İSLAMIN ILKIN ILLƏRI (18)

İSLAMIN ILKIN ILLƏRI (18)

ƏNSARIN ƏKSÜL-ƏMƏLI

Əbu Bəkr düşündüyü kimi hədəfə yaxınlaşmışdı. Onun çıxışı Sə`d ibn Ubadə və bir neçə nəfərdən savayı hamını geri çəkilməyə məcbur etmişdi. Bu azmış kimi, Bəşir ibn Sə`d xəzrəcinin sülh meyilli çıxışı və Həbbab ibn Munzərin şüarları* gözlənilənin əksinə olaraq cəmiyyəti mühacirlərin hədəfinə daha da yaxın etdi. Bəşir üzünü orada olanlara tutub dedi:

Ey ənsar! And olsun Allaha! Əgər müşrüklərlə mübarizədə fəzilət sahibi olmuşuqsa və dində qabaqcıllarındanıqsa bu yolda Allahın razılığı, Peyğəmbərə itaət və özümüz üçün çalışmaqdan savayı məqsədimiz olmamışdır. Beləliklə bu əmələ görə camaatın qarşısında fəxr etmək və dünyəvi fayda güdmək yaxşı deyildir. Mühəmməd Qureyşdən idi və yaxınları xilafətə daha layiqlidirlər. Allaha and olsun, heç vaxt Allahın məni bu işə görə onlarla bəhs etməmi görməsini istəmirəm. Siz də Allahdan qorxub bu işdə onlarla müxalif olmayın.

Əvvəldən mühacirlərin Mədinədən çıxarılması fikrində olub ənsarı mübarizəyə çağıran Həbbab ibn Munzər sözünü belə tamamladı: “Mühacirlər bizim təklifimizlə razılaşmadıqda yeganə çıxış yolu bur nəfərin bizdən və bir nəfərində onlardan təyin olunaraq rəhbərliyi öhdəsinə götürməlidir və biz təkcə buna razı olacağıq.”[1]

Hakimiyyətdə şərik olmaq fikirləri həqiqətdə mühacir və ənsarın fəaliyyətinin hüdudlarını müəyyən etmək deməkdi ki, mühacirlər buna razılıq vermirdilər. Elə buna görə də Ömər qəzəbli bir halda ona belə cavab verdi:

هَيْهَات!لا يَجْتَمِعُ اِثْنَانِ فِي قَرْنٍ “Heç zaman iki hökumət eyni vaxtda ola bilməz!...” And olsun Allaha! Peyğəmbər sizdən olmadığı halda ərəb hökumətin sizin öhdənizə qoyulmasına razı olmaz. Lakin eyni halda Peyğəmbərin qəbiləsindən olan bir kəsə hökuməti tapşırmağa da heç bir maneə görməz! Biz onun dostları və qohumları olduğumuz halda kim bizimlə Mühəmmədin xilafəti barəsində mübahisə edə bilər?!”[2]

Bundan sonra Həbbabla Ömər arasında olan danışıq dava-dalaşa qalxdı. İşin bu yerə qalxmasına əsas səbəb heç bir əsası olmayan qəbilə təəssübü idi ki, az qala hər iki tərəfi qılınca əl atmaqa məcbur edəcəkdi.[3]

 




[1] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 223, “Tarixül-üməmi vəl-mülük”, 2-ci cild, səh. 243.

[2] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 329, “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 243.

[3] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 330.

** Mədinədə ənsar birliyini təşkil edən iki əsas qəbilə (Müt).

Şərhi əlavə etmək