İMAMIN MƏKKƏDƏN XARIC OLMASI

İMAMIN MƏKKƏDƏN XARIC OLMASI

Sual:

İmam Hüseynin (ə) həcc əməllərini tamamlamamış Məkkəni tərk etməsinin əsas səbəblərini açıqlayın.

Cavab:

Suala cavab verməzdən öncə bunu qeyd etmək istəyirik ki, İmam Hüseyn (ə) Məkkəni tərk edən zaman həcc mərasimi başlamamışdı. Bu səbəbdən də deyə bilmərik ki, İmam (ə) öz həccini natamam və başa vurmamış Məkkəni tərk edib." Bildiyimiz kimi İmam Hüseyn (ə) zilhəccə ayının səkkizində "yəvmul təraviyyə"də[1] (یوم الترویه) Məkkə şəhərini tərk etmişdir.[2] Bir halda ki, həcc əmələrinin vacib günü zilhəccənin doqquzundan başlayır. Bu səbəbdən demək olmaz ki, İmam (ə) həcc əməllərini yarımçıq surətdə tərk etdi. Amma bunu da qeyd etmək lazımdır ki, İmam (ə) Məkkədə qaldığı zamanda "ümrə" ziyarətini yerinə yetirmişdir. Ümrə ziyarətini yerinə yetirmək həcc əməllərinə giriş kimi sayılmaz.[3]

İmam Hüseynin (ə) tarixini mütaliə edərkən belə bir sual qaçılmazdır ki, "bütün müsəlmanların həcc əməlləri üçün Məkkəyə gəldikləri bir zamanda, İmam (ə) niyə birdən- birə Məkkəni tərk etmək fikrinə düşür? Çünki hacıların Məkəyə toplanması İmam üçün daha əlverişli imkanlar yaradırdı. İmam (ə) bu imkandan istifadə edib bütün islam dünyasını qəflətdən oyada bilərdi. Niyə İmam (ə) belə bir yaranmış fürsəti əldən verdi?

Bu sualların cavablarının geniş olduğuna baxmayaraq iki əsas dəlillə burada cavablandırmaqla kifayətlənirik.

1.       Yezid tərəfindən müəyyənləşdirilmiş xətərin baş verməsi ehtimalı.

İmam Hüseyn (ə) Məkkəni tərk edib Kufəyə getməsinə Məkkənin bir çox şəxsiyyətləri etiraz edir. İmamın onlara verdiyi cavablardan belə başa düşmək olur ki, İmam (ə) həcc mərasimini vaxtı ona sui- qəsd olunmasını dəqiq bilirdi. Məsələn: İbni Abbasın cavabında belə buyurur: "And olsun Allaha! Məkədən bir qarış çöldə ölmək mənim üçün Məkkənin daxilində ölməkdən daha üstün və əzizdir".[4]

Abdullah ibni Zübeyrə isə belə buyurur: And olsun Allaha! Məkkədən bir qarış da olsa kənarda ölmək mənim üçün Məkkədə ölməkdən yaxşıdır. And olsun ki, əgər mən heyvanların yuvasında olsam belə məni oradan çölə çəkib və gətirəcəklər.[5] Amma qardaşı Məhəmməd Hənəfiyyə ilə danışarkən, Yezidin adamlarının onu həcc vaxtı şəhadətə yetirəcəklərini açıq- aşkar deyir.[6] Çünki bəzi tarixi mənbələrə istinad edib deyə bilərik ki, Yezid bir neçə dəstəni İmama (ə) sui- qəsd etmək üçün Məkkəyə göndərmişdi.[7]

Məkkənin ehtiramına xatir

İmam Hüseynin (ə) əvvəlki cavablarından belə məlum olur ki, o Məkkədə qan tökülməsinin və Kəbə evinin ehtiramının qorunması üçün Məkkə şəhərini tərk edir. İmam (ə) bu çirkin əməlin bəni- Üməyyənin etməsini güman etsə də Məkkədə qan tökülməsinə heç vaxt razı olmur. Bundan hətta Abdullah ibni Zübeyridə xəbərdar edir. (Çünki bu hadisədən sonra Abdullah ibni Zübeyr Məkkənin hörmətini ayaqlar altına ataraq orada qan tökür). İmam (ə) onunla ataraq orada İmam onunla söhbətlərində buyurur: "Atam Əli  (ə) mənə xəbər verib ki, Məkkədə bir nəfər qurbanlıq qoç kimi öldürüləcək. Mən o qurbanlıq qoç olmaq istəmirəm.[8]

«إن أبی حدثنی ان لها کبشا به تستحل حرمتها فما أحب ان اکون انا ذالک الکبش»

 

 

 




[1] - Mətndə istifadə olunmuş mənbələr:

1)- Yəvmul təraviyyə" zil hiccə ayının səkkizinci gününə deyərlər."Yəni" sözü "gün" və "təraviyyə" isə quyudan su çəkməyə və su yığmağa deyərlər" o cümlədən "yəvmul təraviyyə" hacıların ərafat səhrasında qalmaları üçün su və azuqə cəm etməsinə deyərlər. bildiyimiz kimi həccin vacib əmələri ərafat səhrasından başlayır. Imam isə hacılar ərafata getməmiş Məkkəni tərk edir. Belə bir sual yarana bilər ki, "əgər imam ərafata getməmişdirsə, bəs ərəfə duasını hansı əsasla imama (ə) nisbət veririr?"

Cavab: İmam bu duanı qabaqkı həcc illərində Məkkədə, ərafatda olarkən oxumuşdur.

[2] - Vəqə- əl əltəf səh 147.

[3] - Vəsailuş- şiə, cild 1, səh 246, kitabı həcc, bab 7, ömrə babları, cild 2 və 3

[4] - İbni Kəsir, əl- bidayətu vəl nəhafə, cild 8, səh 159

[5] - Vəqə- əltaf, səh 152.

[6] - Seyyid ibni Tavus, Luhuf kitabı, səh 82.

[7] - Seyyid ibni Tavus, Luhuf kitabı, səh 82.

[8] - İbni Əsir, əl- kəmil fil tarix, cild 2, səh 546.

Şərhi əlavə etmək