AŞURA VAQIƏSI
AŞURA VAQIƏSI
Allahın adı ilə
Tarixin ən önəmli hadisəsi olan "Aşura vaqiəsi" təkcə böyük bir hadisə yox, eyni zamanda böyük bir mədəniyyətdir. Bu mədəniyyətin ən böyük cilvəsi, zülmün qarşısında əyilməmək, haqq, ədalət və mənəviyyatın dirçəlməsi uğrunda daim mübarizə aparmaqdır. Həyatda izzətlə, şərəflə, mərdcəsinə yaşamaq və yalnız Uca Yaradanın qarşısında baş əymək kimi prinsiplər də, bu hadisənin bir mədəniyyət olaraq önəmli çağırışlarından sayırlar. Deməli sadaladığımız müqəddəs duyğuları sabit şəkildə insanlarda qoruyub saxlamaq üçün, bu hadisəni, dini və vicdani bir borc kimi, həmişə xatırlamaq lazımdır.
Sonda bu dəyərli kitabın işıq üzü görməsində zəhməti olmuş hər kəsə dərin təşəkkürümü bildirirəm.
Bəzən elə düşünülür ki, "Aşura günü" İmam Hüseyn (ə)- ın məzlumcasına məğlub olduğu bir gündür. Halbu ki, İslam ideologiyasına əsasən, İmam Hüseyn (ə)- ın səhabələri ilə birlikdə şəhid olması, qadın və uşaqlarının əsir düşməsi, bütün əmlakının düşmən tərəfindən qarətə məruz qalması, məğlubiyyət demək deyil. İslama görə məğlubiyyət, insanın hədəfinə, məqsədinə və qarşısına qoyduğu ideyaya bağlıdır. İmam Hüseyn (ə) düzgün məqsədlə qiyam etdi. Nəticədə öz qanı bəhasına da olsa belə haqqı dirçəltdi.
Bildiyimiz kimi İmam Hüseyn (ə) qiyamının əsas səbəbini islahat prinsipi əsasında həyata keçirmişdir. O, dəfələrlə bu məsələyə toxunub xalqa belə müraciət edirdi: Ey camaat! Allahın Rəsulu (s) buyururdu ki, hər kəs zalım sultanın Allahın haramını halal etdiyini, Peyğəmbərin (s) sünnəsinə qarşı çıxdığını, bəndələrə zülm edib və Tanrı əhdini sındırdığını görüb ona qarşı üsyan etməsə, Tanrı həmin zalım sultanın günahında onu da şərik edər...[1] «
İqbal Lahuri deyir: »İmam Hüseyn (ə) düşünülmüş şəkildə, müsəlmanların izzətini, şərəfini qorumaq üçün şəhadətə hazır oldu.[2] «
İMAM HÜSEYN (Ə) QIYAMININ TƏQVIMI:[3]
1 |
Mədinə hakimi Vəlid tərəfindən beyət istənilməsi |
Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 27- si, Cümə |
2 |
İmam Hüseyn və Vəlid arasında ikinci görüş |
Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Şənbə |
3 |
İmamın mədinədən çıxması |
Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Bazar gecəsi |
4 |
Məkkəyə giriş |
Hicri Qəmərinin 60- cı ili, Şəban ayının 3- ü, Cümə gecəsi |
5 |
Məkkədə qalmaq |
Hicri Qəmərinin 60- cı ili, Şəban, Ramazan, Şəvval, Zilədə və Zilhəccənin səkkizinci gününədək. Yəni Dörd ay və beş gün. |
6 |
Küfəlilərin ilk məktublarının İmama çatması |
Hicri Qəmərinin 60- cı ili, Ramazan ayının 10- u, Çərşənbə |
7 |
Müslimin Məkkədən çıxması |
Hicri Qəmərinin 60- cı ili, Ramazanın 15- i, |
8 |
Müslimin Küfəyə girişi |
Hicri Qəmərinin 60- cı ili, Şəvvalın 5- i, |
9 |
Müslimin şəhadəti |
Hicri Qəmərinin 60- cı ili, Zilhəccənin 8- i, |
10 |
İmamın Məkkədən çıxması |
Hicri Qəmərinin 60- cı ili, Zilhəccənin 8- i, |
11 |
İmamın Kərbəla diyarına çatması |
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ü, |
12 |
Ömər ibn Sədin Kərbəlaya girişi |
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ü, |
13 |
Ömər ibn Səd tərəfdən ordunun tənzimlənməsi və onun İmam ilə görüşləri |
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ündən 6- sınadək, |
14 |
İmamın ordusunun su əldə etməkdən qarşısının alınması |
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 7- si |
15 |
İmamın ordusuna ilkin hücumlar |
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 9- u |
16 |
Aşura hadisəsi |
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 10- u |
17 |
Əsirlərin Kərbəla diyarından köçü |
Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 11-i |
Şərhi əlavə etmək