Amerikalı ekspert İŞİD-ə qarşı mübarizənin vacibliyini vurğulayıb

Amerikan bir ekspert xatırladıb : "İraq-Şam İslam Dölvəti" ( İŞİD ) adlı terrorçu təşkilatın iddia etdiyi dövlət tam qeyri-qanunidir və ona qarşı mübarizənin aparılması vacibdir.



 

Press TV-nin məlumatına əsasən, Corc Vaşinqton Dövlət Universitetinin beynəlxalq əlaqələr kofedrasiyasının üzvü Professor Nəbil Mixayil bir müsahibədə bəyan edib : İŞİD Təşkilatı , İslam xilafəti  təşkil etdiyini elan edib və təşkilatın sərkərdəsi Əbubəkr Əl-Bəğdadi dünya müsəlmanlarının xəlifəsidir. Bu elə bir haldadır ki, bu tam qeyri-qanuni bir təşkilatdır.

Professor Mixayil xatırladıb : İŞİD Təşkilatının gücləndirilməsi , dünya müsəlmanları arasında firqəçilik məsələlərinin genişlənməsinə və islam ictimaiyyətinin təcriddə qərar tutmasına səbəb olur.

Onun sözlərinə görə , Əhli Sünnə və şiələr həmçinin digər islamçı firqələrin hamısı sözügedən terrorçu təşkilatının mövcudluğunun əleyhinədirlər.     

Şərhi əlavə etmək