Nigeriya ordusu 53 bokoharam üzvünü həlak edib
nın məlumatına görə, Nigeriya ordusu elan etmişdir : Bokoharam qruplaşmasının 53 üzvü ölkənin şimal şərqində Miyanti və Bulungu məntəqələrində həlak ediliblər.

Həmin toqquşma nəticəsində Nigeriyanın iki əsgəri həlak olub 5 nəfəri də yaralanmışdır. Nigeriya ordusu Miyanti və Bulungu məntəqələrində çoxlu miqdarda avtomat silah və raket aşkar ediblər.
Ordunun əməliyyatında Bokoharam yaraqlılarının bir neçə avtomobili və motosikleti ,eləcədə bir yanacaq anbarı məhv edilib.
Özünü Əl-Qaidəyə tabe sayan bokoharam qruplaşması son günlər onlarla qız , gənc qadın və oğlan uşağını oğurlamaqla Nigeriyada qorxunc vəziyyət yaratmışdır.
Terrorçu bokoharam qruplaşması son dəfə Nigeriyanın şimal şərqində 60 qız və qadın və 31 oğlan uşağını bir kənddən oğurlamışlar.
Şərhi əlavə etmək