Ayətullah Cavidanla müsahibə

İmam Zamana (ə.c) necə təvəssül edək? İmam Zamana (ə.c) təvəssül etməyin şərti təmiz niyyət və sınıq qəlbdir.

Şəbistan Xəbər Agentliyi: Gündəlik təvəssül etməyin xüsusi qaydaları rəvayətlərdə, böyük alimlərin kəlamlarında öz əksini tapıbmı və yaxud özümüzə məxsus bir şəkildə də bunu edə bilərikmi? 
Siz dəfələrlə hər gün İmam Zamana (ə.c) təvəssül etməyi tövsiyə etmişsiniz sualım budur ki, bunun xüsusi göstərişi varmı? Məsələn Gündəlik təvəssül etməyin xüsusi qaydaları rəvayətlərdə, böyük alimlərin kəlamlarında öz əksini tapıbmı və yaxud özümüzə məxsus bir şəkildədə bunu edə bilərikmi?
Ayətullah Cavidan: Təvəssülün bir yolu Əhd duasını 40 gün oxumaqdır. Gündəlik Ali Yasin ziyarətini oxumaq, imam Zamanın (ə.c) namazını qılmaq və cümə axşamlarının səhəri namaz qılmaq da təvəssülün yollarındandır ki, məfatih kitabında yazılmışdır. Ağanın salamtçılığı və fərəci üçün dua etmək, onunla söhbət etmək, mənəvi əlaqə yaratmaq və hacət istəmək özü bir təvəssüldür. Bunların hamısı gözəldir bir şərtlə ki, təmiz niyyət və sınıq qəlblə olsun.

Şərhi əlavə etmək