəriyyəsi
Bu nəzəriyyə aşağıdakı dəlillər əsasındadır:
1). Bütün İmamlar, (ə) İmamət məqamına çatanda, onlar üçün ömürlərindən bir səhifə açılır. Bunun nəticəsində İmamlar, (ə) öz həyat tərzlərini şəhid olana kimi müşahidə edirlər.
Bu səbəbdən də onlar, ömürlərini necə müşahidə edirlərsə, onun əsasında da yaşayırlar.[8]
2). İmam Hüseyn (ə) öz ömür səhifəsini belə görmüşdür: "Döyüş, öldür və şəhid ol. Bu yolda özünlə köməkçilər götür. Bil ki, onlar yalnız səninlə şəhid olacaqlar."
«قاتل فاقتل و تقتل واخرج باقوام للشهادة لا شهادة لهم الا معک»
İmam Hüseyn (ə) Allahın bu istəyi əsasında hərəkət edir. Yəni öz şəhadəti ilə barışmaqdan qeyri çarəsi qalmır. O, öz həyat tərzini və başına gələnləri Məkkədən Kufəyə gedərkən ikinci dəfə yuxuda görür. Yuxuda peyğəmbəri (s) onu, başına gələcəklərdən xəbərdar edir,[9] İmam Hüseyn (ə) qardaşı Məhəmməd Hənəfiyyə "niyə getdiyini" soruşduqda ona belə deyir: Peyğəmbər (s) yuxuda mənim yanıma gəlib dedi: Ey Hüseyn! Şəhadətə tərəf hərəkət et".
«یا حسین اخرج فان الله قد شاء ان یراک قتیلا»
Deməli, İmam Hüseyn başına gələnlrdən xəbərdar olaraq hərəkət edib, o həzrət çox böyük müvəffəqiyyətlə bu işi yerinə yetirdi. Bir halda ki, ondan sonra heç bir İmam üçün belə vəzifə təyin olunmamışdır.[10]
Deməli, İmam Hüseyn (ə) Kufəyə getməkdə Allahın istəyin yerinə yetirir. Yəni Allah- Taalanın razılığı onun Kufəyə yola düşməsində idi. Bundan əlavə İmam Hüseyn (ə) zəmanəsinin ən elmli, siyasətçi, aqil insanı idi. Öz zəmanəsində kamillikdə ondan üstün kimsə yox idi. Bu səbəbdən də İmam (ə) Kufəliləri ibni Abbas və başqalarından yaxşı tanıyırdı. İmam (ə) yaxşı bilirdi ki, Kufəlilər əhdə- vəfa etməyəcəklər və nəinki ondan üz döndərəcəklər, hətta ona qarşı əllərinə qılınc da götürəcəklər. nəhayət öz dəvətçilərinin xəyanəti ilə şəhadətə yetişəcək.
Bir çox nəzər sahibləri və tarixçilər İmamın (ə) bu "şəhadət"ini müxtəlif bəyanlarla təfsir etmişlər. Bir çoxları bu şəhadətin insanlar üçün əmr- be məruf və nəhy əz münkər (yaxşı işə dəvət etmək və pis işdən çəkindirmək) kimi təfsir edirlər. Bəziləri isə İmam Hüseynin (ə) qanını "İslam ağacının suyu" kimi təfsir edirlər Yəni, İmam (ə) öz qanı ilə qurumaqda olan İslamı suvardı və onu yenidən yaşıllaşmağa və çiçəklənməyə doğru sövq etdi.
Bu qan "İslamın möhkəmlənməsinə və Bəni- Üməyyənin rüsvay olub puç olmasına səbəb oldu. Bundan əlavə, Bəni- Üməyyə bu cinayətdən sonra İslam tarixində bir daha başını uca tuta bilmədi.
Amma bəzi şiə olmayan tarixçilər və mühəqqiqlər heç bir əsaslı möhkəm dəlilə söykənməyən nəzərlər bəyan etmişlər. O cümlədən o nəzərlərdən biri də budur: "İmam Hüseyn (ə) öz şəhadəti ilə öz ardıcılarının günahlarına kəffarə oldu və şiələrə nicat verdi."
Eyni bu inanc xristiyan əqidəsinin əsas stünlarından olan "Fidyə" mövzusunun bənzəridir.
Xristianların inancına əsasən İsa (ə) çarmıxa çəkilməklə bütün Xristian aləminə Adəmin günahlarından nicat verdi.[11]"
Şəhadət nəzəriyyəsinin iradları:
1). İmam Hüseynin (ə) şəhadət mövzusunda xüsusi təyinatı olması, yəni bu şəhadətin onun üçün "yazı" "taleh" olması, İmamın (ə) insanlar üçün nümunə və nicat mənbəyi olmasını aradan aparır. Həmçinin, özündən sonra gələn İmamların da fəzilətinə xələl yetirir. Amma bir halda ki, bütün insanlara İmama itaət etmək və onun əmirlərini yerinə yetirmək vacibdir.
2). İmam Hüseynin (ə) bəzi cümlələri bu nəzəriyyə ilə əks mənaları kəsb edir. İmam (ə) öz səhabələrinə buyurur:
«لکم فیّ اسوة»
"Mən sizin üçün nümunəyəm,"[12] amma bir İmam ki, yalnız yazılmış proqramlar əsasındadır və öz iradəsi ilə heç bir addım atmır necə başqalarına nümunə ola bilər:
3) Düzdür ki, İmamın (ə) Kərbəlada şəhid olmasına peyğəmbər (s) və Həzrət Əli (ə) bir sıra işarələr etmişdirlər.
Həmçinin İmamın (ə) bəzi kəlamlarında da bunu müşahidə etmək olar. Amma bu o demək deyil ki, İmam (ə) Kərbəlaya və ya Kufəyə məhz şəhid olmaq üçün getmişdir. Yəni İmam Hüseynin (ə) qiyamının əsas səbəbi onun şəhid olması deyildir.
Əksinə İmamın (ə) qiyam etməkdə və Kufəyə getməkdə ümdə hədəflərini onun öz kəlamlarında müşahidə etmək olar. Misal üçün, İmam (ə) Məkkədən Kufəyə gedərkən qardaşı Məhəmməd Hənəfiyyəyə buyurur:
«... و انما خرجت لطلب الاصلاح فی امة جدی، ارید أن آمر بالمعروف وانهی عن المنکر و اسیر بسیرة جدی و أبی علی ابن ابیطالب»
"Mənim Məkədən getməyimə əsas səbəb, cəddim Rəsulullahın (s) ümmətini islah etmək, onları doğru yola yönəltmək, pis işlərdən çəkindirmək və Rəsulullahın (s) və atam Əlinin (ə) əsas üslublarını diriltməkdir."[13]
İmamın bu cümlələrindən"ümmətin islahı, hidayəti və zalımlara qarşı üsyün" başa düşülür
İmam (ə) heç vaxt öz hərəkatında şəhid olmağı əsas hədəf təyin etməmişdir.
2) İslam hakimiyyətinin qurulması
"Sərvərəm İmam Hüseyn (ə) Kufəyə İslam hakimiyyəti qurmağa getmirdi. Amma verilən vədələrdən və yazılan məktublardan sonra qələbəyə nail olacağına inanaraq yola düşür."
Bəzi yazıçıların nəzərinə əsasən[14] Seyid Murtəza (ləqəbi: Elmul Huda 355- 436) insanların imam Hüseynin (ə) qiyamı haqqında verdikləri sualın cavabında demişdir.[15]
Yuxarıda qeyd etdiyimiz (Seyid Murtəzanın nəzəri) nəzər, demək olar ki, heç bir şiə tarixçisi və alimi tərəfindən qəbul olunmamışdır. Əksinə, Şeyx Tusi, seyid ibni Tavus, Əllamə Məclisi və bir çox alimlər bu nəzəri bir- başa rədd etmişdilər.[16] Həmçinin müasir tarixçilər də. Yəni təhlillərlə, sünni alimlərinin və şərqşunasların bu mövzuda olan şübhələrinə yetərincə cavab vermişdirlər. O cümlədən şəhid Mütəhhəri və doktor Əli Şəriəti bu məsələdə bəzi şərqşunas və sünni alimləri ilə həmfikir olan müasir alimlərlə müxalif olmuşlar.[17] Çünki bu nəzəri təsdiq edən tarixçilər, İmam Hüseynin (ə) qeyb aləmindən xəbərsiz olduğunu demək istəyirlər. Yəni bu cavabın nəticəsi belə olur.
Amma İmam Hüseynin (ə) qiyam və Kufədə hakimiyyət qurması üçün, Məkkədən Kufəyə getməsini, demək olar ki, bütün şiə tarixçiləri qəbul edir. O cümlədən mərhum Ayətullah Xumeyni (rh) Hüseynin müqəddəs qiyamının əsas səbəbini "Yezid hakimiyyətini rüsvay etmək və əsil İslam hakimiyyəti qurmaq" olduğunu müxtəlif bəyanlarla təsdiq etmişdir. O, İmam Hüseynin (ə) inqilabını böyük saleh və İslam hakimiyyəti uğrunda olduğunu bəyan edərək deyir:
1). "İmam Hüseyn, (ə) Müslim ibni Əqli Kufəyə göndərdi ki, o, insanları haqq yola dəvət etsin və onlardan beyət almaqla İslam inqilabının təməlini qoysun. Həmçinin bununla fasiq Yezid hakimiyyətinə son qoysun" (6, 3, 1350. Nəcəf şəhəri)[18]
2). "İmam Hüseynin (ə) Məkkəyə gəlişi və oradan tələsik çıxması böyük bir siyasi hərəkat idi.
Bu siyasi hərəkatın əsas hədəfi bəni- üməyyə hakimiyyətini oradan aparmaq idi. Əgər bu siyasi hərəkat olmasaydı, İslam dini aradan getmiş olardı"[19] (6, 3, 1350, Nəcəf şəhəri)
3). "İmam Hüseynin gəlişi İslam inqilabı üçün idi. Əgər hər kəs desə ki, "İmam (ə) inqilab üçün gəlməmişdi" səhv edir. Hakimiyyət onların haqqıdır."[20]
İmamın İslam inqilabı üçün qiyam etməsinə dəlillərimiz:
1). İmam Hüseynin (ə) qiyamı və hakimiyyət üçün Kufəyə getməsinə ən vazeh dəlilimiz, İmamın (ə) öz kəlamlarında açıq- aşkar müşahidə olunur. İmam (ə) Mədinədən Məkkəyə tərəf hərəkət edən zaman, üç əsas hədəf üçün getdiyini bəyan edir. İmam ictimaiyyətin ümumi islah olmasını insanları, yaxşı işə dəvət edib- pis işdən çəkindirməkdə və peyğəmbərin (s) və İmam Əlinin (ə) tarixini və sünnəsini bərpa edib ona əməl etməkdə gördüyünü deyir.[21]
Məlum məsələdir ki, hər hansı bir ictimai islah üçün, ən gözəl əlverişli üsul İslam qanunlarının hakimiyyətdə bərpa olmasıdır.
İnsanları yaxşı işlərə sövq etmək və pis işlərdən çəkindirmək üçün fasiq və fasid strukturların məhv olması lazımdır. Əgər onlar məhv olmasa ictimai sağlamlığın bərpası mümkün deyildir. Həmçinin İmam Hüseynin (ə) "Peyğəmbər (s) və Həzrət Əlinin sünnəsini "bərpa etməkdən əsas hədəfi, İslam hakimiyyətinin qurulması idi.
2). Kufəlilərin (İmam onların arasında olmadan) İmama (ə) məktub yazıb, o Həzrəti Kufədə onlara hakim olmasını istəməkləri, İmamın da eyni zamanda onlara naib (Müslüm ibni Əqil) göndərməyi və sonra özü də Kufəyə tərəf yollanmağı, İmamın (ə) hakimiyyət üçün Kufəyə getməyinə bir dəlildir. Kufəlilərin məktub yazmaqda da əsas hədəfləri bu idi ki, onlar Yezidin hakimiyyətini "İlahi xilafət" kimi qəbul etməmişdirlər. Onlar İmamın (ə) gəlişi və Kufədə hakim olmasını "İlahi xilafət" kimi qəbul edirdilər. O cümlədən Kufənin böyükləri, Süleyman ibni Sörəd Xəzai, Museyb ibni Nəcbərə Həbib ibni Məzahirin yazdıqları məktubda belə oxuyuruq:
«إنه لیس علینا امام، فاقبل لعل الله ان یجمعنا بک علی الحق...»
"Bizim Allah tərəfindən seçilmiş rəhbərimiz yoxdur. Bizə tərəf gəl ki, bəlkə Allahın razılığını qazanaraq haqq olan cəmiyyətlər sırasına qoşula bildik."[22]
3). İmam Hüseynin (ə) Kufəlilərə yazdığı məktubdan və Müslim ibni Əqili göndərməyindən belə nəticə alırıq ki, İmam (ə) qiyam etməklə Kufədə hakimiyyət qurmaq istəyib. İmam (ə) Kufəlilərə yazdığı məkrubda belə deyir:
«وقد فهمت کلّ الذی اقتصصتم و ذکرتم و مقالة جلکم إنه لیس علینا امام فاقبل لعل الله أن یجمعنا بک علی الهدی و الحق»
"Mən sizin məktublarınızdan belə başa düşdüm ki, sizin İmamınız yoxdur[23] və sizə adil hakim lazımdır."
4). İmamın (ə) digər yazdıqları məktublardan və onun məzmunundan İmamın (ə) Kufədə hakimiyyət qurmaq istəməsindən xəbər verir. Çünki, İmam (ə) hakimiyyətin əsas şərtlərini İslam qanunlarının əsasında olduğunu bəyan edir. Məktubların birində belə yazır:
«فلعمری ما الامام الا العامل بالکتاب و الآخذ بالقسط والدائن بالحق و الحابس نفسه علی ذاتالله»
"And olsun canıma! O şəxslər imam ola bilər ki, Allahın kitabının dərinliyini bilsin, haqq- ədalət tərəfdarı olsun və haqqı icra etmək üçün Allaha xatir əlindən gələni əsirgəməsin."[24]
5). Müslim ibni Əqilin Kufədəki fəaliyyətləri, həmçinin onun beyət alması,[25] beyət edənlərin adlarının yazılması və sayılması (18 min nəfər)[26] İmamın (ə) İslam hakimiyyəti qurmasından xəbər verir.
6) Bəni- Üməyyə tərəfdarlarının kufədə təşvişə düşmələri və Kufə hakimiyyətinin xətərdə olduğunu hiss etmələri, Müslimin gəlişindən qorxmaları və Yezidə məktub yazmaları İmamın Kufə hakimiyyətini ələ keçirməyindən xəbər verir. Məktubda deyilirdi:
«فإن کان لک بالکوفة حاجة فابعث إلیها رجلاً قویاً ینفذ امرک و یعمل مثل عملک فی عدوّک»
"Əgər Kufəyə ehtiyacın varsa, bura siyasətdə güclü və düşmənlə amansız olan bir nəfəri bura göndər. O şəxs sənin dediklərinə əməl etməlidir."[27]
7) Müslim ibni Əqilin İmama (ə) dəvət məktubu yazması və Kufəlilərin onun yolunu səbirsizliklə gözləmələrini deməsindən, eyni zamanda da İmam (ə) onun sözünü təyid edib. Qeys ibni Müsəhhərədən cavab məktubu göndərməsi, İmam (ə) üçün Kufədə qiyam şəraitinin yaranmasından xəbər verir.[28] İmam (ə) məktubda onlara belə deyir:
«... فإن کتاب مسلم بن عقیل جاءنی یخبرنی فیه بحسن رأیکم و اجتماع ملأکم علی نصرنا والطلب بحقنا فسألت الله أن یحسن لنا الصنع و أن یثیبکم علی ذالک اعظم الاجر و قد شخصت الیکم من مکة یوم الثلثا لثمان مضین من ذیالحجة یوم الترویه فإذا اقدم علیکم رسولی فانکمشوا أمرکم و جدوا فانی قادم علیکم فی أیامی هذه»
"Müslümün məktubunu aldım. Bizə öz haqqımızı almaqda köməkçi olduğunuz üçün, Allah- Taala sizə gözəl hədiyylər versin. Mən sizin məktubunuzdan sonra Məkədən həcc əməllərini yerinə yetirməmiş, sizə tərəf gəlirəm. Mənim qasidim sizə çatan kimi öz işlərinizə daha da ciddi yanaşın. Bütün işlərinizi ciddiyyətlə yerinə yetirin. Mən də tezliklə gəlib sizə yetişəcəyəm."[29]
Bu nəzəriyyənin əsas iradları
Bu nəzəriyyənin iki əsas iradı vardır ki, onları aşağıda qeyd edirik:
1). Bu nəzəriyyə şiənin əqidəvi məsələləri (İmamın qeyb aləmindən xəbərdar olmas) ilə istqamətdə qərarlaşır.
2). Bu nəzəriyyənin nəticəsi, İmamın (ə) öz siyasi hərəkatında xətaya yol verməsidir.
Mövzumuz tarixi təhlil olduğu üçün kəlam elmidə aid olan mövzulara (ismət, elmi qeyb və sair) toxunmuruq. O cümlədən burada olan iradlara və sübutları, tarix elmi təhlilləri çərçivəsində cavablandıracağıq. Amma bunu da qeyd edək ki, bu mövzunu kəlam elmi çərçivəsində də həll etmək olar. İslam hökumətinin qurulması üçün bütün görülən təhlillər və tədbirlər olduqca dəqiq olmalı və bu işdə hər kəs öz vəzifəsinə dəqiq əməl etməlidir. Bu işi görmək istəyən şəxslər gərək bütün ictimai vəziyyəti nəzərə almalı və inqilabın baş tutmasının hansı vəziyyətdə baş verməsini dəqiq ölçüb- biçməlidir. Amma təbii ki, nəticə Allahın ixtiyarındadır. Yəni hər kəs islam dini üçün öz vəzifəsini tamamlayaraq yerinə yetirsə, onun qalib gəlməməyi onun özü üçün mühüm olmalı, deyil.
Həmçinin İmam Hüseyn (ə) bütün ictimai səhnələri yoxlayanda və qasidin (Müslimin) ona hər şeyin hazır olduğunu deyəndən sonra İmam (ə) bu addımı atmışdır. Baxmayaraq ki, Kufəlilər ibni Abbasın dediklərini feli surətdə doğrultdular, amma İmam (ə) burada heç bir xətaya yol verməmişdir.
İmamın qiyam etməsi ağıllı və zəkalı idi.
Əgər hər hansı bir siyasi şəxsiyyət, öz qiyamı üçün, müxtəlif vasitələrlə təhqiq edərək ortaq məxrəcə gəlib addım atarsa və gözlənilmədən hər hansı bir hadisə kamil surətdə qələbəni aradan apararsa, bu yerdə kimsə onu müttəhim etməzlər
Bizim tarixi təhlillərimizə əsasən İmam Hüseyn (ə) Kufənin bütün ictimai və siyasi mövqelərini dəqiq araşdırmış və qiyam üçün münasib vaxt olduğunu bildirmişdir. Çünki, Kufəlilər ilk dəfə Müaviyənin xilafəti dövründə İmamı (ə) qiyam üçün Kufəyə dəvət etmişdilər. Amma İmam (ə) vəziyyəti dəqiq araşdırdıqdan sonra onlara rədd cavabı vermişdi.[30] Hətta qardaşı Məhəmməd Hənəfiyyəyə belə bu məsələyə müsbət rəy verməyə icazə verməmişdir.[31] Heç bu dəfə də qətiyyən Kufəlilərin sözünə etibar etməmiş ən yaxın adamını, Müslim ibni Əqili vəziyyətlə yaxından tanış olmaq üçün Kufəyə göndərmişdir.
Müslim bir ay Kufədə qalıb vəziyyətlə yaxından tanış olduqdan sonra, İmama (ə) şəxsən dəvət məktubu yazmışdır. İmam (ə)- da hər şeyin tam məsləhət olduğunu bilərək sürətlə Məkkədən hərəkət etdi. Əlbəttə Məkkədən çıxmağının bir səbəbi də canının xətərdə olmağı idi.
Amma gözlənilməyən amillər səbəb oldu İmam (ə) Kufəyə gedib çıxa bilmədi. Məsələn: Kufənin hakiminin dəyişməsi, yəni Noman ibni Bəşirin yerinə, Abdullah ibni Ziyadın gəlməsi, Kufəlilərin beyətlərini sındırmaları və sair. İmamın (ə) qiyamının baş tutmamasına səbəb oldu.
«کان یزید ابغض الناس فی عبیدالله بن زیاد»
Belə demək olmaz ki, Yezidin adamları, o cümlədən ibni Ziyad yaxşı siyasətçidirlər. İbni Ziyadın Kufəyə gəlməsinə əsas səbəb, Yezidin onunla olan düşmənçiliyi idi.[32] Çünki Yezid xeyli vaxt idi ki, ibni Ziyadı Bəsrə[33] hakimliyindən çıxarmaq üçün bəhanələr axtarırdı. Kufədə baş verən hadisələr buna bir bəhanə idi. Amma ibni Ziyad Kufənin hazırkı vəziyyətindən istifadə etməyi yaxşı bacardı. Əgər Müslim ibni Əqilində elə geniş imkanı olsaydı. O da ibni Ziyad kimi istifadə edə bilərdi. Yəni hətta Müslim Kufədə qiyam edib hakimiyyəti ələ keçirə bilərdi. Məsələn, əgər şərik ibni Uvr və İmarət ibni Əbdusselul məsləhətin qəbul edib, haninin evində ibni Ziyadı öldürsəydi, İmam (ə) gəlməzdən öncə hakimiyyəti ələ ala bilərdi.[34]
Deməli deyə bilərik ki, İmam Hüseynin (ə) məsələyə baxışı ilə ibni Abbasın iyirmi il bundan öncə olan baxışında geniş fərq vardır. Çünki, ibni Abbas Həzrət Əlinin dövründə olan insanların dəyanətinə istinad edərək rəy verirdi.
Amma İmam (ə) işlərdən agah olub getmək qərarına gəlmişdir. Bundan əlavə İmam Süleyman ibni Sərd, Həbib ibni Məzahir və ibni Əqil kimi şəxsiyyətlərin dəvətindən sonra getmək qərarına gəlmişdir. Bir halda ki, ibni Abbas və başqalarının İmamın (ə) getməməsinə heç bir dəlilləri yox idi. Həmçinin Kufəlilərin İmama (ə) qoşulub qiyam etməkdə, fikirləri müxtəlif idi:
Birincisi, çoxları Kufənin keçmiş şərafətini özünə qaytarmaq istəyirdi. Çünki, Müaviyənin hakimiyyətindən öncə Kufə İslam dünyasının paytaxtı sayılırdı. Amma Bəni- Üməyyə ailəsi paytaxtı Şama köçürərək Kufəliləri, qapalı şəraitdə saxlamaq niyyətində idilər. Kufəlilərin bəziləri bu tilsimi qırmaq üçün İmama (ə) qoşulub qiyam etmək istəyirdilər.
İkinci dəlil budur ki, Bəni- Üməyyə hüquq baxımından özləri ilə Kufəlilərin arasında xeyli fərq qoyurdular. Xüsusən peyğəmbər (s) ailəsi ilə dostluq edən qəbilələri və adi insanları incidir və onlara zülm edirdilər.
Üçüncü dəlil isə insanların öz zəkaları idi. Onlar, Yezidin hakimiyyəti ilə peyğəmbər (s) ailəsinin hakimiyyətini yaxşı müqayisə edib, nəticə ala bilirdilər. İmam Hüseynin (ə) ictimai ədaləti layiqincə yerinə yetirəcəyində heç bir Kufəlinin şəkki yox idi. Bu məsələyə də diqqət etmək lazımdır ki, heç kəs Yezidi siyasətçi, öz işlərində ağıllı və savadlı hakim kimi tanımırdı. Əksinə onu əqidəsində süst, meymunbaz və heç bir ictimai fəaliyyəti olmayan şəxs kimi tanıyırdı. Bu səbəbdən də, İmamın (ə) qələbə ehtimalı olduqca çox idi. Yezidin əsil xilafət kürsüsündə zəifliyi və Kufədə də Bəşir ibni Nomanın zəifliyi İmamın (ə) qalib gəlməsi və bütün İslam dünyasını ələ keçirməsi qaçılmaz idi.
Deməli, bütün bu saydıqlarımızdan və təhlillərimizdən belə nəticə alırıq ki, İmamın (ə) Kufədə qiyam etməsi, qiyam üçün Kufəni seçməsi təbiət aləminin qanunlarına əsasən, olduqca düz və yerində olan bir oyanış idi. Amma gözlənilmədən baş verən hadisələr əsas nəticəni tam əksinə olaraq qərarlaşdırdı. Yəni heç kəsin gözləmədiyi halda bütün işlər tam əksinə olaraq nəticə verdi. Əlbəttə bu hadisələrin heç biri -İmamın siyasətinə irad və xələl gətirə bilməz.
[1] - İbni Əsim Kufi, əl- futuh, cild 5, səh 67
[2] - İbni Əsim Kufi, əl- futuh, cild 5, səh 66
[3] - Əl- bidayətu vəl nəhayə, cild 8, səh 162
[4] - Bidayətu vəl- nəhayə, cild 8, səh 162
[5] - Biharul- ənvar, cild 44, səh 364
[6] - Müqəddimeye ibni Xaldun, səh 24
[7] - İbni Əsir, əl- kəmal fil tarix, cild 2, səh 545
[8] - Usul kafi, cild 2, səh 28- 36
[9] - Luhuf, səh 84
[10] - Şəhid Fateh dər ayineye əndişe, Məhəmməd Sərdərudi səh 205- 231
[11] - Şəhide Fateh, səh 239
[12] - Tarixi Təbəri, cild 5, səh 403
[13] - Biharul- ənvar, cild 5, səh 329, İbni Əsim, əl futuh, cild 5, səh 21
[14] - Şəhide Fateh, səh 169
[15] - Şəhide Fateh, səh 184- 190 və 205- 231
[16] - Şəhide Fateh, səh 170
[17] - Rusul Cəfəriyan, Cərəyənha və cənbeşhayi siyasi, İran, səh 208- 214
[18] - Səhifeye nur, cild 1, səh 174
[19] - Səhifeye nur, hədis 18, səh 130
[20] - Səhifeye nur, cild 20, səh 190
[21] - Biharul- ənvar, cild 44, səh 329
[22] - Vəqə- əl- taf, əbi Məxnəf, səh 92
[23] - Vəqə- ətil- taf, əbi Məxnəf, səh 91
[24] - Vəqə- ətil- taf, əbi Məxnət, səh 91
[25] - Yəqubinin tarixi, cild 20, səh 215- 216
[26] - Müzəvvicul zəhəb, cild 3, səh 64, Şeyx Mufid, əl- irşad səh 383
[27] - Vəqə- ətil- taf, səh 101
[28] - Vəqə- ətil- taf, səh 112
[29] - Əl- irşad, səh 418
[30] - Diruni, əl- əxbarul Tuval, 203
[31] - İbni kəsir, Əl- bidayətul vən- nəhayə cild 8, səh 163
[32] - Təbərinin Tarixi, cild 5, səh 356, 357, və əlkəmal, fil tarix, cild 2, səh 535
[33] - İbni Məskuniye, təcaribul imam, cild 2, səh 44, Əl- bidayə- vən- nəhayə, cild 8, səh 152
[34] - Əl- kəmal fil tarix, cild 2, səh 537
Şərhi əlavə etmək